Your browser version is outdated. We recommend that you update your browser to the latest version.

Dəniz Altının Məharətli Dalğıcları

Dənizin dərinliklərinə enmək üçün istifadə edilən texnologiya indiki vaxtda yalnız sualtı qayıqlarla məhdudlaşmışdır. Qabaqcıl texnologiyalardan istifadə edərək, çox sayda mütəxəssis mühəndis və alimin işləməsi ilə istehsal olunan müasir sualtı qayıqlar, bu dərinliklərdə yaşayan dəniz canlılarının xüsusiyyətləri ilə müqayisədə olduqca sadə və primitivdir. Dərin dənizlərdə yaşayan canlılar, insan istehsalı olan heç bir texnologiya ilə müqayisə olmayacaq üstünlükdə bir manevr qabiliyyəti nümayiş etdirər və yüksək təzyiqdən təsirlənmədən dərin sularda rahatlıqla yaşayarlar. Üstəlik, sualtı qayıqları təzyiqə davamlı hala gətirmək üçün istifadə edilən ağır metallara dərin dəniz canlılarında ehtiyac yoxdur. Bu canlılar yüksək təzyiq altında heç zərər görmədən, bütün həyati funksiyalarını mükəmməl bir şəkildə yerinə yetirə biləcək üstün bir təchizata sahibdirlər. Dəniz səthindən düşən bir cismin döşəməyə çatması üçün iki gün keçməsi lazım olan 6000 metrə çatan dərinliklərdə belə, (62) Uca Rəbbimizin izniylə ehtişamlı bir həyat vardır. Bir Quran ayəsində belə bildirilir:

...O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Ənam surəsi, 59)

Okean dərinlikləri, tamamilə fərqli bir mühitdir. Dənizlərdə yaşayan bir çox balıq, okean dərinliklərinə enə bilməz, bu mühitin şərtlərində yaşaya bilməz. Çünki bu böyük dərinliklər, özüylə birlikdə çətin şərtlər də gətirər. Yüksək təzyiq altında, soyuq və zülmət qaranlıq sularda bir canlının yaşaya bilməsi, ancaq anadangəlmə bu şərtlərə uyğun xüsusiyyətlərə sahib olmasıyla mümkün ola bilər. Suya baş vuran ya da dərinlərdə yaşayan canlıların orqanizmlərində əhəmiyyətli anatomik fərqlər var və bunların hər biri həyati əhəmiyyət daşıyar. Məsələn, bu canlılar, bədənlərindəki oksigendən digər dəniz canlılarına nisbətən daha qənaətcil istifadə edərlər. Dərinlərdəki ciddi istilik itkisinə qarşı müdafiə mexanizmləri vardır. Təzyiqə davamlı ağciyərlərə və sürətlə üzə biləcəkləri hidrodinamik bədən quruluşlarına malikdirlər. Üstəlik, bu xüsusiyyətlərdən sadəcə biri olmadığı təqdirdə bu canlılar dərin sulara baş vura bilməz ya da dənizlərin dibində yaşaya bilməzlər.

Bəzi heyvanlar üçün dərin sulara baş vurmaq yaşamaq üçün lazım olan bir zərurətdir. Balinalar, su samurları, suitləri, dəniz aslanları kimi bir qisim canlılar, qidalanmaq üçün, bioloji baxımdan çox zəngin olan dərin sulara baş vurmalıdırlar. Bu heyvanların ortaq xüsusiyyətləri, yüksək təzyiqə davamlı olmaları və su altında çox uzun müddət qala bilmələridir. Eləcə də, suya baş vuran bütün heyvanların bədən formaları suda qabaqlarını kəsəcək qüvvələrə qarşı optimal quruluşlarda olması lazımdır. Necə ki, bəhsi keçən canlıların hamısı, heyrətləndirici şəkildə "hidrodinamika" kimi tanınan bu elmin qanunlarına mükəmməl şəkildə uyğunlaşmışdırlar. Sürtünməni minimuma endirən tüklərindən, qulaq və burun quruluşlarına, qanlarının biokimyəvi xüsusiyyətlərindən, elastik sümüklərinə qədər hər cür təfərrüat əvvəlcədən özləri üçün bədənlərində hazırlanmışdır. Bu canlıları doğulduqları andan etibarən hidrodinamik quruluşlarıyla birlikdə yaradan Uca Rəbbimizdir və onlar Allahın yaratmasıyla anadangəlmə məharətli dalğıclardır.

Dəniz Altında Yüksək Təzyiqin Təsiri

Biz hiss etməsək də, bizi əhatə edən hava, dərimizin hər sm2-nə hər an 1 kq ağırlıqla təzyiq göstərir. İnsanın və digər bütün canlıların bədəni, bu atmosfer təzyiqinə uyğun olaraq yaradılmışdır. Okeanlar isə havadan daha ağır bir maddədən təşkil olunur: Bu sudur. Quru səthiylə müqayisədə xeyli yüksək təzyiqin hakim olduğu bu mühitdə dərinliyə doğru getdikcə, hər 10 metrdə bir, təzyiq bir qat daha artar. Bu təzyiq, canlının üstündə duran suyun ağırlığıdır.

Okeanın çox dərin hissələrindəki heyvanlar, 1000 atmosfer təzyiqindən yuxarı təzyiqdə belə yaşaya bilərlər. Bu canlıların okeanların dərinliklərində yaşamaları, bədənlərinin yüksək təzyiqə uyğun olaraq yaradılması vəsiləsiylədir. Məsələn, bir məməli heyvanın dərinliklərdə yaşamasını istəsək, ciyərləri, ürəyi, damarları, böyrəkləri, dərisi, bir sözlə, hər orqanı mövcud halından tamamilə fərqli olmalıdır. Hər cür tədbir görə biləcək ağıla sahib olan insan, belə bir mühitdə dura bilmək üçün xüsusi qaz qarışıqları ilə işləyən su altı tənəffüs alətlərinə, həssas dərisini qoruyacaq xüsusi paltarlara, xüsusi rabitə cihazlarına, görməsinə imkan verəcək eynək və işıqlandırma sistemlərinə və daha bir çox texnoloji yardıma ehtiyac duyar. Bütün bu texniki yardıma baxmayaraq, insanın suyun altında qala bilmə müddəti olduqca azdır.

Məlum olduğu kimi təkamül, tamamilə təsadüfləri uydurma məbud olaraq qəbul etmiş azğın bir inanc sistemidir. (Allahı tənzih edirik). Bu məntiqlə darvinistlər, dərin dəniz canlılarının da təsadüfi proseslər nəticəsində meydana gəldiklərini, təqlid belə edilə bilməyən möhtəşəm dalğıc təchizatlarını təsadüflər nəticəsində zamanla əldə etdiklərini iddia edirlər. Bu məntiqdən kənar iddiaya görə təsadüflər, fizika, kimya qanunlarını bilirmiş kimi, canlılara tam ehtiyac duyacaqları şəkildə, suya, soyuğa və yüksək təzyiqə davamlı bədən quruluşları qazandırmışdır. Bu onlara görə elə xəcalət verən bir iddiadır ki, bəzən darvinistlər bilavasitə təsadüf kəlməsindən istifadə etməkdən çəkinərlər. Çünki iddialarının məntiqdən kənar olduğunu özləri də bilirlər.

1- Basınç artışı
2 - Yüzey
3 - Suyun derinliği
4 - Mercanlar ve süngerler
5 - Kıta yamacı
6 - Gümüşbalta balığı
7 - Balina
8 - Deniz karı
9 - Deniz yatağı çamuru
10 - Denizanası

11 - Deniz karı
12 - Kırmızı karidesler
13 - Fare kuyruklu balık
14 - Su yılanı
15 - Sporoforlar
16 - Engerek balığı
17 - Üçayak balığı
18 - Denizyıldızı
19 - Amphipodlar
20 - Mürekkep balığı

21 - Fener balığı
22 - Çukur bölgesi
23 - Beroe (deniz anası)
24 - Ejderha balığı
25 - Karanlık Bölge 1.000-5.000 m
26 - Derin Deniz Yatağı
27 - Deniz Hıyarı
28 - Işığın Ulaşabildiği Bölge 0-200 m
29 - Alacakaranlık Bölge 200-1.000 m

Təzyiq dəyişikənliyi suyun səthində, dərin dənizlərə nisbətən daha çoxdur.

Toran yerlərdə yaşayan canlılar ümumiyyətlə şəffafdırlar və ya işığı əks etdirərlər. Bu vəziyyət ovçulara qarşı qorunmaq imkanı verər. Bu canlıların ümumiyyətlə iti görmə qabiliyyətinə sahibdirlər. Beləliklə, ovlarını asanlıqla tapar və təhlükələrdən qoruna bilər. Qaranlıq yerdə yaşayan canlılar isə ümumiyyətlə, qara və ya tünd qırmızıdırlar. Görmə qabiliyyətləri zəifdir. Əksəriyyəti yırtıcılardan qorunmaq üçün öz işığını istehsal edər. Hər bir canlı yaşadığı mühitə uyğun xüsusiyyətlərlə birlikdə yaradılmışdır. Bu canlıları da, onların yaşadıqları mühiti də yaradan Uca Allahdır.

Darvinistlər də çox yaxşı bilirlər ki, təsadüflər yalnız ixtiyari, sadə, nəzarətsiz, özbaşına hadisələrdir. Əlbəttə ki, bu elmdən kənar iddiaların etibar ediləcək bir tərəfi yoxdur. Ancaq təkamül tərəfdarları yaşadıqları məntiq çöküşünə görə bu xəyal dünyasını həqiqətmiş kimi təqdim etməyə çalışırlar. Bir təkamülçü mənbədəki məntiqdən kənar ifadələr bu vəziyyətin nümunələrindən sadəcə biridir:

Görəsən bəşəriyyət bəzi məməlilərin minlərlə il əvvəl suitləri, balinaları, delfinləri yaratmaq üçün etdiyi kimi dənizə qayıdır? Çox böyük mutasiyaların baş vermədiyi vəziyyətimizi qəbul etsək, əslində bu o qədər də mümkün görünmür. Bədən quruluşumuz, bədən ölçülərimiz, ciyərlərimiz, ürəyimiz, damarlarımız, böyrəklərimiz, dərimiz və qanımız, bir sözlə, bütün orqanlarımız soyuqdan donmadan, dərimizi itirmədən, çox tez-tez nəfəs almaq məcburiyyətində qalmadan uzun dövrlər suda yaşaya bilmək üçün ciddi dəyişikliklər keçirməlidir. ...İnsan irqinin dənizdə yaşaya biləcəyinə dair heç bir təkamül xarakterli inkişaf müşahidə olunmur.(63)

Yuxarıdakı elmə zidd olan ssenaridə, bəzi quru canlılarının, mutasiya kimi DNT-ni korlayan zərərli təsirlərlə dalğıclıq etməyə uyğun hala gəldikləri və bu cür mutasiyalarla insanların da dalğıclığa uyğun xüsusiyyətlər qazana bilmələrinin mümkün ola biləcəyi iddia edilir. Hətta bu səhv məntiqə görə insanların nəfəslərini tutaraq, suya baş vurmağa cəhd edərək, ehtiyacları istiqamətində bədənlərinə yeni xüsusiyyətlər qazandırmalarının da ehtimal olunduğu təəssüratı verilməyə çalışılır. Əlbəttə ki, bunlar reallaşması mümkün olmayan ssenarilərdən ibarətdir, hətta bu ssenarini yazan təkamülçü də, iddiasının nə qədər məntiqdən kənar olduğunu dərk edir.

Bu cür ümidlər, əlbəttə ki, elmə ziddir, xəyalidir. Çünki bir ana və ya ata Ginnes rekordlar kitabına girəcək qədər uzun müddət nəfəs tutmağı bacarmış olsa belə, onların uşaqları bu qabiliyyətə sahib ola bilməyəcək. O da bir fərd kimi sıfırdan başlayaraq yeni məşqlər edib, ana və atasının rekordunu əldə etməyə çalışmaq məcburiyyətindədir. Başqa bir sözlə, insan nəsli özünü nə qədər məcbur edirsə etsin, etdiyi heç bir səy yumurta ya da sperma hüceyrəsindəki genlərin düzülüşünə təsir etməyəcəyi üçün daimi bir dəyişiklik meydana gətirməz. Təsadüfi mutasiyaların təsiri isə, əvvəlki hissələrdə izah etdiyimiz kimi, Çernobıl partlayışındakı zədələnmiş orqanizmlər, şikəstliklər və ölümdür. Başqa sözlə, cəhalət məhsulu olan bu xəyallarla təkamül nəzəriyyəsini ayaqda saxlamağa səy göstərmək darvinistləri yalnız gülünc vəziyyətə salır.

Burada üzərində durulması lazım olan ikinci əhəmiyyətli mövzu, bir insanın Ginnes rekordlar kitabına girəcək qədər suyun altında nəfəs tutma bacarığının olmasının belə, ona əsla dəniz canlılarının xüsusiyyətlərini qazandırmayacağıdır. Bu adam, etdiyi məşqlər nəticəsində sadəcə ağciyərini gücləndirmişdir. Bədənində, dəniz canlılarına aid strukturların, orqanların və ya toxumaların meydana gəlməsi qeyri-mümkündür. Çünki insan, insana aid genlərlə yaradılmışdır, balıq isə balıq olaraq var edilmişdir. Tarixin heç bir dövründə bu həqiqət dəyişməmişdir. Həyatın ən qədim dövrü olan 450 milyon il əvvəl dəniz canlıları necə bu xüsusiyyətlərlə yoxdan yaradılmışlarsa, bu gün də eyni yaradılış hökm sürür.

Darvinistlər bu hekayələri izah etməyin səhv olduğunu bilə-bilə bunları peşəkar ədəbiyyatında saxlamağa çalışır, bu axmaqlıqları cəmiyyətə elmi həqiqətlər kimi çatdırmaqda bir problem görmürlər. Bu, inandıqları batil darvinizm ideologiyasının bir tələbidir. Harvard Universitetində geologiya və zoologiya professoru olan Stefan C. Qauld bu vəziyyəti bir sözündə belə izah edir:

Təkamülçü Stefen C. Qould

Təkamül biologiyası, anatomiya və ekologiya elmlərini qeydiyyata alan və sonra hansı sümüyün niyə o formada göründüyü ya da bu canlının hansı səbəbə görə orada yaşadığıyla əlaqədar tarixi və ya adaptasiya ilə əlaqədar izahlar gətirməyə çalışan möhtəkir bir dəlillə əhəmiyyətli dərəcədə mane olmuşdur. Alimlər bu nağılların hekayə olduğunu bilirlər; təəssüf ki, bunlar peşəkar ədəbiyyatında çox əhəmiyyətli və həqiqətmiş kimi qəbul olunur. Daha sonra bunlar [elmi] “həqiqətlər” halına gələr, xalq ədəbiyyatına daxil olar. (64)

Stefan C. Qauld, bu hekayələrin heç bir şeyin dəlili olmadığını, yalnız fərziyyəyə əsaslandığını isə belə ifadə edir:

Təkamül təbiət tarixinin “məhz-elə hekayələr” ənənəsindəki bu nağıllar, heç bir şeyin dəlili deyildirlər. Ancaq bunların meydana gətirdiyi üstünlük və bənzər bir çox vəziyyət mənim pilləli inkişaf fikrinə (gradualism) olan inancımı uzun bir müddət əvvəl yox etdi. Daha yaradıcı zehinlər bunları hələ də müdafiə edə bilərlər, ancaq yalnız səthi fərziyyələrlə xilas edilmiş anlayışlar mənim üçün elə də bir şey ifadə etmir. (65)

Bu izahlardan da aydın olduğu kimi, canlılar təkamül keçirdikləri üçün olduqları mühitə uyğunlaşmazlar; mühitə uyğunlaşmağa imkan verəcək xüsusiyyətlərlə yaradıldıqları üçün yaşaya bilərlər. Heç kim, texnoloji məhsulu bir dəniz nəqliyyatının, dəniz səthində və ya içində üzəcək xüsusiyyətləri sonradan qazandığını iddia etməz. Çünki qeyd olunan nəqliyyat vasitəsi üzəcək xüsusiyyətlərlə-fizika qanunlarına uyğun olaraq-istehsal olunduğu üçün suyun səthində üzər. Canlıların bədən quruluşu isə, şübhəsiz ki, verilən bu nümunədən xeyli mürəkkəbdir. Başqa sözlə, bu mürəkkəb sistemlər haqqında təsadüf iddiası ilə ortaya çıxmaq, lap başdan çox böyük bir yanılmadır.

Əlbəttə ki, darvinistlərin bu gülünc izahları, xüsusilə yaşadığımız əsrdə onlara gözlədikləri nəticələri gətirmir. Allahın üstün sənəti və elmi, bütün kainatı əhatə etmişdir. Canlıların ehtişamlı xüsusiyyətləriylə yoxdan yaradıldıqları, artıq elmi dəlillərlə də ortaya qoyulmuşdur.

Darvinistlər istəməsə də, bütün varlıqların tək Yaradıcısının Allah olduğu həqiqəti artıq bir çox insan tərəfindən çox daha yaxşı qavranılır. Quranda belə xəbər verilir:

O, göyləri və yeri icad edəndir. Onun zövcəsi olmadığı halda övladı necə ola bilər? Hər şeyi O xəlq etmişdir. O, hər şeyi bilir. Budur sizin Rəbbiniz olan Allah. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Hər şeyin Yaradıcısı Allahdır! Elə isə Ona ibadət edin! O, hər şeyi Qoruyandır. Gözlər Onu dərk etmir. O isə gözləri dərk edir. O, Lətifdir, hər şeydən Xəbərdardır. (Ənam surəsi, 101-103)

Oksigensiz Tənəffüs

Suya baş vuran canlıların ən vacib xüsusiyyətlərindən biri də, bu canlıların bədənlərindəki oksigen tuta bilmə potensialıdır. Canlılarda oksigen tutma və daşıma vəzifəsinə sahib iki zülal vardır: Bunlar hemoqlobin və miyoqlobindir. Bir-birlərinə çox bənzəyən strukturlarına baxmayaraq, bu molekullar müxtəlif məqsədlər üçün istifadə olunurlar. Hemoqlobin qırmızı qan hüceyrələrinin içində olar və ağciyərlərdəki oksigeni alıb, qan hüceyrələrinin köməyiylə bütün toxumalara daşıyar. Miyoqlobinin vəzifəsi isə əzələlərdə olan və bura gələn oksigeni əzələyə daşıyıb ehtiyat halında saxlamaqdır.

Suya baş vuran bütün canlılar üçün miyoqlobin zülalının sıxlığı və bölgüsü çox əhəmiyyətlidir. Dərin sulara baş vuran canlılardakı miyoqlobinin miqdarı quruda yaşayan heyvanlara görə təxminən on dəfə çoxdur. Digər bir ifadəylə, bu canlılar əzələlərində, qurudakı canlılara nisbətən ehtiyatda 10 dəfə çox oksigen saxlaya bilərlər.

Dənizdəki həll olmuş oksigendən istifadə edə bilməyən insanlar, dərinliklərə daxil ola bilmək üçün bir-birindən fərqli cihazlara ehtiyac duyarlar. Bu texnoloji sistemlər belə, dərinliklərə effektli və səmərəli şəkildə daxil ola bilmək üçün kifayət etmir. Halbuki dənizin dərinliklərinə daxil ola bilən bir canlının qanındakı hemoqlobin və miyoqlobin səviyyəsi oksigensiz tənəffüs etməyə uyğun olaraq yaradılmışdır. Bu canlıların dərinliklərə daxil ola bilmək üçün texniki avadanlıqlara, xilasedici sistemlərə, üstün kompyuter texnologiyasına ehtiyacları yoxdur. Şübhəsiz ki, Uca Allah üçün bir canlını dərinliklərdə yaşamağa uyğun olaraq yaratmaq çox asandır.

Oksigen, hüceyrələrdə qida maddələrinin parçalanıb enerjiyə çevrilməsi üçün lazımdır. Başqa sözlə, bədəndəki bütün hüceyrələrə, enerji ehtiyaclarını ödəmək üçün oksigen daşınar. Oksigenin olmadığı hallarda isə, enerji sərfi azaldılar və tənəffüs prosesi oksigen olmadan reallaşar. Oksigensiz tənəffüsdə, əzələlərdə və digər toxumalarda saxlanılmış olan oksigendən istifadə edilər. Dalğıc heyvanların bədənlərində də tam bu ehtiyaclarını ödəyəcək şəkildə bir sistem vardır. Daha çox oksigen tutma xüsusiyyətinə sahib miyoqlobin zülalı, bədənlərində hemoqlobinə görə yüksək miqdarda olar. İnsanlar və digər bir çox canlı, bədənlərindəki miyoqlobin miqdarı az olduğu, buna görə də toxumalarında ehtiyat halında oksigen saxlaya bilmədikləri üçün, bir dəfəyə aldıqları nəfəslə su altında uzun müddət qalmağa dözə bilməzlər.

Əlbəttə ki, dərin sularda yaşayan canlılar sudan gələn qüvvələrə qarşı bədənlərində uyğun sistemlər əmələ gətirməyi öz-özlərinə və ya təsadüfən bacara bilməzlər. Qanlarındakı miyoqlobin miqdarını, bir qərar verib öz-özlərinə artıra bilməzlər. Oksigenlə nəfəs almağın mümkün olmadığı mühitlərdə, istifadə olunmaq üçün əzələlərində ehtiyat halında oksigen saxlamağı dərk edib buna imkan verəcək sistem meydana gətirə bilməzlər. Bunları heç kim, şüur sahibi insan belə reallaşdıra bilməz. Bütün bunları yaradan, bütün canlılara bir-birindən fərqli və bir-birindən möhtəşəm dərəcədə xüsusiyyətlər bəxş edən, bütün aləmlərin Rəbbi və Yaradıcısı olan Uca Allahdır. Bütün canlılardakı hər incəlik müəyyən məqsədlər üçün, hikmətlə yaradılmışdır. Məqsədin, nizamın olduğu bir yerdə də təsadüflərin təsirindən bəhs etmək ağılsızlıqdır. Hər şeyi yoxdan var edən Uca Rəbbimiz, dənizin dərinliklərində yaşayan canlılarda da, sənətini və üstün elmini bütün ehtişamıyla göstərir. Uca Allah bir ayəsində belə buyurur:

De: “Əgər Rəbbimin Sözlərini yazmaq üçün dəniz mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik belə, Rəbbimin Sözləri qurtarmadan öncə dənizin suyu qurtarardı”. (Kəhf surəsi, 109)

İndi bu xüsusi yaradılışın təfərrüatlarını, bir neçə canlı vasitəsilə araşdıraq:

Dərin Dalğıc Çempionu Balinalar

Bir çox canlının su altında qalmasını məhdudlaşdıran ən əsas amil, beyin, ürək və duyğular kimi həyati orqanların oksigenə olan ehtiyacıdır. Balinalar isə yaradılışlarındakı xüsusi sistemlərlə, bu maneənin öhdəsindən ən mükəmməl şəkildə gəlirlər.

Balinalar bir neçə səbəbə görə suya dalma çempionu olaraq tanınarlar: Balinalar, tənəffüs orqanlarını, ürək enerjilərini və ürək döyüntülərini zəiflədə bilir; ehtiyat halında oksigen saxlama imkanlarını artıra bilir; oksigen axımını ən çox ehtiyac olan yerlərə yönəldə bilirlər.

Məməli heyvanlar daima nəfəs alıb verməlidirlər və buna görə də su onlar üçün çox uyğun bir mühit deyil. Ancaq bir dəniz məməlisi olan balinada, quruda yaşayan bir çox heyvanla müqayisədə daha səmərəli bir nəfəs alma sistemiylə bu problem həll edilmişdir. İnsanlar tənəffüs etdikləri havanın yalnız 10-20%-indən istifadə edərkən, kaşalotlar 80-90%-indən istifadə edərlər. Nəfəs almaları insanlardan 8 dəfə daha güclüdür. Bunun sayəsində olduqca uzun fasilələrlə nəfəs alma ehtiyacı duyarlar. Balinalardaki bu üstün təchizatın təsadüflərlə ya da zamanla öz-özünə reallaşması, əlbəttə ki, mümkün deyil.

Ehtiyatda Yüksək Miqdarda Oksigen Saxlama Potensialı

Dərinliyə gedən balinaların çox böyük ciyərlərə sahib olduğu düşünülə bilər, ancaq vəziyyət tam əksinədir. Bədənləri ilə müqayisədə balinalar olduqca kiçik ciyərlərə sahibdirlər. İnsanların ciyərlərinin həcmi, bədənlərinin 1,76 %-ni, fillərin 2,55%-ni təşkil etməsinə baxmayaraq, kaşalotlarda bu rəqəm 0,91%, mavi balinalarda 0,73%, şimal balinalarında isə 0,65 %-dir.(66)

İnsanlar dənizə girdikdə oksigenin 34%-i ciyərlərindən, 41%-i qanlarından, 25%-i əzələlərindən və toxumalarından gələr. Balinalar üçün vəziyyət çox fərqlidir. Kaşalotlarda oksigenin 9%-i ciyərlərindən, 41%-i qanlarından və 50%-i əzələ və toxumalarından gələr.(67) Buna görə də su altında ciyərləri kiçik bir rol oynayar. Ancaq balinaların qanı və əzələləri yüksək sıxlıqda və ehtiyat halında oksigen saxlaya bilir. Qırmızı qan hüceyrələri insanlardakından daha böyükdür və daha çox sıxdır. Balinaların qanında insanların qanından 50% daha çox miqdarda hemoqlobin vardır. Buna görə də daha çox oksigen daşıya bilərlər. Balinaların əzələlərindəki oksigen daşıyıcı miyoqlobin zülalı da xeyli çoxdur.

Bəzi Balina Növləri Və Böyüklükləri

1 -Göy balina 29,5 m
2- Minkə balinası 10 m
3- Fin balinası 23 m
4- Boz balina 15 m
5- Sei balinası 14 m
6- İsmerpeçet balinası 19 m
7- Bowhead balinası 20 m
8- Braird's dimdikli balina 13 m
9- Northern right balinası 18 m
10- Qatil balina 8 m
11- Qozbel balina 14 m
12- Narwhal balinası 4 m

Bunlardan əlavə balinalar, oksigen çatışmazlığı ilə yaranan əzələ toxumalarındakı süd turşusunun və karbondioksidin verdiyi ağrıdan və halsızlıqdan təsirlənməzlər. 1000 metr dərinliyə endiklərində belə, insanların çox aşağı dərinliklərdə nəfəssiz qalmaqdan ötrü yaşaya biləcəkləri bədən reaksiyaları balinalarda meydana gəlməz. Məməlilərdə beyinin tənəffüs sisteminə nəzarət edən hissəsi, qandakı karbondioksid miqdarı ilə bilavasitə əlaqəlidir. Ancaq balinalarda beyinin bu hissəsi karbondioksidə bir az həssasdır; bu da balinalara ayrı bir dözümlülük qazandırar.

Balinalar su səthində 10 dəqiqə ərzində dərindən nəfəs alaraq, bütün oksigen anbarlarını doldurarlar. Su altında qaldıqları hər dəqiqə üçün, bir dəfə nəfəs almaları kifayətdir. Məsələn, 60 dəfə nəfəs alan bir balina, 1000 metr dərinlikdə 45 dəqiqə qala bilər. Yerdə qalan 15 dəqiqəni də yuxarı çıxması üçün lazımdır.(68) Həmçinin, balinalar tək bir nəfəsdə, ehtiyatda saxladıqları havanın 90%-dən çoxunu havaya buraxarlar. Başqa bir sözlə, ciyərlərindəki köhnə havanın demək olar ki, hamısını boşaldıb təzə hava ilə doldururlar. İnsanlar nəfəs alıb verəndə isə, ciyərlərdəki havanın ancaq 15%-ni havaya buraxarlar.

Darvinistlər, balinalar üçün yaradılmış bu xüsusi strukturlar qarşısında da təəccüblənmiş və bu barədə heç bir izah verə bilməmişdirlər.

Suya Baş Vurmadan Əvvəl Görülən Hazırlıqlar

Dalma əsnasında balinaların yalnız beyin, ürək və quyruq kimi əhəmiyyətli orqanlarını oksigenlə təmin edən üstün bir sistem vardır. Bu sistemlə oksigenə qənaət edildiyi kimi həyati orqanlar da qorunmuş olar.

Balina suya baş vurmadan əvvəl sürətli bir şəkildə nəfəs aldıqdan sonra, xüsusi qapaqlarla ağciyərdəki tənəffüs yollarını bağlayar, həmçinin xüsusi bir damar bağlama sistemi ilə də qan dövranı sisteminə yenidən istiqamət verib onu idarə edə bilər. Beləcə, bədənlərinin həyati olmayan hissələrinə qan axımının qarşısı alınaraq, oksigenə qənaət edilər. Suya baş vurma müddətində yalnız beyin, ürək və quyruq kimi əhəmiyyətli orqanlar və əzələlər oksigenlə təmin olunar. Hər şey sanki birtərəfli bir şəbəkə kimi işləyir.

Həmçinin, balina suya baş vurduğu vaxt ürək döyüntülərini zəiflədər. Məsələn, qatil balinanın ürək döyüntüsü suya baş vurarkən dəqiqədə 60-dan 30 qədər düşə bilər.(69) Maddələr mübadiləsinin zəifləməsiylə birlikdə, oksigen istehlakı və karbon istehsalı minimuma enir. Mümkün olduğu qədər uzun müddət suya baş vura bilmələri üçün böyük bir enerji mühafizəsi proqramına sahibdirlər. Oksigenin idarə olunmasında və təzyiq tarazlığında əhəmiyyətli bir rol oynayan, balinalara məxsus şəbəkə sisteminin quruluşunu alimlər hələ də öyrənə bilməmişdirlər.

Alimlərin öyrənə bilmədikləri bir sistemi təsadüflərlə əlaqələndirməyə çalışan darvinistlər, bu üstün yaradılış qarşısında çox böyük bir məğlubiyyət yaşayırlar.

Balinaların Nəfəs Alma Orqanı: Başlarının Üstündə Olan Dəlik

Balinaların burun dəlikləri kürəklərindədir. Bu möhtəşəm bir sistemdir, çünki beləliklə, balinalar üfüqi vəziyyətdə üzərkən belə asanlıqla nəfəs alıb verə bilərlər.

 

Balinanın "burun dəlikləri", qurudakı məməlilərin əksinə, asanlıqla nəfəs alıb verə bilməsi üçün kürəyinə yerləşdirilmişdir. Bunun sayəsində balinalar, üfüqi vəziyyətdə üzdükləri vaxt belə asanlıqla nəfəs alıb verərlər. Balinaların burunları oksigenlə tənəffüs etməkdən daha başqa funksiyalara da malikdir. Balinalar nəfəs almadıqları vaxt burunlarını büzülən bir əzələ ilə bağlı vəziyyətdə saxlayarlar. Beləcə, buradan nəfəs borularına və ciyərlərinə su girməsinin qarşısı alınmış olar.

Balina suya baş vurmadan əvvəl nəfəs alar və bu hava dəliyinin əzələlərdən ibarət olan qapağını bağlayar. Suyun səthinə çıxmadan dərhal əvvəl də hava dəliyini açar və nəfəs verər. Bağlı vəziyyətdə əzələlər istirahət halındadır. Başqa sözlə, balina suya baş vurduğu müddətdə, hava dəliyini bağlı saxlamaq üçün əlavə enerji sərf etməyə məcbur qalmaz.

Həmçinin, balinalarda digər bütün məməlilərdən fərqli olaraq burun dəlikləri ilə damaqlar arasında bir keçid yoxdur. Bunun sayəsində suyun altında olarkən, tənəffüs yollarına heç su girmədən ağızlarını sonuna qədər aça bilərlər. Balinaların burunları çox mürəkkəb bir quruluşa malikdir və bütün balina növlərinin özünəməxsus burun quruluşları vardır.

Balinaların başlarının üstündən su çiləyən görünüşləri, ilk baxışda səhv bir təəssürat verə bilər. Balinaların burunları su çiləyən bir dəlik deyil; əslində tənəffüs orqanlarıdır. Görülən fışqırma isə yalnız sıxlaşmış su buxarıdır. Bu, eynilə soyuq havada insanların ağzından buxarlı nəfəs vermələri kimidir. Balinalar da nəfəs verəndə qazlar kiçik bir dəlikdən çox yüksək təzyiq altında çıxar. Bu, havadakı təzyiqin böyük miqdarda artmasına səbəb olur və sərbəst hava ilə qarşılaşdıqda nəfəs içindəki qazlar genişlənir. Fizika qanunu olaraq qazların genişlənməsi soymasına, beləcə su buxarının damcılar halında toplanmasına səbəb olar.

Balinalarda bu xüsusi nəfəs alıb-vermə sistemini yaradan, canlıya bir-birindən maraqlı və heyrətamiz xüsusiyyətlər bəxş edən hər şeyin Yaradıcısı olan Uca Allahdır. Öyrənilən hər yeni məlumat bu həqiqəti tam aydınlığı ilə göstərir. Darvinistlərin yaşadığı böyük narahatlıq və vahimənin ən əsas səbəbi məhz yaradılışdakı bu möhtəşəmlikdir. (www.belgeseller.net)

Balinalardakı Üfüqi Quyruq Üzgəcinin Hikməti

Balinalar ikiqat bölməli və təxminən 10 m2 genişlikdə bir quyruq üzgəcinə sahibdirlər. Normal balıqların şaquli quyruqlarının əksinə, onların quyruqları üfüqi vəziyyətdədir. Daima suya baş vurub suyun səthinə çıxan balina üçün quyruğun bu quruluşu böyük asanlıq təmin edər. Səthə çıxmaq istədikdə, quyruğunu sadəcə aşağı doğru itələyər; suya baş vurmaq istədiyində isə quyruğunu əks istiqamətdə çırpar. Quyruq, hərəkətverici qüvvəylə yanaşı, balinanın tarazlığının təmin edilməsinə də təsir edir. Necə ki, son dövrdə suya baş vuran insanlar da iki ayağı birləşdirən palitralardan istifadə edərək, suyun içində balina kimi aşağıdan yuxarı qıvrılaraq üzərlər. Bu, sürətli şəkildə suya baş vurmaq üçün ideal bir üslubdur.

Balinaların quyruqlarının genişliyi təxminən 10 m2 qədərdir. Digər balıqlardan fərqli olaraq balinaların quyruqları üfüqi vəziyyətdədir. Bu vəziyyət suyun dərinliklərə baş vuran balina üçün böyük asanlıqdır. Balina yuxarı çıxmaq istədiyi vaxt quyruğunu aşağı doğru itələyər, suya baş vurmaq istədikdə isə əks istiqamətdə çırpar. Bu mükəmməl quruluş balinanın az enerji sərf etməklə ucsuz-bucaqsız dərinliklərə asanlıqla çatmasına imkan verər.

Balinanın Hidrodinamik Dərisi

Bir dalğıc hər nə qədər su içində özünü irəliyə doğru hərəkət etdirən palitradan istifadə etsə də, sürtünmənin təsirindən mütləq maneə törədici bir qüvvəyə məruz qalar. Sürtünmənin yaratdığı müqavimətin təsirindən insanlar su altına girdikdə hər hansı bir şey etmək üçün daha çox enerji sərf edərlər. Sürtünmənin təsirini minimuma endirə bilmək üçün, üzmə zamanı hidrodinamik bir quruluş meydana gətirilməlidir. Bu quruluş nə qədər yaxşı olsa, adam sürtünmənin təsirinə bir o qədər az məruz qalar və az müqavimətlə üz-üzə gələr.

Balinaların hidrodinamik quruluşu isə, nəhəng bədənlərinə baxmayaraq, mümkün olduğu qədər yüksək sürətlə -bəzən saatda 50 km sürətlə- üzmələrinə imkan verər. Balinaların bədən forması və dərisi enerjiyə qənaət edəcək xüsusi bir yaradılışa malikdir. Balinanın dərisi, bədəninin üstündə baş verən coşğunluğu azaldaraq, bunu az müqavimətli normal axına çevirmələrini təmin edər. Bu, suyun coşğun enerjisinin bir hissəsini tutub saxlayar və bədənin ətrafını əhatə edən girdabları zəiflətmə təsiri əmələ gətirər. (70) Ancaq hidrodinamik mühəndislərinin müəyyənləşdirə bildiyi bu təfərrüatlar, balinanın quruluşunda onsuz da hazır olaraq yaradılmışdır. Balinanın özünün belə bir təcrübə aparıb, genlərində əlaqədar tənzimləmələri yerinə yetirə biləcək ağlı və gücü yoxdur. Balinalara bir çox canlı arasında xüsusi bir qabiliyyət qazandıran bu xüsusiyyətlərin hər biri Uca Rəbbimizin elmidir.

Allah bir ayəsində belə bildirir:

Göylərdə, yerdə, onların arasında və torpağın altında nə varsa, Ona məxsusdur. (Taha surəsi, 6)

Zərbəyə Məruz Qalmadan Suya Baş Vura Bilən Bir Canlı: Suitilər

Suitilərin sualtı qayıqlara bənzəyən bədənləri 4 metr uzunluğunda, 25 ton ağırlığında ola bilir. (71) Suitilərin bədəninin böyük bir hissəsi sərtdir. Ancaq hava ilə dolu boşluqları təzyiq altında, canlıya zərər vermədən əzilə biləcək quruluşda yaradılmışdır. Məsələn, suitilərinin kəllə sümükləri möhkəmdir, ancaq üz sümükləri və qabırğa sümükləri içəriyə doğru bata biləcək şəkildə yaradılmışdır.(72) Suyun göstərdiyi təzyiq havanı ciyərlərə doğru itələyər və nəfəs borusu normal həcminin yarısına çatana qədər içəriyə doğru batar. (73) Suitilərin sümüklərinin tam lazımi yerlərdə elastiki vəziyyətdə olması olduqca fövqəladə bir haldır. Məsələn, kəllə sümüyü də bu şəkildə elastik bir quruluşda olsaydı, suitilərin beyinləri zədələnərdi. Ancaq bu elastiklik yalnız lazımi yerlərdədir.

nehir manzarası

Suitilər, dərin dəniz sularına baş vurmaq üçün çox uyğun xüsusiyyətlərlə yaradılmışdır. Sümüklərinin müəyyən hissələrindəki elastiklik, burun dəliklərinin, qırtlaq və qida borusunun suya baş vurmaq əsnasında bağlanmasını təmin edən əzələ refleksi bu canlılara məxsus xüsusi sistemlərdir.

Digər tərəfdən suitilər suya baş vurarakən baş verən bir əzələ refleksi həm burun dəliklərinin, həm də qırtlaq və yemək borusunun bağlanmasına səbəb olar. Beləcə, suitilər su udmadan ağızlarını açıb ovlarını tuta bilərlər. Eynilə qulaqlardakı hava boşluqları da, xarici təzyiq müəyyən bir səviyyəyə çatanda şişib buranı tıxayan qan damarlarıyla hörülmüşdür.(74) Yalnız bu xüsusiyyətləri belə suitilərin yaşaya bilmələri üçün çox əhəmiyyətli təfərrüatlardır. Suitilərin çox yüksək təzyiq altında belə 2 saat müddətində qala bilmələrini təmin edən bir çox xüsusiyyətləri vardır. Bütün bunlar bu canlıların "dalğıc" xüsusiyyətiylə yaradıldıqlarını göstərər. Bu heyvanlar Allahın üstün yaratma sənətinin möhtəşəm və heyrətamiz bir təcəlliləridir.

ardı >>