Your browser version is outdated. We recommend that you update your browser to the latest version.

Fosillər Təkamülü Rədd Edir

Latimeria

 Fosil Canli Coelacanth

Dövr: Mezozoy erası, Trias dövrü
Yaş: 240 milyon il
Region: Ambilobe, Madaqaskar

Latimerianın 400 milyon il ərzində heç bir dəyişikliyə məruz qalmaması və bu ilk quruluşunu 400 milyon illik dövrdə baş verdiyi müəyyənləşdirilən kontinental hərəkətlərə, iqlim dəyişikliklərinə, ekoloji şəraitdəki fərqliliklərə baxmayaraq qoruması, təkamülçüləri tamamilə aciz vəziyyətdə qoymuşdur. Latimeria, canlıların təkamüllə əmələ gəldiyi və canlılarda davamlı bir təkamül prosesi olduğu tezisini yenidən təkzib etmişdir.

Şəkildə görülən latimeria fosili iki hissədən ibarət olan bir fosildir. Bu cür fosillərdə, canlının izi daşın hər iki tərəfində də mənfi və müsbət olaraq çıxar.

Sümüklü Durna Balığı

 Fosil Canli Kemikli Turna Balığı

Dövr: Kaynozoy erası, Eosen dövrü
Yaş: 54 - 37 milyon il
Region: Green River meydanı, Vayominq, ABŞ

Bu günə qədər tapılan yüzlərlə sümüklü durna balığı fosili, bu canlıların milyonlarla ildir ki, ən kiçik bir dəyişikliyə məruz qalmadıqlarını göstərir. Şəkillərdə görülən 54 - 37 milyon illik sümüklü durna balığıyla, dövrümüzdəki dənizlərdə yaşayanları arasında heç bir fərq yoxdur. Bu fərqsizlik, darvinistlərin izah edə bilməyəcəyi bir vəziyyətdir və yaradılış həqiqətini yenidən isbat edir.

Suf Balığı

 Fosil Canli Levrek

Dövr: Kaynozoy erası, Eosen dövrü
Yaş: 54 - 37 milyon il
Region: Green River Meydanı, Vayominq, ABŞ

Suf balıqları şimal yarım kürəsindəki şirin sularda və dənizlərdə yaşayarlar. Fərqli mühitlərə və su istiliklərinə asanlıqla uyğunlaşa bilən balıqlardır. Darvinistlərin canlıların bir-birlərindən törədikləri və mərhələli şəkildə inkişaf etdikləri iddiasının yalan olduğu, suf balığı fosillərindən yenidən aydın olur. Şəkildəki fosil, suf balıqlarının milyonlarla ildir ki, dəyişmədiklərini, təkamülçülərin iddia etdiyi kimi hər hansı bir keçid mərhələsindən keçmədiklərini göstərir. 50 milyon il əvvəlki suf balıqları necə bir quruluşa sahibdirsə, dövrümüzdəki suf balıqları da eyni quruluşa sahibdirlər.

Köpək Balığı

 Fosil Canli Köpek Balığı

Dövr: Mezozoy erası, Təbaşir dövrü
Yaş: 75 milyon il
Region: Haqil, Livan

Köpək balığı növləri, Livan dağlarında tez-tez rast gəlinən fosillərdəndir. Köpək balıqları qığırdaqlı balıq sinfinə daxildir. Qığırdaqlı balıqların skeletləri, kalsium tərkibli deyil, qığırdaq toxumadan meydana gəlmişdir. Yalnız dişlərində və bəzən də onurğalarında kalsium yığınları vardır. Buna görə də köpək balığının dişi fosilinə, skelet fosilindən daha çox rast gəlinər.

Köpək balıqlarının tapılan ən qədim fosillərinin təxminən 400 milyon illik tarixi vardır. Bu fosillər, digər bütün canlıların olduğu kimi, köpək balıqlarının da yüz milyonlarla ildir ki, heç bir dəyişikliyə məruz qalmadıqlarını göstərir. Köpək balıqları təkamülçülərin iddia etdiyi kimi, digər növlərdən mərhələli şəkildə əmələ gəlməmiş, mürəkkəb quruluşlarıyla bir anda ortaya çıxmış, yəni yaradılmışlar.

2 Siyənək Balığı

 Fosil Canli 2 Ringa Balığı

Dövr: Kaynozoy erası, Eosen dövrü
Yaş: 54 - 37 milyon il
Region: Green River meydanı, Vayominq, ABŞ

Siyənək balıqlarında digər bütün canlılarda olduğu kimi, milyonlarla ildir ki, heç bir dəyişiklik baş verməmişdir. Bundan 55 milyon il əvvəl yaşayan siyənək balıqlarının quruluşuyla, dövrümüzdəki siyənək balıqlarının quruluşu tamamilə eynidir. Bu vəziyyət, təkamülçülərin canlıların bir-birlərindən törədikləri, mərhələli şəkildə inkişaf etdikləri iddialarını tamamilə yox edir. Şəkildə yan-yana daşlaşmış iki ayrı siyənək növü görünür. Bütün təfərrüatlarıyla daşlaşmış bu balıqlar, canlıların təkamül keçirmədiyini, hamısını Allahın yaratdığını sübut edir.

Dəniz Kirpiləri

 Fosil Canli Deniz Kestanesi

Dövr: Mezozoy erası, Təbaşir dövrü
Yaş: 146 - 65 milyon il
Region: Ekinoid yataqları, Mərakeş

Dəniz kirpilərinin məlum olan ən qədim nümunələri Ordovik dövrünə (490 - 450 milyon il) aiddir. Təxminən yarım milyard ildir ki, eyni olan dəniz kirpiləri, canlıların təkamül keçirmədiyini isbat edən dəlillərdən biridir. (www.ateizminsonu.org)

İlan Ulduzu

 Fosil Canli Yılan Yıldızı

Dövr: Mezozoy erası, Yura dövrü

Yaş: 150 milyon il

Region: Solnhofen Meydanı, Eichstatt, Almaniya

İlan ulduzu, təkamülü qəti olaraq təkzib edən yaşayan fosildir. 300 milyon il əvvəl yaşayan ilan ulduzları da, 245 milyon əvvəl yaşayan nümunələri də, 150 milyon il əvvəl yaşayanlar da dövrümüzdəki formalarıyla tamamilə eynidir. Yüz milyonlarla ildir ki, eyni qalan ilan ulduzları təkamülün bir yalan olduğunu isbat edir.

Clypeasteroida (Sand Dollar)

 Fosil Canli Clypeasteroida (Sand Dollar)

Dövr: Mezozoy erası, Yura dövrü
Yaş: 172 - 168 milyon il
Region: Madaqaskar

Şəkildə görülən Clypeasteroida (Sand Dollar) fosili 172-168 milyon yaşındadır. İndiki vaxtda yaşayan nümunələrindən heç bir fərqi olmayan bu fosil, canlıların təkamül keçirmədiklərini və yaradıldıqlarını sübut edir.

Nautilus

 Fosil Canli Nautilus

Dövr: Mezozoy erası, Yura dövrü
Yaş: 167 milyon il
Region: Berton Bredstok, Dorset, İngiltərə

İndiki vaxtda yaşayan Nautilusların bundan milyonlarla il əvvəl yaşamış olan nümunələrindən heç bir fərqi yoxdur. Bu dəyişməzlik, təkamül prosesinin əsla baş vermədiyini göstərən çox əhəmiyyətli bir dəlildir.

Dəniz Minarələri

 Fosil Canli Deniz Minaresi

Dövr: Mezozoy erası, Devon dövrü
Yaş: 410 - 360 milyon il
Region: Bundenbach, Almaniya

Bundan 410 - 360 milyon il əvvəl yaşayan dəniz minarələri dövrümüzdəki nümunələrindən fərqlənmir. Aradan milyonlarla il keçməsinə baxmayaraq heç dəyişməyən dəniz minarələri, canlıların hər hansı bir təkamül müddəti keçirmədiklərinin əhəmiyyətli bir dəlilidir.

İstiridyeler

 Fosil Canli İstiridyeler

Dövr: Mezozoy erası, Yura dövrü
Yaş: 150 milyon il
Region: Çili

İstridyələr, dənizlərdə yaşayan bir qrup qabıqlı dəniz heyvanlarına verilən ümumi bir addır. Bu canlılar qəlsəmələri vasitəsilə sudan süzdükləri planktonlarla qidalanırlar. Tərkibində yüksək miqdarda kalsium olan qabıqların daşlaşması isə ümumiyyətlə asan olar.

Məlum olan ən qədim istridyə fosilləri Ordovik dövrünə (490 - 443 milyon il) aiddir. Aradan təxminən yarım milyard il keçməsinə baxmayaraq, istridyənin quruluşunda hər hansı bir dəyişiklik baş verməmişdir. Bundan 490 milyon il əvvəl yaşamış olanlar da, 150 milyon il əvvəl yaşamış olanlar da, indiki vaxtda yaşayanlar da bir-birləriylə tamamilə eynidirlər. Bu da, canlıların kiçik dəyişikliklərlə mərhələli şəkildə əmələ gəldiklərini iddia edən təkamülü tamamilə çürüdən bir vəziyyətdir. Fosil qeydləri, canlıların təkamül keçirmədiyini, Uca Allah tərəfindən yaradıldıqlarını ortaya qoyur.

Dəniz Kirpiləri

 Fosil Canli Deniz Kestaneleri

Dövr: Mezozoy erası, Yura dövrü
Yaş: 150 milyon il
Region: Madaqaskar

Təxminən 300 milyon ildir ki, varlıqlarını davam etdirən dəniz kirpiləri bu vaxta qədər heç bir dəyişikliyə məruz qalmamışlar, hər hansı bir təkamül prosesindən keçməmişdirlər. Şəkildəki fosil isə 150 milyon illikdir.

Bir növ onurğasız olan dəniz kirpilərinin yumşaq bədənləri, üzərlərindəki tikanlar tərəfindən düşmənlərə qarşı qorunur. Hərəkətli olan bu tikanlar, bəzi növlərdə zəhərlidir və bəzən uzunluqları 30 sm-ə çatır. Dəniz kirpilərini bədənlərindən uzanan şar formalı ayaqlarla qayalara yapışar, dəniz döşəməsində asanlıqla hərəkət edərlər. Fosil tapıntıları dəniz kirpilərinin bütün bu xüsusiyyətlərə, yarandıqları ilk andan etibarən sahib olduqlarını və varlıqlarını davam etdirdikləri müddətcə də bu xüsusiyyətlərdə bir dəyişiklik olmadığını göstərir. Bunun mənası aydındır: Digər bütün canlılar kimi dəniz kirpiləri də təkamül keçirməmiş, mövcud xüsusiyyətləriylə, tam və qüsursuz olaraq yaradılmışlar.

Xərçəng

 Fosil Canli Kerevit

Dövr: Mezozoy erası, Yura dövrü
Yaş: 155 - 144 milyon il
Region: Solnhofen meydanı, Almaniya

Şirin su xərçəngi olaraq da adlandırılan xərçəng, yüz milyon ildən çox vaxtdır ki, dəyişməyən canlılardan biridir. Astacoidea yuxarı ailəsinə daxil olan bu canlılar, ümumiyyətlə çox soyuq olmayan şirin sularda yaşayırlar.

Şəkildə görülən xərçəng fosili 155-144 milyon yaşındadır və dövrümüzdəki xərçəngdən heç bir fərqi yoxdur. Bu vəziyyət, təkamülçülərin canlıların mənşəyi mövzusundakı iddialarını yenidən qüvvədən salarkən, yaradılışın aydın bir həqiqət olduğunu göstərir.

Mürəkkəb Balığı

 Fosil Canli Mürekkep Balığı

Dövr: Mezozoy erası, Təbaşir dövrü
Yaş: 95 milyon il
Region: Livan

Mürəkkəb balıqlarının tarix boyu həmişə mürəkkəb balığı olaraq mövcud olduqlarının dəlillərindən biri olan şəkildəki 95 milyon illik fosil, təkamülçülərin iddialarına meydan oxuyur.

Canlıların meydana gəlməsiyə əlaqədar digər hər şeydə olduğu kimi, mürəkkəb balıqlarının da guya təkamül keçirdiyi iddialarına dair hər hansı bir dəlil irəli sürə bilməyən təkamülçülər, fosillər qarşısında böyük peşmançılıq içindədirlər.

Dişli Skat

 Fosil Canli Testereli Vatoz

Dövr: Mezozoy erası, Təbaşir dövrü
Yaş: 146 - 65 milyon il
Region: Livan

Bu balıqların qılınc kimi uzanan üst çənələrinin iki yanında iti çıxıntılar vardır. Bu quruluşlarına görə "dişli" skat adlandırılmışlar.

Dişli skatların fosil qeydlərində görülən bütün nümunələri, bir-birləriylə və indiki vaxtda yaşayanlarla eynidir. 100 milyon ildən çox müddətdir ki, davam edən bu eynilik, təkamül prosesinin heç vaxt baş vermədiyini isbat edir.

Uçan Balıq

 Fosil Canli Uçan Balık

Dövr: Mezozoy erası, Təbaşir dövrü
Yaş: 100 - 95 milyon il
Region: Livan

Uçan balıqlar, quyruq üzgəcinin çox sürətlə hərəkət etməsiylə sudan çölə atılan və müəyyən bir məsafədə havada süzüldükdən sonra yenidən yavaş-yavaş suya düşən balıqlardır. Uçma olaraq adlandırılan bu hərəkətləri əsnasında sürətləri saatda 50 km-ə çata bilər.

Bundan təxminən 100 milyon il əvvəl yaşayan uçan balıqlarla indiki vaxtda yaşayanlar arasında heç bir fərq yoxdur. 100 milyon ildir ki, ən kiçik bir dəyişikliyə belə məruz qalmayan bu balıqlar, təkamülçülərin canlıların mənşəyi və tarixi haqqındakı bütün iddialarını puç edir. Elmi tapıntılar canlıların Uca Allah tərəfindən yaradıldıqlarını ortaya qoyur.

Krevet

 Fosil Canli Karides

Dövr: Mezozoy erası, Yura dövrü
Yaş: 150 milyon il
Region: Solnhofen meydanı, Almaniya

Darvinistlərin iddia etdiyi kimi mərhələli şəkildə bir təkamül prosesinin baş vermədiyini göstərən elmi tapıntılardan biri də şəkildə görülən 150 milyon yaşındakı krevet fosilidir.

Yarandıqları ilk andan etibarən bütün xüsusiyyətləri və üzvləriylə nöqsansız olan krevetlər, yarandıqları müddət ərzində də heç bir dəyişikliyə məruz qalmamışlar. Bu krevet fosili, darvinistlərin iddialarını etibarsız hala salır və təkamülün xəyal məhsulu bir ssenari olduğunu bütün aydınlığıyla göstərir.

Pişik Balığı

 Fosil Canli Kedi Balığı

Dövr: Mezozoy erası, Təbaşir dövrü
Yaş: 95 milyon il
Region: Livan

Bəzi fosillər "cüt parçalı" fosil olaraq adlandırılar. Bu vəziyyətdə, fosilin yerləşdiyi daş təbəqəsi tam ortadan ikiyə ayrılır və fosil, daşın hər iki tərəfində də mənfi və müsbət olaraq yerləşir.

Şəkildə görülən 95 milyon illik pişik balığı fosili də cüt parçalı bir fosildir.

Pişik balıqları, köpək balıqları dəstəsinə daxildir. Şəkildə görülən pişik balığı da Scyliorhinidae ailəsindəndir. Bu gün yaşayan pişik balıqlarının tamamilə eynisi olan 95 milyon yaşındakı pişik balıqları, təkamül nəzəriyyəsinə meydan oxuyur.

Skat

 Fosil Canli Vatoz

Dövr: Mezozoy erası, Təbaşir dövrü
Yaş: 100 milyon il
Region: Livan

Əldə edilən çoxsaylı skat fosili arasında bir ədəd belə təkamülçülərin iddialarına dəlil olaraq göstərə biləcək, guya ibtidai, yarı inkişaf etmiş, iki fərqli canlının xüsusiyyətlərini daşıyan bir skata rast gəlinməmişdir. Tapılan hər skat fosili, indiki vaxtda yaşayan skatlarla eynilik təşkil edən, onların sahib olduğu bütün xüsusiyyətlərə əskiksiz sahib olan canlılara aiddir. Bu da, canlıların bir-birlərindən törədikləri və kiçik dəyişikliklərlə mərhələli şəkildə inkişaf etdiklərini iddia edən təkamül nəzəriyyəsinin əsassızlığını ortaya qoyur.

Şəkildəki 100 milyon yaşındakı skat fosili, canlıların təkamül keçirmədiklərini, yaradıldıqlarını yenidən isbat edir. (www.darwinistpanik.com)

Centriscus (Boru Balığı)

 Fosil Canli Centriscus (Çulluk Balığı)

Dövr: Kaynozoy erası, Miosen dövrü
Yaş: 23 - 5 milyon il
Region: Kolorado, ABŞ

Fosillər balıqların həmişə balıq olaraq mövcud olduqlarını, başqa bir canlıdan mərhələli şəkildə törəmədiklərini isbat etmişdir. Qəlsəmələri yarı inkişaf etmiş, həzm sistemi hələ meydana gəlməmiş, üzgəclərinin yalnız bir hissəsi olan qəribə bir canlıya aid fosil heç görülməmişdir. Tapılan hər balıq fosili, qeyd olunan balığın aid olduğu ailəyə dair hər cür xüsusiyyətə tam və qüsursuz şəkildə malik olduğunu göstərir. Məsələn, şəkildəki 23-5 milyon illik Çullu balığı fosili, ülgüc balıqlarının milyonlarla ildir ki, heç dəyişmədiklərini, eyni olduqlarını ortaya qoyur.

Bu həqiqətlər qarşısında darvinistlər, doqmatik şəkildə kor-koranə təkamül nağılına sahib çıxmaqdan imtina etməli, elmin göstərdiyi həqiqəti qəbul etməlidirlər. Elm, təkamül prosesin heç vaxt baş vermədiyini isbat etmiş, canlıları Allahın yaratdığını göstərmişdir.

Qum Balığı

 Fosil Canli Kum Balığı

Dövr: Mezozoy erası, Təbaşir dövrü
Yaş: 95 milyon il
Region: Livan

Təkamül nəzəriyyəsi elmi cəhətdən məğlub olmasına baxmayaraq bəzi dairələr tərəfindən həmişə gündəmdə tutulur. Heç bir elmi əsası olmayan xəyali yarı meymun, yarı insan formalarla, hər tapılan fosil "itmiş halqa tapıldı" deyən xəbərlərlə, "əcdadımız mikrobmuş", "meymundan bir fərqimiz yox", "kosmosdanmı gəldik?" kimi böyük şriftli başlıqlarla, təkamül nəzəriyyəsi həmişə dəlilləri olan, yaxşı bir nəzəriyyə kimi əks etdirilir. Halbuki fosillər, bu xəbərlərin və xəbərlərdəki iddiaların boş bir sözdən ibarət olduğunu göstərir. Şəkildəki 95 milyon yaşındakı qum balığı fosilində olduğu kimi, bütün qalıqlar canlıların milyonlarla il ərzində heç dəyişmədiklərini, yəni təkamül keçirmədiklərini ortaya qoymuşdur. Bu həqiqət qarşısında, təkamülçülərin təbliğatları aciz çırpınışlardan başqa bir şey deyil.

Elopidae (Qadın Balığı)

 Fosil Canli Elopidae (Kadın Balığı)

Dövr: Mezozoy erası, Təbaşir dövrü
Yaş: 95 milyon il
Region: Livan

Fosil tapıntıları təkamül nəzəriyyəsini qəti olaraq etibarsız hala salır. Darvinistlərin bu etibarsızlığı görməkdə israr etmələri mənasızdır. Təkamül nəzəriyyəsi, elmi tapıntılar qarşısında məğlubiyyətə uğramış, fosil tapıntıları təkamül nəzəriyyəsini çökdürmüşdür. Şəkildəki 95 milyon yaşındakı Elopidae qalığı da təkamül nəzəriyyəsinin çökdürən tapıntılardan biridir.

At Nalı Xərçəngi

 Fosil Canli Atnalı Yengeci

Dövr: Mezozoy erası, Yura dövrü
Yaş: 150 milyon il
Region: Solnhofen meydanı, Almaniya

Xeliserlilər (Chelicerata) şöbəsinə daxil olan at nalı xərçəngləri, yüz milyonlarla ildir ki, dəyişməyən xüsusiyyətləriylə, təkamülçülər tərəfindən belə "yaşayan fosil" olaraq qəbul edilən canlılardır. Yura dövründə, yəni bundan təxminən 150 milyon il əvvəl yaşamış olan at nalı xərçəngləri müasir dövrdə dənizlərdə yaşayan atnalı xərçənglərindən fərqlənmir. Bu fərqsizlik, təkamülçülərin "mərhələli inkişaf", "addım-addım irəliləyiş" kimi iddialarını puç edir, yenidən canlıların təkamülü tezisinin gülünc bir nağıldan ibarət olduğunu isbat edir. Elm, canlıların üstün güc və qüdrət sahibi, Rəbbimiz olan Allahın əsəri olduğunu rədd edilə bilməz bir şəkildə ortaya qoymuşdur. (www.belgeseller.net)

Xərçəng

 Fosil Canli Yengeç

Dövr: Kaynozoy erası, Eosen dövrü
Yaş: 50 milyon il
Region: Monte Baldo, İtaliya

Təkamül nağlını dəstəkləyən bir ədəd belə fosil nümunəsinin tapılmamış olması, şübhəsiz ki, təkamülçülərin ən böyük qorxulu yuxularından biridir. Üstəlik təkamülçülərin bu qorxulu yuxusu heç vaxt bitməyəcək. Çünki bu günə qədər olduğu kimi bundan sonra da əldə edilən hər fosil təkamül prosesinin baş vermədiyini, bütün canlıları Uca Allahın yaratdığını göstərəcək.

Rethinking Anthropology (antropologiya barədə yenidən düşünmək) adlı kitabın müəllifi E. R. Leach de Nature jurnalındakı bir yazısında "Fosil qeydlərindəki əskik halqalar Darvini narahat edirdi. Bunların gələcəkdə tapılacağından əmin idi, ancaq bu itmiş halqalar hələ də yoxdur və əskik olaraq qalmağa davam edəcəklərmiş kimi görünür." (E. R Leach; Nature, 293:19, 1981) sözləriylə bu həqiqətə diqqət çəkir.

Dəniz Ulduzu

 Fosil Canli Deniz Yıldızı

Dövr: Paleozoy erası, Ordovik dövrü
Yaş: 450 milyon il
Region: Oklahoma, ABŞ

Fosil qeydləri, dəniz ulduzlarının əcdadı olan hər hansı bir canlı ortaya qoymamışdır. Vaxt ərzində dənizulduzlarının başqa canlılara çevrildiyini də göstərə bilməmişdir. Bu vəziyyət bütün canlı növləri üçün məqbuldur.

Onurğasız dəniz canlılarının guya təkamül keçirdiyi haqda deyilənlərin yalnız nağıldan ibarət olduğunu, hər hansı bir elmi dəlilə əsaslanmadığını təkamülçü Stefen Cey Qould belə etiraf edir:

"Onurğasız dəniz canlıları arasında, vaxt ərzində diqqətə çarpan bir sıra və inkişaf mövcud deyil. Bəzi qrupların inkişafları haqqında bəzi nağıllar danışa bilirik..." (Stefen Cey Qould, "Ediacaran Deneyi", Natural History, səh.22)

Mərcan

 Fosil Canli Mercan

Dövr: Kaynozoy erası, Pliosen dövrü
Yaşı: 3 milyon il
Region: Florida, ABŞ

Mərcanlar Kembri dövründən (543 - 490 milyon il) bəri yaşadıqları məlum olan, Ordovik dövrünə (490 - 443 milyon il) aid çox sayda fosil nümunəsi olan onurğasız canlılardır.

Mərcan skeletlərinin minlərlə il ərzində müəyyən bir ərazidə toplanması nəticəsində də, mərcan qayalıqları meydana gəlir. Mərcanlar (Antozoonlar), tək və ya koloniyalar halında yaşayar. Ümumiyyətlə, mülayim dənizlərdə, dəniz diblərində olan böyük daşlara yapışıq olaraq yaşayan mərcanların, nadir də olsa sərbəst olaraq gəzənlərinə rast gəlinər.

Yüz milyonlarla ildir ki, dəyişməyən strukturlarıyla darvinizmə böyük zərbə vuran mərcanlar, digər bütün canlılar kimi Rəbbimizin üstün yaratmasının əsəridir.

 

ardı  >>