Your browser version is outdated. We recommend that you update your browser to the latest version.

Zərbəyə Qarşı Tədbir

Suitilər insanların əksinə dərin sulara baş vurduqda, heç vaxt zərbə almazlar. Çünki suitilər suya baş vurmadan əvvəl ağciyərlərindəki havanı çölə buraxaraq boşaldarlar. Ağciyərlərdə havanın olmaması, suda batmazlıq xüsusiyyətini azaldaraq daha dərinə getmələrinə imkan verir. Ancaq ən əhəmiyyətlisi, hava olmadığı üçün ciyərlərlə qan arasında qaz mübadiləsi baş verməz. Beləcə, suitilərin qanında, insanlar üçün əhəmiyyətli bir təhlükə olan azot qabarcıqları əmələ gəlməz.(75)

Zərbə adı verilən bu vəziyyət, ciyərlərində tutduğu havadan istifadə edərək suyun dərinliklərinə enən hər canlı üçün bir təhlükədir. Halbuki, suitidə belə bir problem yoxdur, çünki suitilərin qanlarındakı qırmızı qan hüceyrələrinin quruluşu, bol miqdarda oksigen yığmağa uyğun bir yaradılışla yaradılmışdır. Buna görə də suiti, ciyərlərində hava tutaraq suya baş vurmağa ehtiyac duymaz. Ehtiyacı olan oksigeni qanında həll olmuş halda daşıyar. Ciyərlərində hava tutmadığı üçün də qanında kimyəvi bir natarazlıq meydana gəlmədən suyun dərinliklərinə enməsi mümkün olar.

nehir manzarası

Bala suitilər doğulduqları andan etibarən üzə bilər, hətta suya baş vura bilərlər. Suyun dərinliklərə baş vurmaq isə ilkin hazırlıqlar tələb edir. Suitilər bir neçə qısa olaraq suya baş vurmaqla ciyərlərindəki havanı çölə buraxarlar, sonra ciyərlərini bağlayarlar. Ciyərlərində heç hava qalmadıqda, həll olan və qana qarışan azotu da bədənlərindən xaric edərlər, artıq suların dərinliklərinə baş vurmağa hazırdırlar.

Belə bir hazırlıq üçün suitilər bədənlərində azotu çölə buraxacaq bu sistemin varlığından xəbərdar olmalıdırlar. Halbuki bu qeyri-mümkündür. Onlar Allahın ilhamına uyğun olaraq bu hazırlıqları görərlər. Onların bədənlərini də, bədənlərindəki bu üstün quruluşu da, ona uyğun şərtləri də yaradan və canlıya buna uyğun bir həyat tərzi müəyyənləşdirən aləmlərin Uca Rəbbi Allahdır.

İnsan belə uzun müddət nəfəs tutma qabiliyyətinə və buna imkan verən bədən maddələr mübadiləsinə sahib olmadığı üçün, tənəffüs etmək istədikdə xüsusi balonlar istifadə edər. Suyun dərinliklərinə enən bir insan, suyun səthinə qayıdarkən çox sürətli bir şəkildə yuxarı çıxarsa, qan damarlarında azot qazı qabarcığı meydana gələr və qan axışı dayanar. Bu vəziyyət ciddi şikəstliklərə, iflicə, hətta ölümə səbəb ola bilər. Suiti isə dərinlikdəki təzyiqli havada tənəffüs etmək əvəzinə, yalnız suyun səthində tənəffüs etdiyi üçün, belə bir həyati təhlükə ilə qarşılaşmaz. Həmçinin, suitilərdə alın və üst çənə sümüklərində boşluqların olmaması, xüsusilə də ağciyərlərin kiçik həcmi, qana yayılmağa əlverişli azot miqdarını da məhdudlaşdırır.

Bunlarla yanaşı, suitləri uzun daimi suya baş vurmalarında, su altına girmədən əvvəl bir neçə dəfə suya baş vurarlar. Qabırğa sümüklərini və diafraqmalarını açıb bağlayaraq ciyərlərindəki havanı çölə buraxar, sonra da ciyərlərini bağlayarlar. Bir müddət sonra ciyərlərində heç hava qalmadığı üçün əriməklə qana qarışacaq azotu bədənlərindən atdıqları vaxt, dərin enişə hazır olarlar.

Belə düşünək: Ağıl və şüur sahibi olmayan bir heyvan belə bir təhlükədən necə xəbərdar ola bilər? Fizika, kimya qanunlarından xəbərsiz olduğu halda ciyərlərindəki havanı boşaltmalı olduğunu necə bilir? Sonra burun, qulaq, yemək və nəfəs borusundakı girişləri bağlamağı necə düşünə bilir? Ovlanmaq üçün ağzını açdıqda suyun bu yollardan keçməsinin, özü üçün təhlükə meydana gətirəcəyini necə düşünə bilər? Bunları yoxlama-yanılma ilə öyrənəcək bir imkanı yoxdur. Bunu öyrənmiş olsa belə, bədənində lazımi tənzimləmələri edə bilmə imkanına sahib deyil. Enişə uyğun bütün xüsusiyyətlərini bədənində yaradan Allahdır və özünü təhlükələrə qarşı qoruyacaq tədbirləri də Allahın ilhamı ilə edir. Bir ayədə Rəbbimiz belə buyurur:

Mən, Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, Allah onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir. (Hud surəsi, 56)

Qanda Ən Böyük Oksigen Daşıma Potensialı Suitilərə Aiddir

Suitilər də qurudakı digər canlılar kimi nəfəs almaq məcburiyyətindədirlər. Yenə də uzun və dərin sulara baş vurmaq mövzusunda bir ustadırlar. Təkcə bir dəfə suya baş vurduqda, su altında təxminən 1-2 saat qala bilmələrinə imkan verən ən əhəmiyyətli xüsusiyyətlərindən biri, oksigen saxlama potensiallarıdır. Suitilərin əzələlərindəki oksigen saxlayan miyoqlobin zülalı xeyli yüksək miqdardadır. Araşdırmalara görə, suitilərinin qanı, canlılar arasında oksigen daşıma potensialı ən yüksək olan qandır. Suiti insana görə iki dəfə daha çox oksigeni qan həcmini artırmaqla saxlayır. Suiti bədən kütləsinin 14%-i qədər oksigeni, xüsusilə tam ehtiyacı olan bölgələrində -qanında və əzələlərində- ehtiyat halında saxlayar. Suya baş vurduqları vaxt, oksigenin yalnız 5%-i ağciyərlərinə gedərkən, qanına 70% və əzələlərinə 25% nisbətində oksigen gedər. İnsanlar isə bədənlərindəki oksigenin yalnız 51%-ni qan dövranında saxlaya bilərlər. Əsasən, ciyərlərindəki 36%-ni saxladıqları oksigendən istifadə edərlər. Digər tərəfdən suitilərin dalağı, 24 litr qan saxlama potensialına malikdir. Suitilər daldıqları vaxt dalaq büzülərək, saxlanılan oksigeni qana ötürər.

Qan Axımının Tənzimlənməsi

Alimlər suya baş vuran suitilərin oksigen istifadəsini azaltmaq üçün qanın əzələlərə, toxumalara və daxili orqanlara axışını növbəli şəkildə bağladıqlarını; qan dövranlarını beyin və mərkəzi sinir sistemləriylə məhdudlaşdırdıqlarını müəyyənləşdirmişlər. Qanlarını ciyər, mədə kimi daha az oksigenə ehtiyac duyan və həyati olmayan orqanlardan, beyin, onurğa iliyi kimi əhəmiyyətli və əzələlər kimi üzmək üçün lazımlı orqanlara istiqamətləndirirlər. (76)

Həmçinin, suitilər saxladıqları oksigendən də qənaətli şəkildə istifadə edə bilərlər. Dalma refleksi ürək döyüntüsünü zəiflədir və buna bağlı olaraq oksigen istifadəsində bir azalma baş verir. Ürək ritmini və maddələr mübadiləsini zəiflədərək, enerji istifadəsini minimuma endirərlər; beləcə bədənləri "boş yerə" işləyər.(77) Suitilər ürək döyüntülərini dəqiqədə 120-dən 30-35-ə qədər mərhələli şəkildə azalda bilərlər. Boz suiti ürəyini 60 saniyə ərzində dayandıra bilər. Belə bir göstərici, insanlar üçün ürək çatışmamazlığı hüdudur.(78) Xortumlu suitilərin ürəyi isə qısa fasilələrlə dəqiqədə 2-3 döyüntüyə qədər belə azala bilər.

Suitlərinin suya baş vurduqları vaxt maddələr mübadiləsini 40-50% zəiflətmələri, oksigendən daha qənaətli istifadə etmələrini və beləcə, su altında daha uzun müddət qala bilmələrini təmin edər. Ancaq bu olduqca çətin bir vəziyyətdir. Alyaska Universitetində dəniz alimi olan Maykl Kastellini, bu çətinliyi "Aerobika edərkən nəfəsinizi tutmaq kimi bir şey" deyərək izah edir.(79)

Yüksək Təzyiqə Uyğun Sinir Sistemi

Yüksək təzyiq, insan üçün ölümcül təsirlərə sahib olan bir mühitdir. Kaliforniya Universitetindən bioloq Burney Le Boeuf, təzyiqin sinir hüceyrələri üzərindəki təsirini, "qeyri-iradi sarsılmağa, komaya düşməyə və ölümə gətirib çıxarar, neyronlarınız eyni anda siqnal yolladıqda bütün bədəniniz gərilər" şəklində təsvir edir.(80) Lakin suitilər yüksək təzyiq altında olduqca rahat yaşaya bilirlər. Suitilərin yüksək təzyiq altındakı sinir sindromundan necə qorunduqları alimlər üçün hələ də bir sirr olaraq qalır. 100-200 metr dərinliyə endikdə artan təzyiqin sinir hüceyrələrini sıxışdıraraq müxtəlif narahatlıqlara səbəb olması lazım olduğu halda, suitilərində heç vaxt bu vəziyyətə rast gəlinməz.

Bütün bu xüsusiyyətləri təsadüflərlə əlaqələndirməyə, bunun adına "təkamül" deyərək izah verməyə çalışanlar, artıq insanları aldada bilmirlər. Bu möhtəşəm xüsusiyyətlərin fərqində olan hər insan canlılarda bir fövqəladəliyin, təəccüblü və ehtişamlı bir sənətin hökm sürdüyünü asanlıqla başa düşə bilər. Bu sənət, Yaradılışdır. Bu ehtişamlı Yaradılışı bizlər üçün var edən Uca Qüdrət isə, aləmlərin Rəbbi olan Allahdır.

...Məgər onları yaradan Allahın onlardan daha qüvvətli olduğunu görmürdülərmi? Onlar ayələrimizi, sadəcə, inkar edirdilər. (Fussilət surəsi, 15)

Suda Yaşayıb Islanmayan Bir Canlı: Qunduz

Qunduzlar öz balalarını qarınlarının üstündə daşıyarlar və vaxt gəldikdə onlara suda üzməyi öyrədərlər. Fövqəladə diqqət və zəhmət tələb edən bu təlim müddəti balalar üçün çox əhəmiyyətlidir. Darvinistlər, canlıların bu şüurlu və fədakarcasına davranışlarından ötrü böyük bir çıxılmaz vəziyyətdədirlər.

Qunduzlar qidalanmaq üçün dənizə baş vurarlar. Ümumiyyətlə, 18 metrdən daha dayaz sularda ov edərlər və suya baş vurmaları 1-2 dəqiqə çəkər. Amma 100 metr dərinlikdəki suya baş vuran və su altında 4-5 dəqiqəyə qədər qalan qunduzlar da məlumdur.(81) Nəfəsini tutan bir insan üçün 2 dəqiqədən sonra beyin ziyan görər, huşunu itirmə kimi risklər başlayar. Bu canlılar isə xüsusi yaradılmış maddələr mübadiləsi ilə, şübhəsiz ki, bu cəhətdən insandan üstündürlər. "Suya baş vurma" qabiliyyətləri, əslində çox böyük çətinliklərin öhdəsindən gəlmələrini tələb edir. Ancaq qunduzun bu çətinliklərin heç biriylə xüsusi olaraq mübarizə aparması lazım deyil; çünki bədəni su altına daxil ola bilmək üçün anadangəlmə ən uyğun xüsusiyyətlərlə yaradılmışdır.

Qunduzlar nəfəslərini çox uzun müddət tuta bilərlər, çünki ağciyərləri özləri böyüklükdəki bir məməli heyvanla müqayisədə iki yarım dəfə daha böyükdür. Böyük ciyərlər oksigen yığılmasını və qunduzun suda üzərkən batmamasını təmin edər. Qunduzlar təzyiq altında ciyərlərinin zərər görmədən çökməsinə imkan verən elastik qabırğalara sahibdirlər. Qunduzlar, həmçinin, bilavasitə olaraq qan damarlarını fasiləsiz olaraq oksigenlə təmin edən və kiçik, hava dolu ağciyər kisələrinə bağlanan qığırdaqlı hava kanallarıyla da təchiz edilmişlər. Bundan əlavə qunduzun qanı suya baş vurduğu vaxt, təzyiq altında artan yüksək karbon qazına dözə biləcək xüsusi bir yaradılışla yaradılmışdır.

Boyu təxminən 60 sm uzunluğunda olan qunduzun, 30 sm uzunluğunda möhkəm və yastı bir quyruğu vardır. Bədənləri çox elastik olan qunduzların quyruqları qalındır və quyruq başlanğıc nöqtəsində əzələli, aşağısında isə düzdür. Quyruq bu xüsusiyyətləriylə, qunduza üzərkən kürək və sükan vəzifəsi yerinə yetirməklə kömək edər.

Qunduzun su içində yaşamasına imkan verən başqa bir xüsusiyyəti də pəncələridir. Qısa ayaqlarının dibindəki kiçik pəncələrində beş barmağı vardır. Bu barmaqların bir pərdəylə bir-birinə bağlanmış olması pəncənin səthini genişlədər. Bu pərdə ayaqlar, qunduzların usta bir üzgüçü olmaları üçün əhəmiyyətli bir vəsilədir.

Həmçinin, qunduzun su altında burun və qulaq dəliklərini bağlama xüsusiyyəti də vardır. Bu işi uzun tüklərinin köməyiylə bacarar. Kəllənin üstünə yerləşdirilmiş olan gözləri və burun dəlikləri, suya yarı dalmış vəziyyətdə üzərkən su samurlarına suyun səthindən yuxarısını görə bilmə və nəfəs ala bilmə imkanı verər. Bir su canlısı olan su samurların bütün xüsusiyyətləri, onların suda rahat yaşayacaqları və hərəkət edəcəkləri şəkildə yaradılmışdır. Məhz bu, darvinistlərin təsadüf və ya ara-keçid hekayələriylə əsla izah edə bilmədikləri və izah edə bilməyəcəkləri üstün bir yaradılışdır.

Qunduzun Islanmayan Kürkü

Su samurlarının ən qəribə xüsusiyyəti isə, bədənlərini örtən kürkün islanmamasıdır. Su samurlarının bədənini möhkəm şəkildə bürüyən yumşaq və parlaq tünd boz tükləri, o qədər təsirli bir qoruyucudur ki, su samurları günlərlə dəriləri islanmadan üzə bilərlər. Bu xüsusiyyət, suyu itələməyə fayda verər və üst hissəsi islandıqdan qısa bir müddət sonra da quruyar. Qalın kürk, qunduzu həmçinin, soyuğa qarşı da qoruyur. Bir çox dəniz heyvanından fərqli olaraq su samurlarının dərilərinin altında istilik yaradan bir yağ təbəqəsi yoxdur. Buna görə də qalın kürk, onları soyuqdan qoruyan tək qoruyucudur.

Dünyadakı bütün heyvanlardan daha qalın bir kürkə sahib olan qunduz, hər 3 cm2-də bir milyon tükə malikdir. Bir insanda isə yalnız 20000 saç teli var. Qunduzun qalın kürkündəki tükləri aralayıb dərisinə baxmaq istəyən bir adam, heç bir şəkildə dərisini görə bilməz. Məhz bu qalınlıq onu okeanların dondurucu soyuqlarından qoruyur.

Kürkü isti saxlaması, ancaq təmiz və düzgün olmasından asılıdır. Buna görə də qunduz özünü həmişə təmizləmək məcburiyyətindədir. Bu əməliyyatı isə iki mərhələdə həyata keçirir: İlk mərhələdə təmizlənmək üçün əvvəlcə özünü fasiləsiz surətdə ovuşdurar. İkinci mərhələdə isə xalça silkələr kimi özünə yüngülcə vurar. Bunun sayəsində həm kürkü təmizlənmiş olar, həm də bədənində olan xüsusi bir vəzidən, suyun daxil olmasının qarşısını alan bir yağ ifraz olunar. Qunduzun təmizlənmək üçün göstərdiyi bu davranışlar, həmçinin kürkü meydana gətirən tüklərin arasına hava dolmasına da fayda verər. Dolan hava sayəsində isə dərinin ilıq və quru qalması təmin edilər. Kənar təsirlərdən yalnız kürkləri vəsiləsiylə qorunan qunduz üçün bu təmizlik, yaşamaları üçün olduqca əhəmiyyətli bir şərtdir.

Qunduzlar dünyadakı bütün heyvanlardan daha qalın bir kürkə malikdir. Bədəninin hər 3 cm2-də bir milyon qədər tük vardır. Bir insanda isə cəmi yalnız təxminən 20000 ədəd saç teli vardır. Qunduzların bədənləri iki növ tüklə örtülmüşdür. Tüklərdən bir hissəsi digərlərindən daha qısadır və uzun tüklər qısa tükləri gizlədir. Bu qısa tüklər qoruyucu bir vəzifəyə malikdir. Bu fövqəladə qoruyucu sistem, kürklərin su keçirməməsini təmin edər. Beləliklə, qunduzlar günlərlə dəriləri islanmadan üzə bilərlər. Qalın kürk həmçinin qunduzları soyuğa qarşı da qoruyar.

Su samurlarının tükləri, pərdəli ayaqlarının yanından böyüməyə başlayır və suyun daxil olmasının qarşısını alacaq şəkildə dəri səthini hörümçək toru kimi örtər. Alimlərin qunduz tükləri ilə əlaqədar apardıqları araşdırmalar, tüklərin bir-birinə keçməsini təmin edən lövhələr şəklində meydana gəldiyini göstərir. Bu bir-birinə keçməli sistemə məməli heyvanlarda çox rast gəlinməz. Başqa bir sözlə, qunduzun tükləri məlum olan klassik bir tük quruluşuna sahib deyil.

Həmçinin, ilk baxışda heyvanın bədəni tək bir tipdən olan tüklə örtülü kimi görünməsinə baxmayaraq, aparılan təfərrüatlı araşdırmalarda, su samurlarının kürklərinin iki növ tükdən meydana gəldiyi ortaya çıxmışdır. Qunduzun tüklərinin iki növ olması, heyvanın bədəninin sudan daha yaxşı qorunmasına səbəb olar. Tüklərdən bir hissəsi digərlərindən daha qısadır və uzun tüklər qısa tükləri gizlədər. Üstdəki tüklərin alt hissəsindəki-üst dərinin tam altında xüsusi olaraq formalaşdırılıb yerləşdirilmiş olan bu qısa tüklər, qoruyucu bir vəzifəyə malikdir. Pensilvaniya Tibb Fakültəsi Hüceyrə və İnkişaf Professoru Con W. Weisel və qrupunun elektron mikroskopunda apardıqları bu araşdırmalar, tüklərin fövqəladə izolyasiya qabiliyyətinə sahib olduğunu ortaya qoymuşdur. (82)

Tüklərin bu quruluşu canlının hüceyrələrindəki DNT-də kodlaşdırılmış halda mövcuddur və hər qunduz bu fövqəladə xüsusiyyətə malikdir. Mutasiya kimi məhv edici və mütləq zərərli olan təsirlərlə, bir canlının genlərinin təsadüf nəticəsində bu cür həyati xüsusiyyətlər qazanması, şübhəsiz ki, qeyri-mümkündür. Tüklərin meydana gəlməsində, düzülüşündə, sıxlığında, uzunluğunda mükəmməl dərəcədə müstəsna bir nizam vardır. Bu üstünlük, bir yaradılış möcüzəsidir. Darvinistlər isə hər yaradılış möcüzəsində olduğu kimi bu xüsusiyyətlər qarşısında da susqundurlar. Çünki qunduzun tək bir tükü, darvinizmi yıxıb yox etmək üçün kifayətdir.

Kürklərinin su keçirməz xüsusiyyəti, quyruqlarının xüsusi quruluşu, pərdə ayaqları kimi bütün heyrətləndirici xüsusiyyətləriylə su samurlarını yaradan aləmlərin Rəbbi olan Allahdır. Bir Quran ayəsində belə bildirilir:

Göyləri, yeri və onlarda yaydığı canlıları yaratması Onun dəlillərindəndir. Allah istədiyi vaxt yaratdıqlarını bir yerə toplamağa qadirdir. (Şura surəsi, 29)

Suitilərin Dərin Dəniz Sularına Baş Vurmağa Əlverişli Olan Bədən Strukturlarına Aid Nümunələr

Ağciyərlər: Suya baş vurma vaxtı meydana gələcək riski azaldacaq şəkildə, təzyiq altında sıxıla bilərlər.
Əllər, ayaqlar və quyruq: Suya baş vurmaları vaxt bu yerlərə daha az qan gedər.
Nəbz: Ürək döyüntüləri oksigen istifadəsini azaltmaq üçün zəifləyər.
Əzələlər: Oksigen miyoqlobin içində əzələlərdə saxlanılır.
Yağlar: İstilik itkisinin qarşısını alar və enerji saxlayarlar.
Böyük qan həcmi: Daha çox oksigen saxlayıb daşıya bilmək üçün qanında daha çox hemoqlobin və miyoqlobin olar.

Bir Canlinin Dərinliklərə Dala Bilən Xüsusiyyətlərə Sahib Olmasi, Təsadüflərlə İzah Edilə Bilməz

İnsan bədəni dərin dəniz sularına baş vura biləcək, su altında yaşaya biləcək bir quruluşla yaradılmamışdır. Buna görə də insanın dərin dəniz sularına təsadüfi baş vurması olduqca təhlükəlidir. Ən təcrübəli, ən təchizatlı dalğıclar belə, yüksək təzyiq və istilik fərqindən qaynaqlanan bir çox problemlə qarşılaşırlar, hətta bu çox vaxt ölümlə nəticələnir. Məsələn, yalnız Amerikada hər il 100000 dalğıcdan 10-a qədəri suya baş vurduqları vaxt həyatını itirir. (83)

Dəniz altında yaşayan canlıların təmasda olmadığı təhlükələrin hər biri, bəhsi keçən canlıların bu şərtlərə uyğun yaradıldıqlarını göstərir. Strukturları ilə əlaqədar bütün təfərrüatlar bir canlının təsadüf nəticəsində, yüksək təzyiq altında yaşamağa uyğun xüsusiyyətlər qazanmayacağının aydın dəlillərindəndir. Ağıl və şüur sahibi bir insan belə, fizika, kimya, biologiya, tibb kimi bir çox elm sahəsində geniş məlumatlara sahib olmaqla, yüksək texnoloji imkanlardan istifadə etməklə dərin dənizlərə dalmağı çətinliklə bacarır. Ağıl və şüurdan məhrum heyvanların isə, özləri üçün tədbir görmələri, bədənlərində yüksək təzyiqə və soyuğa dözümlü sistemlər meydana gətirmələri qeyri-mümkündür. İnsanların dərin dənizlərdə üz-üzə gəldikləri təhlükələr düşünüldükdə canlılardakı strukturların möhtəşəmliyi aydın şəkildə özünü göstərir. Bu təhlükələrdən ən mühümləri bunlardır:

Dərinlik sərxoşluğu: "Azot narkozu" ya da "nitrogen narkozu" da deyilən bu narahatlıqda, zehni fəaliyyətlərdə diqqətə çarpan bir azalma, huşsuzluq meydana gələr. Azotun narkotik təsiri təzyiq altında artar. Bunun səbəbi azotun sinir hüceyrələri arasındakı elektrik axımına təsir edərək hissləri zəiflətməsidir. Buna görə də əksər dalğıclar 30 metrdən dərinə endikdə, huşsuzlaşma təhlükəsiylə üz-üzə gələrlər.

Sümüklərin məhv olması: Mütəmadi surətdə yüksək atmosfer təzyiqinin təsirinə məruz qalan kəslərdə, sümük nekrozu (ölümü) müşahidə olunur. Hətta bir dəfə də olsa yüksək atmosfer təzyiqinin olduğu mühitlərdə olan kəslərdə bu əhəmiyyətli narahatlıq meydana gələ bilir.

Havasızlıq: Su altında təxminən hər 10 metrdə təzyiq 1 atmosfer təzyiqi artar və təzyiqə bağlı ən böyük həcm dəyişiklikləri ilk metrlərdə baş verər. Suya baş vurduqları vaxt sudakı təzyiq artdığına görə, bədən daxilində qazla dolu boşluqların həcmi azaldılmalıdır. Ancaq dalışa uyğun yaradılmayan insan bədənində, bu cür bir azalma baş verməz. Buna görə də ağciyərlərində sıxışma baş verər və bu boşluqlara qan dolmağa başlayar. Bu vəziyyət, ağciyərlərin daxili qanaxma və maye toplanması nəticəsində zədələnməsinə səbəb olar.

Hüceyrələrə hava dolması: Tibdə "emfizem" kimi tanınan bu vəziyyətdə, iki ağciyər arasında toplanan hava, ürək və əsas damarları sıxışdıraraq qan dövranı sisteminin pozulmasına gətirib çıxarar. Təngnəfəslik, huşunu itirmə ilk əlamətlərdir. Digər tərəfdən havanın dəri altına dolması da mümkündür. Boyunun alt hissəsinə hava dolduqda, səsdə dəyişikliklər baş verər. Vəziyyət şiddətləndikcə dəridə göyərmə, tənəffüs çətinliyi meydana gələr.

Karlıq: Normal hallarda qulağın daxili təzyiqi, xarici təzyiqinə bərabərdir. Su altına endikcə, orta qulaqdakı hava sıxışaraq qulaq pərdəsinə təzyiq göstərməyə başlayar. Orta qulaq, eşitmə kanalı tıxandığına görə sıxışmağa məruz qalar, daxili qulaq da bundan təsirlənər və təzyiq artdıqca pərdədə cırılma meydana gələ bilər.

Karbon artıqlığı: Tibdə "hiperkapni" kimi tanınan bu vəziyyətdə, qandakı karbon səviyyəsi artmışdır. Əgər dalğıc, su altında çox güc sərf etməli olduğu bir iş görməyə cəhd etsə, dalğıcın əzələləri tənəffüs sisteminin bədəndən xaric edə biləcəyindən daha çox CO2 istehsal etməyə başlayar. Bədəndəki yüksək miqdardakı çirkli hava, ağciyər kisəciklərində təmiz havanın yerini tutar. Dalğıc təngnəfəslik, baş ağrısı, yorğunluq, huşsuzluq, əzələ spazmı hiss edər. Bu vəziyyət huşunu itirməyə qədər gətirib çıxara bilər ki, bu da su altında olduqca ciddi bir təhlükədir.

Karbon azlığı: Qanda normadan az karbon olmasına isə "hipokapni" deyilir. Karbon təzyiqinin azalması nəticəsində, müxtəlif əzələlərdə titrəmələr, əllərdə sıxılmalar, əzələlərdə qıc olmalar, baş gicəllənməsi və huşsuzluq meydana gəlir.

Təzyiq xəstəliyi: Yüksək təzyiq, qanda həll olmuş azotun bədənə yayılmasına səbəb olar. Dalğıc nə qədər dərinə ensə və orada nə qədər uzun qalsa, bədənində o qədər azot həll olar. Əgər dalğıc suyun dərinliklərindən çox sürətlə çıxarsa, təzyiqin azalmasından ötrü azot təkrar qaz halına dönər və bədəndə azot qabarcıqları meydana gələr. Bu qabarcıqların damarları tıxaması nəticəsində ortaya çıxan vəziyyətə "təzyiq" deyilər. Təzyiq iflic və ölümə səbəb ola bilər.

Soyuq suyun təsiri: Soyuq suyun bədən üzərində mənfi təsirləri vardır. Bədən temperaturunun nizamlanması belə bir mühitdə daha da çətinləşər. Soyuq suya dalmaq, sürətlə tənəffüs etməyə səbəb olar. Titrəmə, ürək ritminin pozulması, bədənin səthinə yaxın yerlərdə qan dövranının dayanması, güc və əlaqə pozğunluğu, daxili əzələlərə qan axımının azalması, hərəkət çətinliyi kimi təhlükələr baş verər.

Oksigen zəhərlənməsi: Qanda oksigenin miqdarı çox olduqda zəhərlənmə baş verər. Dəniz səviyyəsində havada 20% oksigen vardır. Dərinlərə daldıqda bu faiz eyni qalmasına baxmayaraq, insan bədəninə daha çox oksigen molekulu daxil olar. Oksigen atomları təzyiq altında olarkən həmişə başqa bir atomla birləşməz və "sərbəst köklü" olaraq məlum olan korlayıcı molekullar olaraq gəzərlər. Bu vəziyyət də, ürək döyünməsi, öskürək və hətta iflicə səbəb ola bilər.

Dəm qazı zəhərlənməsi: Qandakı dəm qazı, oksigenə nisbətən hemoqlobinlə 200 dəfə daha asan əlaqə yaradar və hemoqlobini sərbəst buraxmaz. Bu da qanın daha az oksigen daşıması mənasını verər. Bu vəziyyət dalğıc dərində olarkən baş verdikdə, baş ağrısı, baş gicəllənməsi, görmə pozğunluğu kimi narahatlıqlara səbəb olar; hətta oksigen çatışmazlığından ötrü adam huşunu da itirə bilər.

Bu həyati problemlərin heç biri dalğıc heyvanlarda müşahidə olunmaz. Daima su altına endikləri, hətta dərinliklərdə yaşadıqları halda, bu təhlükələrə qarşı bədənlərində tədbir görülməsi lazım deyil. Çünki dəniz canlılarının hər biri, bu mühit üçün lazımi təchizatlarla birlikdə yaradılmışdır. Dərin dənizlərdəki həyat Rəbbimizin hər şeyi əhatə edən elmini, bənzərsiz sənətini və hüdudsuz hakimiyyətini ən gözəl şəkildə göstərir.

Balina Üzgəclərindən Təyyarə Qanadlarının Hazırlanmasında Istifadə Olunur

Qozbel balinalarını (megaptera novaeangliae) digər balina növlərindən fərqləndirən ən əhəmiyyətli xüsusiyyət, girintili-çıxıntılı üzgəcləridir. Aparılan araşdırmalar, girinti və çıxıntılardan ibarət olan bu xüsusi quruluşun, balinaya məlum olan üzgəc formasından daha səmərəli bir hərəkət imkanı təmin etdiyini göstərmişdir. Necə ki, bu balina növləri, digərlərinə görə olduqca akrobatik hərəkətlər etmələri ilə tanınarlar.

İndiki vaxtda təyyarə qanadlarında istifadə edilən dizaynın hamar və düzgün bir forması vardır. Ancaq Duke Universiteti tədqiqatçıları, bu balina növünün üzgəclərindən istifadə edərək bu vaxta qədər istifadə olunanlardan çox fərqli yeni bir model meydana gətirdilər. Mühəndislər dişli strukturların əlavə olunmasıyla yaradılan bu model ilə, dişlərin olmadığı modelləri müqayisə etdilər. Dişli qanadların durma bucaqlarının dişsiz qanadlara görə 40% daha yaxşı olduğu müəyyənləşdirildi.(84) Həmçinin havanın, dişli strukturları 8% daha çox qaldırdığı ortaya çıxdı.

Başqa bir üstünlük isə itələmə qüvvəsinin bu modeldə 32% daha az olması idi. Araşdırmanı aparan alimlərdən L.E. Howle artan qaldırma qüvvəsinin və azalan bərpa qüvvəsinin bərabərzamanlı olaraq bacarılmasının aerodinamik səmərəliliyi artırdığını ifadə etdi.(85)

Alimlər sistemin təfərrüatlarını araşdırdıqları vaxt dişli strukturların qanad üstündə fırlanan burulğanlar əmələ gətirdiyini müəyyənləşdirdilər ki, bu olduqca üstün bir vəziyyətdir. Təyyarə qanadlarının üstündəki burulğanlar, qanadın üstündəki havanın dağılıb arxa tərəfə getmədən qanadlardan uzaqlaşmasının qarşısını alır. Bu isə təyyarənin daha şaquli bucaqlar altında durmasını və daha yüksək qaldırma qüvvəsinə sahib olmasını təmin edir.

İndiki vaxtda alimlər hər sahədə təbiətdəki modellərin üstünlüyünü təsdiq edir, yeni ixtiralar üçün canlılardakı sistemləri nümunə götürürlər. Alimlərə ilham verən bu dişli formanın, düz bir üzgəcdən daha səmərəli olacağını, balinanın özünün düşünə bilməyəcəyi aydındır. Digər bütün xüsusiyyətləri kimi balinaların üzgəclərindəki dişlər də, müəyyən bir məqsəd üçün yaradılmışdır və təsadüflər nəticəsində yarana bilməz. Göylərin, yerin və onların arasındakıların Yaradıcısı olan Rəbbimiz sonsuz elmi ilə əhatə etdiyi bütün kainatı, heyrətləndirici sonsuz təfərrüatla birlikdə yaratmışdır. Balinanın üzgəc forması isə, bu mükəmməlliklər içindən bir nümunədir.

Balinalar Haqqında Maraqlı Məlumatlar

* Balinalar çox güclü quyruq əzələlərinə malikdir və mükəmməl bədən formalarıyla suda çətinlik çəkmədən hərəkət edə bilirlər. Digər balıqlar quyruqlarını sağa və sola hərəkət etdirərək üzdükləri halda, balinalar quyruqlarını aşağı və yuxarı doğru hərəkət etdirərək üzərlər.

* Balinaların ciyərləri 3000 litrlik həcmə malikdir; bu miqdardakı hava 750 şarı şişirdə bilər. İnsanların ciyərlərinin həcmi isə yalnız 4 litrdir.(86)

* Göy balinalar güclü axınlar olmasına baxmayaraq, saatda 28 kilometr sürətlə üzə bilər. Bunu etmək üçün dəqiqədə 20000 litr oksigenə ehtiyac duyarlar.

* 1,5 saat kimi uzun daimi suya baş vurmalarıyla məşhur kaşalotlar, 3000 metr dərinliklərə saatda 7-8 km sürətlə, şaquli olaraq dala bilərlər. 1000 metrdə təzyiq 101 atmosferə yüksələr; bu səviyyədə bir balinanın bədəninin hər cm2-sinə 101 kiloluq təzyiq düşər. Müqayisə aparmalı olsaq, bu ağırlığın altında qalmaq, ağır çəkili bir boksçunu tək bir barmaqla qaldırmağa bənzəyər. (87)

* Kaşalotlar, havayla tənəffüs etmələrinə baxmayaraq, ömürlərinin 90%-ini dəniz dibində keçirərlər.(88)

* Qatil balinalar delfinlərdən sonra ən sürətlə üzən dəniz məməliləridir. Olduqca çevik olan və yüksək manevr qabiliyyətinə sahib bu canlılar, saatda 30 kilometr sürətlə üzərlər. (89)

* Bəzi balinalar 850 kilovattan daha çox enerji istehsal edər; bir avtomobil isə ancaq bunun 1/10-ni istehsal edər.

* Bir balina, yer üzündə yaşamış ən böyük heyvan olan dinozavrların iki qatı böyüklükdədir. Yetkin bir balina, 200 ton ağırlığında, 33 metr uzunluqdadır, yalnız dili bir fil ağırlığındadır.

* Balinanın başının üstündəki hava dəlikləri, kiçik bir uşağın keçə biləcəyi qədər genişdir. Nəfəsini bu dəlikdən çölə buraxdıqda, sıxlaşmış su buxarı təzyiqlə 9 metr yüksəyə qədər qalxar. Səssiz bir gündə, göy gurultusunu xatırladan bu çiləmə üsulu səsi kilometrlərlə kənardan eşidilə bilər.(90)

* Bir qozbel balina, 1 gündə 1 ton yemək yeyə bilər.(91)

Dalğıc Ustaları İmperator Pinqvinləri

İmperator pinqvinləri, 500 metr dərinliyə 5 ilə 12 dəqiqə arasında, tənəffüslərində və qan təzyiqlərində hər hansı bir problem olmadan dala bilərlər.(92) Həmçinin, normalda ürək döyüntüləri dəqiqədə 60-70 arasında olarkən, suya baş vurmadan əvvəl dəqiqədə 180-200-ə qədər yüksəlir və bunun sayəsində bədənlərinə daha çox oksigen alarlar. Suya girər-girməz isə bu sürət dəqiqədə 100 ürək döyüntüsünə qədər düşər və suya baş vurma müddəti ərzində 20 döyüntüyə qədər azalar.(93)

Ehtiyacları olan oksigeni, ciyərlərindəki havadan deyil, əzələlərinin içindən ödəyən pinqvinlər, uzun müddət nəfəs almadan üzər və istədikləri qədər də dərinə dala bilərlər. Bu canlılar qanlarındakı oksigen ən aşağı səviyyədə belə olsa üzməyə davam edə bilərlər, insanlar isə belə bir vəziyyətlə qarşılaşdıqlarında təngnəfəs olarlar.

Bu səviyyə, pinqvinlər üçün 20 mm Hg olduğu halda, insanlarda bu 25 mm Hg-dir. Bütün bu məlumatlara baxmayaraq, alimlər pinqvinlərin hansı səbəbə görə qan təzyiqindən təsirlənmədən suyun içində olarkən, böyük bir sürətlə buzun üstünə hoppana bildiklərinə hələ də bir izah gətirə bilməmişdirlər.(94)

Pinqvinlərin burada bir neçə nümunəsinə yer verilən xüsusiyyətləri Allahın bu canlılar üzərindəki şəfqət və mərhəmətinin göstəricisidir.

Okeanların Dərinliklərində Qidalanan Xortumlu Suitilərə Allah Ruzi Verir

Xortumlu suitilər dənizdə olarkən, vaxtlarının 90%-ni suyun altında daima dənizin dibinə səyahət etməklə keçirərlər. Saatda iki üç dəfə, 500-550 metr dərinlikdə olan sulara baş vurar və suya baş vurma fasilələrində suyun səthində yalnız 2-3 dəqiqə istirahət edərlər. Suya baş vurmaları bəzən iki saat qədər uzun çəkə bilər.(95)

Xortumlu suitilərin yüksək təzyiq altında uzun müddət qala bilməsi, sahib olduğu xüsusi fizioloji xüsusiyyətlərdən qaynaqlanır. Bədənindəki bu xüsusiyyətləri yaşadığı mühitə uyğun yaradan və xortumlu suitiləri dərin dənizlərdəki çətin şərtlərə dözməyə vadar edən Uca Rəbbimiz Allahdır. Okeanlardakı canlıların sıx olduğu, qida baxımından ən zəngin sahələrə dala bilmə xüsusiyyətləri də Uca Allahın lütfüdür. Bir ayədə belə buyurulur:

Neçə-neçə canlılar vardır ki, ruzisini öz yanında daşıya bilmir. Onların da, sizin də ruzinizi Allah verir. O, Eşidəndir, Biləndir. (Ənkəbut surəsi, 60)

200 Milyon Ildir Ki, Mükəmməl Quruluşlarıyla Mövcud Olan Dəniz Tısbağaları

Dəniz tısbağalarının ən böyüyü olan dəri kürəkli tısbağa (Dermochelys coriacea) 35 km sürətlə üzə bilər və 900 metr dərinliyə dala bilər. Ən dərin sulara baş vuran tısbağa növü olan dəri kürəklilərin, digər dəniz tısbağalarından fərqli olaraq sərt qabıqları olmaz. Bunun əvəzinə düz və kauçuka bənzər qoruyucu bir dəri təbəqəsinə sahibdirlər.

Dəri kürəkli tısbağalar 1,85 sm uzunluq və 637 kiloya çata bilən bədənləriylə bədən temperaturlarını, əzələ toxumalarında saxlayarlar. "Termal durğunluq" olaraq adlandırılan bu vəziyyət, mühəndislərin enerji qənaəti və temperatur qorunması üçün istifadə edilən bir termindir. Tısbağalar bu temperaturun mühafizə formasıyla, bədən temperaturlarını ətraflarındakı suyun temperaturundan daha yuxarı bir səviyyədə saxlaya bilərlər.(96)

Darvinistlər öz aləmlərində bu canlıların, qurudakı tısbağaların suya qayıtmış formaları olduğunu iddia edirlər. Ancaq, əlbəttə ki, heç bir darvinist, quru tısbağalarının suya uyğunlaşa biləcək xüsusiyyətləri necə və niyə əldə etdiklərini və su tısbağalarının hansı səbəbə görə təzyiq altında dala biləcək, soyuq sularda üzə biləcək fövqəladə xüsusiyyətlər qazana bildiklərini izah edə bilməz. Darvinistlər, ümumiyyətlə reallaşması qeyri-mümkün olan bir iddianı ortaya atıb sonra da "hər şeyi təsadüflər etdi" deyə məntiqdən kənar izahlar gətirirlər. Çünki darvinizm, elmlə, ağılla, dəlillərlə deyil, saxtakarlıqlarla, hekayələrlə, yalanlarla ortaya çıxmış və insanlara zorla təlqin edilmiş bir nəzəriyyədir.

Təkamülçü bioloq olmasına baxmayaraq, Riçard Ellis, bəhsi keçən canlılarla əlaqədar darvinistlərin içində olduğu bu çıxılmaz vəziyyəti belə ifadə edir:

İndiki vaxtda dəniz tısbağalarının quruda yaşayan, lakin dənizə qayıdan sürünənlərdən törədiyinə inanılır, lakin hər hansı bir ara-keçid forması tapıla bilməmişdir. Daşlaşmış quru tısbağaları var, bunların sütuna bənzər qıçları və caynaqlı ayaqları mövcuddur. Daşlaşmış dəniz tısbağalarının isə üzgəcləri vardır, lakin fosil qeydlərində yarı suda yaşayan tısbağalara bənzər bir canlı tapılmır.(97)

Dəlillər çox aydın göstərir ki, quru və dəniz tısbağaları fərqli fizioloji xüsusiyyətlərlə yaradılmış, tamamilə fərqli canlılardır. İkisi arasında isə hər hansı bir keçid yoxdur. Belə ki, təkamülçü paleontoloq Robert Karol da bunu bu şəkildə qəbul edir:

"Tısbağaların qabıqları asanlıqla daşlaşmalarına və kiçik parçaların belə asanlıqla seçilməsinə baxmayaraq, indiyə qədər daha əvvələ aid, daha ibtidai bir tısbağa təyin edilməmişdir." (98)

Burada, bunu xatırlatmaq lazımdır ki, təkamülçülərin ara fosil problemi yalnız dəniz tısbağaları ilə məhdudlaşmır. 150 ildən çox davam edən və 350 milyondan çox fosilin çıxarıldığı qazıntılarda, tək bir ədəd belə ara fosil tapılmamışdır, tapılması da qeyri-mümkündür. Fosil qeydləri mərhələli şəkildə təkamül prosesi keçirmiş canlılarla deyil, bugünkü mükəmməl hallarıyla ortaya çıxmış və yaşamış canlılarla doludur. Dəniz tısbağaları da 200 milyon ildir ki, tarix səhnəsində bugünkü qüsursuz quruluşlarıyla çıxış edirlər.

 

Qeydlər

62 John Downer, Supernature, Sterling Publishing Co., Inc., New York, 1999, s. 129.

63 Üner Beköz, Ömer Baklavacı, Figen Sarıgül, Sualtı Teorisi, TurkDive, Dalış ve Deniz Araştırmaları Merkezi, 2001, 2. baskı, s. 1-1.

64 Stephen Jay Gould, "Introduction," in Björn Kurtén, Dance of the Tiger: A Novel of the Ice Age (New York: Random House, 1980), xvii-xviii.

65 Gould S.J., "The Return of the Hopeful Monster," in "The Panda's Thumb: More Reflections in Natural History," [1980], Penguin: London , 1990, reprint, sf.158

66 Werner Gitt, If Animals Could Talk, Master Books, 2006, ABD, s. 29.

67 Werner Gitt, If Animals Could Talk, Master Books, 2006, ABD, s. 30.

68 Werner Gitt, If Animals Could Talk, Master Books, 2006, ABD, s. 29.

69 http://www.seaworld.org/infobooks/KillerWhale/adapaqkw.html

70 Werner Gitt, If Animals Could Talk, Master Books, 2006, ABD, s. 27.

71 David Attenborough, The Trials of Life, William Collins Sons & Co. Ltd, London, 1990, s. 36.

72 Michael Tennesen, "Testing the Depths of Life", National Wildlife, Şubat/Mart 1999, cilt 37, no. 2;

http://www.nwf.org/nationalwildlife/article.cfm?issueID=22&articleID=187

73 John Downer, Supernature, Sterling Publishing Co., Inc., New York, 1999, s. 129.

74 Görsel Bilim ve Teknik Ans., Cilt 8, s.2660

75 Michael Tennesen, "Testing the Depths of Life", National Wildlife, Şubat/Mart 1999, cilt 37, no. 2;

http://www.nwf.org/nationalwildlife/article.cfm?issueID=22&articleID=187

76 Nature, vol. 371, p. 663, 20 octobre 1994. Weddell foku

77 Sally Morgan, Pauline Lalor, Ocean Life, PRC Publishing, 2001, London, s. 53.

78 John Downer, Supernature, Sterling Publishing Co., Inc., New York, 1999, s. 128.

79 Michael Tennesen, "Testing the Depths of Life", National Wildlife, Şubat/Mart 1999, cilt 37, no. 2;

http://www.nwf.org/nationalwildlife/article.cfm?issueID=22&articleID=187

80 Michael Tennesen, "Testing the Depths of Life", National Wildlife, Şubat/Mart 1999, cilt 37, no. 2;

http://www.nwf.org/nationalwildlife/article.cfm?issueID=22&articleID=187

81 Marianne Riedmann, Sea Otters, Monterey Bay Aquarium, Monterey, California, 1990, s. 33.

82 http://www.uphs.upenn.edu/news/News_Releases/aug05/Weiselotter.htm

83 http://physiotherapy.curtin.edu.au/resources/educational-resources/exphys/00/scuba.cfm

84 American Institute of Physics. Physics of Fluids, -- May 2004 -- Volume 16, Issue 5, pp. L39-L42

85 http://www.pratt.duke.edu/node/1883

86 Werner Gitt, If Animals Could Talk, Master Books, 2006, ABD, s. 26.

87 Werner Gitt, If Animals Could Talk, Master Books, 2006, ABD, s. 28.

88 http://www.oceanicresearch.org/education/wonders/spermwhales.htm

89 http://www.seaworld.org/infobooks/KillerWhale/adapaqkw.html

90 Narrator: David Attenbourgh, The Blue Planet-DVD, BBC Nature Documentary Series, İngiltere, 2001.

91 http://www.learner.org/jnorth/search/HumpbackWhale_notes3.html

92 http://antarcticsun.usap.gov/science/contenthandler.cfm?id=2593

93 http://www.coolantarctica.com/gallery/penguins/emperor_penguin_7.htm

94 http://dl1.yukoncollege.yk.ca/antarctica/emperors

95 Michael Tennesen, "Testing the Depths of Life", National Wildlife, Şubat/Mart 1999, cilt 37, no. 2;

http://www.nwf.org/nationalwildlife/article.cfm?issueID=22&articleID=187

96 Richard Ellis, Aquagenesis: The Origin and Evolution of Life in the Sea, Penguin Books, 2001, s. 148.

97 Richard Ellis, Aquagenesis: The Origin and Evolution of Life in the Sea, Penguin Books, 2001, s. 143.

98 Richard Ellis, Aquagenesis: The Origin and Evolution of Life in the Sea, Penguin Books, 2001, s. 144.