Your browser version is outdated. We recommend that you update your browser to the latest version.

İstirdyə Qabığı

 Fosil Canli İstiridye Kabuğu

Dövr: Paleozoy erası, Karbon dövrü
Yaş: 300 milyon il
Region: İllinoys, ABŞ

Midiyaların (molyusk) nəsli tükənmişdir, ancaq fosil qeydlərində müşahidə olunan təxminən 15000, hələ də yaşayan 11000 növü olduğu ehtimal olunur. Pectinidae ailəsinə daxil olan şəkildəki fosil isə, qeyd olunan canlıların yüz milyonlarla ildir ki, heç dəyişmədiklərini göstərir. Bu məlumat qarşısında təkamülçülərin bir izahları yoxdur. Təkamülçülər bu kimi vəziyyətlərdə etiraz edər, anlamazlıqdan gələr, xəyali hekayələrlə baş qarışdırmağa çalışarlar. Halbuki, səmimi olaraq elmi tapıntıların ortaya qoyduğu məlumatları qiymətləndirsələr, özləri də, “fosillər qarşısında təkamül nəzəriyyəsinin çökmüş olduğunu” görəcəklər.

Mantis Xərçəngi

 Fosil Canli Mantis Istakozu

Dövr: Mezozoy erası, Təbaşir dövrü
Yaş: 95 milyon il
Region: Livan

Karbon dövründən (354 - 290 milyon il) bəri heç dəyişmədən yaşayan mantis xərçəngləri, darvinizmin iddialarının etibarsız olduğunu göstərən canlılardan biridir. Bir canlının təxminən 300 milyon il ərzində heç dəyişməməsi təkamülçü şərhlərlə izah edilə biləcək bir vəziyyət deyil.

Şəkildəki mantis xərçəngi fosili isə 95 milyon yaşındadır və həm 300 milyon il əvvəl yaşamış, həm də indiki vaxtda yaşayan mantis xərçəngləriylə tamamilə eynidir.

Şar Balığı

 Fosil Canli Balon Balığı

Dövr: Mezozoy erası, Təbaşir dövrü
Yaş: 95 milyon il
Region: Livan

Jurnallarda, qəzetlərdə, televizorlarda gördüyünüz və izlədiyiniz təkamül xarakterli xəbərlərin və proqramların səbəbi, darvinizmin elmi bir dünyagörüşü olması deyil, ideoloji qayğılarla müdafiə olunmağa çalışılmasıdır. Darvinizm, materializm və ateizmin guya elmi əsasıdır. Darvinizmin etibarsızlığını qəbul edən bir adamın, materializmi və ateizmi müdafiə edəcək gücü qalmaz. Buna görə də bütün elmi tapıntılar və dəlillər təkamülün əleyhinə də olsa, bu həqiqətlərə diqqət yetirilir, yalanlar və təhriflərlə darvinizm müdafiə edilir.

Təkamülçülərin israrla görmək istəmədikləri tapıntılardan biri də, sayı milyonları ötən yaradılışın açıq dəlili olan fosillərdir. Şəkildəki 95 milyon illik şar balığı kimi saysız-hesabsız fosil, canlıların təkamül keçirmədiyini, hamısını Allahın yaratdığını deyir.

Dəniz Zanbağı

 Fosil Canli Deniz Zambağı

Dövr: Mezozoy erası, Yura dövrü
Yaş: 150 milyon il
Region: Solnhofen meydanı, Almaniya

Fosil qeydlərinin zənginliyi təkamülçülərin üzləşdiyi çox böyük bir çıxılmaz vəziyyətdir. Çünki bu fosillər, həyatın mənşəyini başa düşmək istəyən insanların qarşısına bütün təfərrüatlarıyla tamamlanmış bir cədvəl qoyur: Canlı növləri yer üzündə aralarında xəyali təkamül "keçid formaları" olmadan bir anda və fərqli quruluşlarıyla ayrı-ayrı əmələ gəlmişlər. Şəkildə görülən 150 milyon illik bu dəniz zanbağı da qeyd olunan dəlillərdən biridir.

Palçıq Balığı

 Fosil Canli Çamur Balığı

Dövr: Kaynozoy erası, Eosen dövrü
Yaş: 50 milyon il
Region: Messel, Almaniya

Təkamül nəzəriyyəsi elmi dəlillərə əsaslanmayan, uydurma ssenarilər və təbliğat üsullarıyla yürüdülən bir nəzəriyyə olduğu üçün, bu xəyali nəzəriyyəni dəstəkləyən fosil tapmaq qeyri-mümkündür. Darvinistlər öz aləmlərində bir təbiət tarixi yazmış, fosillərin də bu tarixə uyğun gəlməsini istəmişlər. Halbuki, bunun tam əksi reallaşır, hər yeni tapılan fosil təkamül nəzəriyyəsini bir az daha çıxılmaz vəziyyətdə qoyur. Şəkildə görülən palçıq balığı fosili 50 milyon il bundan əvvələ aiddir. Canlının iti dişləri hər hansı bir pozulmağa məruz qalmadan qorunmuş və balığın skelet quruluşunun dövrümüzdəki palçıq balıqlarıyla heç bir fərqliliyinin olmadığı aydın olmuşdur.

Şəkildəki 95 milyon illik qılçıqlı balıq Elipoidei (tarpunlar) alt qrupunda olan, Albulidae ailəsinə daxil olan bir canlıdır. İndiki vaxtda yaşayan qılçıqlı balıqlarla tamamilə eyni quruluşdadır.

(www.balikfosilleri.com)

Albulidae (Qılçıqlı Balıq)

 Fosil Canli Albulidae (Kılçıklı Balık)

Dövr: Mezozoy erası, Təbaşir Dövrü
Yaş: 95 milyon il
Region: Livan

Dünyanın dörd bir yanında təxminən 150 ildir ki, fosil tədqiqatları aparılır. Bu tədqiqatların nəticəsində milyonlarla fosil əldə edilmişdir. Lakin heç vaxt yarı onurğasız, yarı balıq ya da yarı balıq, yarı timsah fosili nümunəsi tapılmamışdır. Təkamülçülərin "ara keçid fosili" iddiaları bir xəyal kimi qalmaqla məhdudlaşmışdır. Tapılan hər fosil, nəsilləri davam etdiyi müddətcə canlıların heç dəyişmədiklərini göstərmişdir. Bunun mənası isə, canlıları Allahın yaratdığıdır.

Durna Balığı

 Fosil Canli Zargana

Dövr: Mezozoy erası, Təbaşir dövrü
Yaş: 95 milyon il
Region: Livan

Tarix boyu yaşayan bütün zarganaların gözləri, üzgəcləri, qəlsəmələri, həzm sistemləri, çoxalma sistemləri, bir sözlə bütün xüsusiyyətləri həmişə əskiksiz, xüsusi və ən uyğun quruluşda olmuşdur. Üstəlik bu strukturlar bu gün necədirsə, bundan on milyonlarla il əvvəl də eyni olmuşdur. Darvinistlərin iddialarına görə isə fosillər bunun tam əksi olan bir təsvir əmələ gətirməliydi. Fosillər "yarım zargana"larla dolu olmalı idi. Ancaq, əlbəttə ki, fosillərin hamısı darvinistlərin təsvirləriylə tamamilə ziddiyyət təşkil edir. Fosillərin darvinist iddialarla uyğun gəlməməsi, hətta tam əksinə bir quruluş sərgiləməsi, təkamül nəzəriyyəsinin yaşadıqları peşmançılığın bir ifadəsidir. (www.darwinistlerinizdirabi.com)

Pişik Balığı

 Fosil Canli Kedi Balığı

Dövr: Mezozoy erası, Təbaşir dövrü
Yaş: 95 milyon il
Region: Livan

Darvinizmin elmə zidd iddialarına görə bitkilər, heyvanlar, göbələklər, bakteriyalar həmişə eyni mənbədən törəmişlər. Guya heyvanların 100-ə yaxın fərqli şöbəsi (yəni, molyusklar, buğumayaqlılar, qurdlar, süngərlər kimi əsas kateqoriyaları) həmişə tək bir xəyali ortaq əcdaddan törəmişdir. Nəzəriyyəyə görə onurğasız canlılar zamanla (və təsadüfən) onurğa qazanaraq balıqlara, balıqlar amfibiyalara, onlar sürünənlərə, sürünənlərin bir hissəsi quşlara, bir hissəsi isə məməlilərə çevrilmişdir. Nəzəriyyəyə görə bu çevrilmə yüz milyonlarla illik uzun bir dövrü əhatə etmiş və mərhələli şəkildə baş vermişdir. Bu vəziyyətdə, iddia edilən uzun çevrilmə prosesi vaxtı saysız-hesabsız "ara növ"ü meydana gəlməli və yaşamalıydı. Ancaq belə bir ara növün izinə fosil (daşlaşmış qalıntı) qeydlərində heç rast gəlinməmişdir. Şəkildəki 95 milyon illik pişik balığı fosili (daşlaşmış qalıntı) də bunun dəlillərindən biridir.

Skripka Skatı

 Fosil Canli Keman Vatozu

Dövr: Mezozoy erası, Təbaşir dövrü
Yaş: 95 milyon il
Region: Livan

Tapılan skripka skatı fosilləri (daşlaşmış qalıntı) hansı dövrə aid olursa olsun, hamısı bir-biriylə eyni quruluşdadır. Hər cür xüsusiyyətiylə dövrümüzdəki skripka skatlarına bənzəyən bu fosillər (daşlaşmış qalıntı), canlıların kiçik dəyişikliklərlə mərhələli şəkildə inkişaf etdikləri iddiasını iflasa uğradır. Allah bütün canlıları sahib olduqları mükəmməl xüsusiyyətlərlə birlikdə yoxdan yaratmışdır. Allahın üstün yaradıcılığının izləri olan fosillər (daşlaşmış qalıntı), təkamülçülərin yalanlarını çox yaxşı bir şəkildə ifşa edir.

Əsgər Balığı

 Fosil Canli Asker Balığı

Dövr: Təbaşir
Yaş: 95 milyon il
Region: Livan

95 milyon il əvvəl yaşamış əsgər balığının dövrümüzdəki əsgər balıqlarıyla tamamilə eyni olması, bu balıqların milyonlarla ildir ki, heç dəyişmədiklərinin isbatıdır. Canlı növlərinin davamlı dəyişərək təkamül keçirdiklərini iddia edən darvinistlər üçün bu vəziyyət böyük bir çıxılmaz vəziyyətdir. Fosil qeydləri kimi konkret elmi tapıntılar, təkamül prosesinin heç vaxt baş vermədiyini göstərir.

Monacanthus

 Fosil Canli Monacanthus

Dövr: Kaynozoy erası, Pliosen dövrü
Yaşı: 4 milyon il
Region: İtaliya

Monacanthus balıqları, tropik və ya subtropik qurşaqlarda yaşayan Monacanthidae ailəsinə aiddir. Bu ailəyə daxil olduğu məlum olan 107 növ var. Növlərin bir çoxunun əsas xüsusiyyətlərindən biri, yaxşı bir kamuflyaj ustası olmalarıdır. Gizlənmək üçün asanlıqla rənglərini dəyişdirib olduqları mühitdə tamamilə gizlənər və bu yolla özlərini düşmənlərindən qoruyarlar.

Şəkildəki Monacanthus fosili 4 milyon illikdir və bəhsi keçən canlıların təkamül keçirmədiyinin aydın bir dəlilidir. Canlılar, darvinistlərin iddia etdiyi kimi daima dəyişərək bir-birlərindən törəməmişdirlər. Kainatı və bütün canlıları Uca Allah yaratmışdır.

Capros (Pəri Balığı)

 Fosil Canli Capros (Peri Balığı)

Dövr: Kaynozoy erası, Oliqosen dövrü
Yaş: 35 milyon il
Region: Polşa

35 milyon il əvvəl yaşamış pəri balığının bu gün yaşayan nümunələriylə tamamilə eyni olması, təkamülün böyük bir yalan olduğunu göstərən ən əhəmiyyətli dəlillərdən biridir. Təxminən 150 ildir ki, davam edən paleontoloji tədqiqatlar nəticəsində bir ədəd belə təkamülə dəlil ola biləcək fosil tapılmamışdır. Əldə edilən bütün fosillər, canlıların təkamül keçirmədiyini göstərir. (ww.evrimcilerbizesorun.com)

Tarpun

 Fosil Canli Tarpun

Dəniz Atı: Mezozoy erası, Təbaşir dövrü

Yaş: 110 milyon il

Region: Braziliya

Missing Links (itmiş halqalar) adlı kitabında Robert A. Martin belə deyir:

"Əgər Yaradıcılıq doğru isə, bir ata-nəvə əlaqəsindən və ya hər hansı bir təkamül prosesindən söhbət gedə bilməz. Təkamül modeli doğru isə, olduqca xeyli miqdarda ola biləcək fosil qeydləriylə birlikdə, bütün səviyyələrdə və xronoloji ardıcıllıqda ara keçid formaları tapılmalıdır." (Robert A. Martin, Missing Links: Evolutionary Concepts and Transitions Through Time, Jonesa and Barlett Publishers, Uk, 2004, səh. 8)

Fosil nümunələrinin hamısı, canlılar arasında ata-nəvə əlaqəsi olmadığını, hər bir növün özünə xas xüsusiyyətlərlə bir anda yarandığını göstərir. Digər tərəfdən 150 ildir ki, aparılan qazıntı işləri nəticəsində bir ədəd belə yarım canlı nümunəsi, yəni ara-keçid fosili tapılmamışdır. Bu vəziyyətdə, təkamülün etibarsız, yaradılışın isə rədd edilməsi qeyri-mümkün olan bir həqiqət olduğu aydındır.

Dəniz Atı

 Fosil Canli Denizatı

Dövr: Pliosen
Yaşı: 5-1.8 milyon il
Region: Marecchia Çay meydanı, İtaliya

Dəniz atları həmişə dəniz atı olaraq mövcud olmuşlar, hər hansı bir canlı növündən törəməmişdirlər.

Şəkildəki fosil, bu canlıların milyonlarla il ərzində heç dəyişmədiklərini göstərir, həmçinin təkamülün bir yalan olduğunun da dəlilidir.

Canlıların mənşəyi təkamül prosesi deyil. Kainatı, içindəki bütün canlı və cansız varlıqlarla birlikdə yaradan üstün güc və qüdrət sahibi Allahdır. (www.ateizminbitisi.com)

Sardina

 Fosil Canli Sardalya

Dövr: Kaynozoy erası, Eosen dövrü
Yaş: 54-37 milyon il
Region: Yaşıl Çay meydanı, Vayominq, ABŞ

Əgər təkamülçülərin iddiaları doğru olsaydı, tapılan sardina fosilləriylə indiki vaxtda yaşayan sardinalar arasında bir çox fərq olmalıydı. Sardina fosillərində darvinistlərin iddia etdiyi uydurma təkamül prosesinin izləri görünməliydi. Ancaq, belə bir izə bu günə qədər rast gəlinməmişdir. Bundan sonra da rast gəlinməsi qeyri-mümkündür. Çünki canlılar təkamülçülərin iddia etdiyi kimi ixtiyari təsadüflərin məhsulu deyil. Canlıları üstün güc və ağıl sahibi Allah yaratmışdır.

İlan Ulduzu

 Fosil Canli Yılan Yıldızı

Dövr: Mezozoy erası, Təbaşir dövrü
Yaş: 95 milyon il
Region: Livan

 

Təkamülçülər həmişə fərziyyələrdən bəhs edir, həyatın mənşəyinə dair müxtəlif proqnozlar verirlər. Ancaq bu proqnozlarını heç bir elmi tapıntılarla dəstəkləyə bilmirlər. Elmi tapıntılar hərtərəfli şəkildə araşdırıldıqda, bütün elm sahələrinin təkamül iddiasını rədd etdiyi görünər.

İlan ulduzu fosilləri də təkamülü təkzib edən elmi tapıntılardan biridir. İlan ulduzları, aradan keçən uzun dövrlərə baxmayaraq heç dəyişməmişdir. Şəkildəki ilan ulduzu fosili də 95 milyon illikdir və dövrümüzdəki ilan ulduzlarıyla tamamilə eyni quruluşdadır.

Mavi Mezqit

 Fosil Canli Mavi Mezgit

Dövr: Kaynozoy erası, Miosen dövrü
Yaşı: 5 milyon il
Region: Marecchia çayı ətrafı, İtaliya

San Fransisko Universitetindən bioloq Dean Kenyon, təkamül nəzəriyyəsinin iddialarının elmi olaraq əsla dəstəklənmədiyini belə ifadə edir:

"Gəlin çox geniş yayılmış bir səhv anlayışı aydınlaşdıraq. Tək bir heyvan növünün belə başqa bir heyvan növünə tam olaraq çevrildiyi, laboratoriya mühitində də, təbiətdə də müşahidə olunmamışdır." (Dean H. Kenyon, Brief of Appelants, Oktyabr 1985, səh. A-16)

Kenyonun da ifadə etdiyi kimi təkamül ssenarilərinin baş verdiyini göstərən heç bir konkret tapıntı yoxdur. Şəkildəki mavi mezqit fosili nümunəsində olduğu kimi saysız-hesabsız elmi tapıntı, təkamül prosesinin heç vaxt baş vermədiyini göstərir. Təkamülçülərin bu tapıntıları görməzlikdən gəlməyə çalışmalarının bir mənası yoxdur. Həqiqətlərdən qaçmaq, həqiqətləri dəyişdirməyəcəkdir.

Osminoq

 Fosil Canli Ahtapot

Dövr: Mezozoy erası, Təbaşir dövrü
Yaş: 95 milyon il
Region: Hjoula, Livan

Yüksək öyrənmə potensialına sahib olduqları laboratoriyalarda sınaqdan keçirilmiş olan osminoqlar, həmçinin bir kamuflyaj ustasıdırlar. Kamuflyaj qabiliyyətləri, bu iş üçün xüsusi olaraq yaradılmış dəri hüceyrələrindən asılıdır. Dəri hüceyrələrinin rəng dəyişdirmə, işıq keçirməyən və əks etdirmə kimi xüsusiyyətləri sayəsində, həm düşmənlərindən qoruna bilərlər, həm də digər osminoqları təhlükəyə qarşı xəbərdar edə bilərlər. Bəzi osminoqlar yalnız rəng dəyişdirməklə kifayətlənməz, digər dəniz canlılarını təqlid edərək də özlərini kamuflyaj edərlər. "Mimika osminoqları" olaraq adlandırılan bu cür osminoqlar, aslan balığı və dəniz ilanı kimi ürküdücü dəniz canlılarının görünüşünü təqlid edərlər.

Bəs osminoqlar, təkamülçülərin iddia etdikləri kimi sahib olduqları bu xüsusiyyətləri mərhələli şəkildə və uzun dövr ərzindəmi qazanmışlar? Əlbəttə ki, xeyr. Bunu başa düşməyin ən əhəmiyyətli yollarından biri osminoqların fosil qeydlərini araşdırmaqdır. Fosil qeydlərini araşdırdığımız vaxt, nə qədər əvvələ gedib çıxırsa çıxsın, həmişə dövrümüzdəki osminoqlarla tamamilə eyni olan fosil nümunələriylə qarşılaşarıq. Bu da təkamülçülərin iddialarının həqiqət olmadığının ən əhəmiyyətli dəlilidir. Osminoqlar təkamül keçirməmiş, sahib olduqları bütün xüsusiyyətlərlə üstün güc və ağıl sahibi Allah tərəfindən yaradılmışlar.

Tan Balığı

 Fosil Canli Tang Balığı

Dövr: Mezozoy erası, Təbaşir dövrü
Yaş: 95 milyon il
Region: Hakel, Livan

Wendell R. Bird, The Origin of Species Revisited adlı kitabında, təkamül nəzəriyyəsinin keçid forma iddiasının xəyali hekayədən ibarət olduğunu belə ifadə edir:

"...Geoloji məlumatlar ən əvvəldən deyilən şeyi bir daha vurğulayır: Müxtəlif geoloji dövrlərə aid növlər arasında yaşadığı fərz edilən keçid formalar xəyali şeylərdir, yalnız nəzəriyyəni dəstəkləmək üçün ortaya atılmışdır." (Wendell R. Bird, The Origin of Species Revisited, Thomas Nelson Inc, Dekabr 1991, səh. 44)

Bu günə qədər aparılan fosil araşdırmaları, təkamülçülərin iddialarına dəstək ola biləcək, hər hansı bir ara-keçid forma nümunəsi ortaya qoymamışdır. Növlər arasında guya ata-nəvə əlaqəsi olduğunu göstərən bir fosil də tapılmamışdır. Məsələn, tapılan heç bir tan balığı fosili yarım, az inkişaf etmiş, orqanlarının bəzisi əmələ gəlmiş bəzisi əmələ gəlməmiş deyil. Nə qədər əvvələ gedib çıxırsa çıxsın, əldə edilən hər tang balığı fosili bu gün yaşayan tan balıqlarıyla tamamilə eyni xüsusiyyətlərə malikdir. Şəkildəki 95 milyon illik tan balığı fosili də bu həqiqətin dəlillərindəndir.

Kilqarın Balığı

 Fosil Canli Kurt Ringa

Dövr: Mezozoy erası, Təbaşir dövrü
Yaş: 95 milyon il
Region: Hakel, Livan

Fosillər təkamülün iddialarını yox etdiyinə görə, əsasən təkamülçülər tərəfindən diqqətdən kənarda saxlanılır ya da üzərlərində müxtəlif dəyişikliklər aparılaraq təkamülçü təbliğata nümunə göstərilməyə çalışılır. Ancaq son dövrlərdə yaradılışın dəlili olan yüzlərlə fosilin sərgilərlə, kitablarla, internet saytlarıyla nümayiş etdirilməsi təkamülçülərin düşdüyü çıxılmaz vəziyyəti tam aydınlığıyla göstərir. Fosillərini və yaşayan nümunələrini yan-yana görən insanlar, əlavə bir şərhə belə ehtiyac qalmadan, təkamülün yalan olduğunu dərhal başa düşürlər. Təkamülçüləri təşvişə salan səbəb də budur. Təkamülçülər, bu dəfə geri dönüşü mümkün olmayan şəkildə, nəzəriyyələrinin dünya səviyyəsində çökdüyünü görür və canları yanaraq bu çöküşü seyr edirlər. Təkamül nəzəriyyəsinin çöküşünün dəlillərindən biri də şəkildəki 95 milyon illik qurd ringası fosilidir.