Your browser version is outdated. We recommend that you update your browser to the latest version.

Vicdan və Ağılın Göstərdiyi Həqiqət: Yaradılış

Materializm və onun uydurma elmi dayağı darvinizm bənzəri ateizm əsasında qurulan ideologiyalar, kainatdakı incə plan və hesab tələb edən təfərrüatları, canlıların meydana gəlməsini təmin edən tarazlıqları öz ağıllarına görə təsadüflərə əlaqələndirərlər. Allahın varlığını və yaradılış həqiqətini inkar etmək naminə, bütün imkansızlıqları yox sayaraq, kainatdakı bütün həssas tarazlıqların tam olmaları lazım olan ölçülərlə, milyardlarla ildir ki, heç dəyişikliyə uğramadan, təsadüf nəticəsində var olduqlarını irəli sürürlər. (Allahı tənzih edirik) Halbuki, bu qüsursuz nizam, bir an üçün təsadüfi təsirlərlə əmələ gəlsəydi, şübhəsiz ki, indi nə oxuduğunuz bu kitabın varlığından, nə də yer üzündəki canlılardan danışmağımız mümkün olardı. Çünki təsadüfən meydana gələn hadisələr, təsadüfi təsirlərin nəticəsiylə əsla bir-biriylə əlaqələnmiş, nizamlı sistemləri, canlılardakı müəyyən məqsədlərə xidmət edən ağıl məhsulu sistemləri əmələ gətirə bilməz.

 

Bu həqiqəti demək üçün isə, latınca kitablar oxumağınıza, cildlərlə ensiklopedik bilik toplamağınıza, ya da professor adına sahib olmağınıza ehtiyac yoxdur. Ağıl və məntiq sahibi bir insan olaraq qarışıqlıq və nizamsızlıqdan, fövqəladə bir nizamın var ola bilməyəcəyini siz də asanlıqla təqdir edə bilərsiniz. Həqiqətləri gizlətməyinizə izn verməyən bir vicdanınız varsa; bu, çox istisna hallarda baş verən şərtlərin bir araya gəlməsiylə davam edən həyatın, öz-özünə ortaya çıxa bilməyəcəyini də dərhal başa düşərsiniz. Vicdanlı düşünürsünüzsə; təsadüf deyilən məfhumun yaratma gücünə sahib ola bilməyəcəyini; Bu səbəbdən də delfinlərin, rəngarəng balıqların, quzuların, tovuzquşularının, bənövşələrin, üzüm və insanların təsadüflər nəticəsində meydana gəlməyəcəyini də qəti bir qənaətlə təsdiq edərsiniz.

 

Quranda inkar edən kəslərin də bu həqiqətləri bildiklərinə, "Buna qəti inandıqları halda, haqsızcasına və təşəxxüslə onları inkar etdilər..." (Nəml surəsi, 14) və "Özünüz də bilə-bilə haqqa batil donu geyindirməyin və haqqı gizlətməyin" (Bəqərə surəsi, 42) ayələriylə diqqət çəkilir. Allah haqqın batil olanlar üzərindəki üstünlüyünü isə, "Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda batilin yox olub getdiyini görərsiniz..." (Ənbiya surəsi, 18) ayəsiylə xəbər verir. Başqa sözlə, Allahın varlığının dəlillərini görməməzlikdən gəlmək istəyənlər, həqiqətlərdən nə qədər qaçırlarsa qaçsınlar, bir ömür boyu tənəffüs etdikləri havada, içdikləri suda, seyr etdikləri mənzərədə, Allahın hüdudsuz gücü, elmi, sənəti ilə əhatə edilmiş olaraq yaşayacaqlar.

 

Bu saytda yaradılış dəlillərinin dəniz altındakı nümunələrindən bir qisminə toxunulur. Oxuyacağınız nümunələrdə izah edilən hər incəlik olduqca əhəmiyyətlidir. Çünki bu təfərrüatların hər biri xüsusi olaraq yaradılmış və bəhsi keçən canlıların təsadüfən əmələ gəlməyəcək qədər mürəkkəb formalara malik olduğunu göstərir. Bu kitabı oxuyarkən bir tərəfdən yaddan çıxara bilməyəcəyiniz məlumatlar əldə edərkən, bir tərəfdən də Allahın elmini və sənətini daha dərindən təqdir etmə imkanını əldə etmiş olacaqsınız. Həmçinin, darvinist nəşrlərdə gördüyünüz təkamül nəzəriyyəsi ilə əlaqədar iddiaların əsassızlığını, deyilən qəsdli yalanların doğrularını, dəniz altında yaşayan canlılardakı dəlilləriylə tapacaqsınız. İndiyə qədər karyera narahatlığı ilə təkamül nəzəriyyəsinə kor-koranə bağlı qalan alimlərin, həqiqətlər qarşısında müqavimət göstərərək nə dərəcədə böyük zəhmət, vaxt və maddi ziyan içərisində olduqlarını da açıq şəkildə görəcəksiniz.

 

Bu saytda, gündəlik həyatda tez-tez təmasda olmadığınız, ümumiyyətlə, sənədli filmlərdə görə bildiyiniz olduqca rəngli və möhtəşəm bir dünya olan dəniz altındakı canlıların gözəlliyi təfərrüatlarıyla izah edilir. Araşdırılan hər bir canlının başqa bir mütəxəssislik tələb edən sistemə malik olması, görkəmindəki simmetriya və estetika, qavramalarındakı mürəkkəblik, sağ qalmaları üçün xüsusi olaraq yaradılmış orqanları, ağıl tələb edən davranışlar nümayiş etdirmələri və malik olduqları daha bir çox təfərrüat, Uca Rəbbimizin sənətinin gözəlliyini, elminin zənginliyini, sonsuz ağıl və gücünü ortaya qoyan nümunələrdəndir. Allah bənzərsiz bir gücün sahibi olan Yaradıcımızdır.

nehir manzarası

İçində yaşadığımız kainatda, canlıların sahib olduğu sistemlərdə və ya yer üzündəki tarazlıqda heç bir özbaşınalıq və uyğunsuzluq yoxdur. Çünki bütün kainat, üstün ağıl sahibi olan Uca Allahın əsəridir və hər şey hər an Uca Rəbbimizin izniylə varlığını davam etdirir.