Your browser version is outdated. We recommend that you update your browser to the latest version.

Qütblərdəki Həyat və Təbii Antifrizə Sahib Balıqlar

Dünyadakı şirin suyun üçdə iki hissəsi buz içərisində həbs olunmuşdur və buzların 90%-ni orta hesabla 2 km qalınlıqdakı Antarktidakı buz təbəqələri meydana gətirir.(99) Antarktida, həmçinin, Dünyadakı ən quru, -530 C-dən aşağı temperatur qeydləri ilə ən soyuq və saatda 320 km-ə çatan fırtınalarla ən küləkli qitədir.

Cənub qütbünün yalnız 2%-lik bir hissəsi quru parçasından ibarətdir. Hər qış dənizlərə doğru uzanan buz kütlələriylə, bu quru parçasının sahəsi iki dəfə artar. Belə çətin şərtlərdə heç bir canlı növünün yaşaya bilməyəcəyi düşünülə bilər. Ancaq vəziyyət heç də belə deyil. Buzların altındakı soyuq sularda fövqəladə zənginlikdə və müxtəliflikdə dəniz canlıları vardır: Parlaq qırmızı dəniz ulduzlarından dəniz kirpilərinə, rəngarəng süngər və meduzalardan krevetə qədər müdhiş bir canlı müxtəlifliyi bu mühitin bütün çətin şərtlərində asanlıqla yaşaya biləcək şəkildə yaradılmışdır.

Antarktida qitəsinin sahillərində, yayda günəş şüalarıyla birlikdə, qışda durğunlaşmış olan həyat yenidən canlanmağa başlayır. Yayda günəş şüaları buzları əridərək yüksək kalorili dəniz yosunlarını üzə çıxarar. Beləcə, qütb suları yosun, krevetlər və çox saydakı onurğasızlarla qida baxımından zəngin hala gələr. Pinqvinlər, suitilər, balinalar da qidalanmaq üçün bu ərazilərə axışarlar.(100)

Bu canlılıq Günəşin yenidən üfüq xəttinin arxasına keçməsinə qədər davam edər. Sərt buz təbəqəsinin yenidən hər yeri örtməsiylə birlikdə, istiqanlı canlılar şimala doğru hərəkət edərlər. Buzların ətrafında yalnız Veddel suitləri və İmperator pinqvinləri kimi bir neçə canlı növü qalar. Dərin dalıcılar olan Veddel suitiləri, qış ayları ərzində qar fırtınalarından qorunmaq üçün suyun içində yaşayarlar. Bu vaxtda da hava dəliklərini açıq vəziyyətdə saxlayarlar, bu əməliyyatı bir an belə görməsələr hava dəlikləri sürətlə donaraq bağlanar və boğulma təhlükəsiylə üz-üzə gələrdilər. Ancaq bu canlılar, sanki təhlükənin hiss edirmiş kimi mütləq bu tədbiri görərlər. Hər yeni nəsil, bu məlumata sahib olaraq doğular. Çünki onlara necə yaşamaları lazım olduğu, soyuq hava şərtlərinə qarşı necə tədbir görəcəkləri kimi məlumatlar Uca Rəbbimiz tərəfindən ilham edilmişdir.

İmperator pinqvinləri isə, çoxalmaq üçün qışın gəlməsini gözləyərlər. Sərt buz dənizi səthində, qaranlıq qış ayları ərzində kürü qoyaraq, balalarının yumurtalardan çıxmasını gözləyərlər. Beləcə, növbəti yay fəslində, yeni doğan balalarını böyütmə imkanları olar.

İnsanlar qütblərə ayaq basana qədər, buralarda canlıların yaşadığı məlum deyildi. Halbuki onlar, insanların o ərazilərə gedib çıxa bilmədiyi vaxtlarda belə, soyuğa dözümlü mükəmməl sistemləriylə yaşayırdılar. İnsanlar qütbləri və qütblərdə yaşayan canlıları kəşf etdikləri vaxt, əslində Allahın yaratdığı yeni bir möcüzəni də kəşf etmiş oldular. Qütblərdə yaşayan əksər canlı Allahın özlərinə bəxş etdiyi xüsusi qabiliyyətlər və bədənlərində yaratdığı sistemlərlə milyonlarla ildir ki, bu çətin şərtlərdə yaşaya bilirlər. İstər zahiri görkəmlərində, istərsə də daxili strukturlarında, Allahın yaratmasındakı müxtəlifliyi, elm və sənətindəki sonsuzluğunun nümunələrini nümayiş etdirərlər. Bir Quran ayəsində belə bildirilir:

Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar. Həqiqətən, Allah hər şeyi Əhatə edəndir, Biləndir. (Bəqərə surəsi, 115)

Bütün digər canlılar kimi, qütb canlıları da Allahın ilhamıyla hərəkət edir və Uca Rəbbimizi -bizim açıqca görə bilmədiyimiz və qavraya bilmədiyimiz- şəkildə tərifləyirlər. Bu Uca Allaha təslim olmalarının və Ona boyun əymələrinin bir göstəricisidir. Allah bu həqiqəti ayəsində bu şəkildə xəbər vermişdir:

Yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayandır. (İsra surəsi, 44)

Sərt Şaxtalarda Insanları Gözləyən Təhlükələr

Dəniz suyu, duz miqdarına görə dəyişsə də, orta hesabla, temperatur -20 C-yə yaxın olduqda donar. İnsanların bu soyuqluqdakı bir suya müdafiəsiz girməsi qeyri-mümkündür. Bu dərəcə soyuq su, insanı bir neçə dəqiqə içərisində öldürə bilər. Qütb sularında tədqiqat aparan alimlər, bəzən kameralarını və elmi alətlərini asanlıqla idarə edə bilmək üçün əllərini müdafiə etmədən istifadə etmək istəyərlər. Ancaq şiddətli ağrıya qarşı yalnız çox qısa bir müddət müqavimət göstərə bilərlər. Bunlardan başqa dondurucu suya girə bilmək üçün, əvvəlcə 60 km-lik dənizin 2-2,5 metr qalınlığındakı, buzla örtülmüş səthini xüsusi alətlərdən istifadə etməklə deşmək lazımdır.(101)

İnsanın belə aciz qaldığı şərtlərdə yaşayan bir çox canlının evi, bu dondurucu soyuq sulardır.

Bu mühit, bizə bunları düşündürməlidir: Hər canlı öz yaşadığı mühitdə yaşaya biləcək bədən sistemləri və xüsusiyyətlərlə yaradılmışdır. İnsanların texniki cəhətdən bir bənzərinə çata bilmədiyi bu təchizatların təsadüflərlə meydana gələ bilməsi qeyri-mümkündür. Müəyyən bir məqsədlə yaradılmış bu təfərrüatların hər biri, Allahın varlığının açıq-aydın dəlilləridir və Rəbbimizin canlılar üzərində təcəlli edən Rəhman və Rəhim sifətlərinin nümunələrini göstərir. İman edənlərin Allahın yaratdıqları qarşısındakı düşüncə tərzləri, Quranda belə bildirilir:

Göylərin və yerin hökmranlığı Allaha məxsusdur. Allah hər şeyə qadirdir. Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! (Ali İmran surəsi, 189-191)

-20⁰ dərəcə yaxın temperaturda donan dəniz suyu, insanlar üçün olduqca təhlükəlidir. Qütb şaxtalarında yaşaya bilmək üçün insan bir çox tədbirlər görməlidir. Bəzən bu tədbirlər belə qorumaz. Lakin buna baxmayaraq, bu dondurucu soyuq sular bir çox canlının evidir. Onlar bu çətin mühitdə heç bir problem yaşamadan yaşayarlar, çünki onları bu mühitə uyğun olaraq yaradan və onları qoruyan Ulu və Uca olan, üstün mərhəmət sahibi, aləmlərin Rəbbi Allahdır.

Soyuq Qütblərdə Belə Donmayan Balıqlar

Cənub qütbü balıqlarını qaranlıq və soyuqdan başqa gözləyən digər bir təhlükə də, çox qatlı buz təbəqələridir. İldə ən az 10 ay, 2-3 metrlik bir buz təbəqəsi dənizin səthini örtər. Yay fəsli gəldikdə isə, fırtınalar bu təbəqəni qırar və açıq dənizlərə aparar. Bu qalın buz təbəqəsinin alt səthində də, böyük və uzun kristal parçalardan meydana gəlmiş, 1-2 metr qalınlığında buz yığınları vardır. İlin bir hissəsində də, okeanın döşəməsinə batmış, "lövbər buz" deyilən başqa bir təbəqə, suların 30 metrdən dayaz yerlərini tutur. (102)

Buz, buradakı balıqlar üçün ciddi bir təhlükədir; çünki balığın qəlsəmələrindən və dərisindən asanlıqla sızaraq bədənindəki mayeləri dondura bilər. İnsan bədənində, bədən temperaturunu 37 dərəcə C hüdudunda sabit vəziyyətdə saxlamaq üçün gecə-gündüz çalışan həssas bir termostat vardır. Bu istilik nəzarət sistemi, insan üçün ideal bədən temperaturunun necə olmasının lazım olduğunu müəyyən aralıqlarla bildirir. Məsələn, bir adamın bədəni çox istidirsə, tərləməyi başladaraq, bədənin səthinə çıxan su ilə adamı sərinlətməyə başlayar.

İstilik nəzarət mərkəzi bədənin soyuq olduğuna qərar versə, onda qan damarlarını daraldaraq, qanın soyuq səthdən -dəridən- uzaqlaşmasını təmin edər. Ancaq balıqlar kimi soyuqqanlı canlılarda belə bir daxili nəzarət sistemi yoxdur. Məlum olduğu kimi həmişə isti olan mühitdən soyuq olan mühitə doğru bir istilik axımı mövcuddur. Buna görə də belə bir mühitdə istiqanlı balıqlar da bədən temperaturlarını ətraflarından istilik axımı yoluyla əldə edərlər. Bu məlumata diqqətə yetirdikdə, normal şərtlərdə qütblərdə yaşayan bir balıq temperaturun sıfırdan aşağı olduğu soyuq sularda donmalıdır. Ancaq belə bir şey heç vaxt baş verməz. Çünki bu canlıların bədənlərində onları donmaqdan qoruyacaq xüsusi bir sistem mövcuddur: Bu antifriz sistemidir...

Balıqların qanı normal şərtlərdə -0,7-0 C-də donarkən, qütblərdəki balıqlar daha soyuq buzlu sularda donmadan üzə bilərlər. Məsələn, Antarktidadakı Notothenioid ailəsindəki balıqların donması üçün bədən temperaturları -2,2-0 C-yə düşməlidir.(103) Buradakı balıqların çətin şərtlərdə yaşamalarına imkan verən amil, bədən mayelərinin donma temperaturunu aşağı salan antifriz (donmanın qarşısını alma) maddəsinə sahib olmalarıdır. Bu kimyəvi maddələr Antarktida okeanının ən aşağı temperaturunda belə balıqların bədənlərini donmaqdan qoruyur. Təbii antifrizin başlıca xüsusiyyətlərindən biri zəhərləyici təsirə sahib olması və huşsuzluq verməsidir. Bu maddələr ancaq bir sıra biokimyəvi əməliyyatlar nəticəsində, daha az zəhərləyici kimyəvi maddələrə çevrilirlər.(104) Soyuq sularda yaşayan canlılar bu neqativ hallardan əsla təsirlənməzlər, çünki bədənlərində ilk doğulduqları andan etibarən özlərini qoruyacaq sistemlər var edilmişdir.

Əksər adamlar, avtomobillərdə suyun donmaması üçün antifrizlərdən istifadə edildiyindən xəbərdardırlar. Ancaq bəzi canlıların da bu metoddan istifadə edərək –orqanizmlərində antifrizə bənzər kimyəvi maddələr hazırlayaraq- özlərini sərt şaxtalardan qoruduqları çox az insan tərəfindən bilinir. Mürəkkəb bir kimyəvi maddə olan təbii antifriz formulunun, bu canlılar tərəfindən bilinməsi; bu maddənin balıqların bədənində tam lazım olduğu miqdarda istehsal olunması və bunun üçün lazımi sistemlərin özbaşına əmələ gəlməsi, əlbəttə ki, qeyri-mümkündür. Canlıların öz-özünə bu cür tədbirlər görmələri; ehtiyac hiss edib bunu tam olaraq ödəyəcək bir sistemi orqanizmlərində əmələ gətirmələri də qeyri-mümkündür. Ağıl və şüur sahibi insanların belə texniki imkanlara baxmayaraq, çox vaxt dözə bilmədiyi sərt şaxtalardan bir balığın yaşamaq üçün öz-özünə çıxış yolu tapması, şübhəsiz ki, ağıldan kənar bir məntiq olacaq.

Belə xüsusi bir sistemin təkamülçülərin irəli sürdüyü kimi mərhələli şəkildə, təsadüfi təsirlərlə əmələ gəlməsi isə, əvvəla ağla və məntiqə ziddir. Çünki təbii antifrizin formulunda ediləcək ən kiçik bir səhv, onu tam fərqli bir zəhərli maddəyə çevirə bilər ki, bu da balığı öldürə bilər. Buna görə də, bu kimyəvi maddənin istehsalında sınaq-yanılma etmək ya da təsadüfi təsirlərin bunu əmələ gətirməsini, hətta möcüzəvi əməliyyatlar həyata keçirməsini gözləmək qeyri-mümkündür. Necə ki, darvinistlər də canlıların sahib olduqları bu mükəmməllikləri görər, bunlardan heyranlıq ifadələri ilə bəhs edərlər. Lakin bunların üstün elm və ağıl sahibi bir Yaradıcı tərəfindən yaradıldığını qəbul etmək əvəzinə; canlılar üçün "mühitə uyğunlaşdılar, təsadüfən bu orqanı ya da bu sistemi əldə etdilər" kimi məntiqsiz və yalan izahlar da edirlər.

Ancaq söz oyunları və klassik təkamülçü demaqoqlar 21-ci əsrdə böyük bir məğlubiyyətlə üzləşmişdir. Darvinistlərin, canlılarda mövcud olan tədbirli, şüurlu və ağıllı yaradılışı və fövqəladə mürəkkəbliyi açıq şəkildə görüb buna təsadüf deyə bilmələri, son 200 ildir ki, oynanan çirkin oyunun davamıdır. Darvinistlər bu oyunu istədikləri qədər davam etdirməyə çalışsınlar, haqq və doğru olan mütləq batili puç edəcək. Bir Quran ayəsində Rəbbimiz belə buyurur:

Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda batilin yox olub getdiyini görərsiniz. Allaha aid etdiyiniz sifətlərə görə vay halınıza! (Ənbiya surəsi, 18)

Antifrizli Balıqların Xüsusiyyətləri Yaradılış Dəlillərindəndir

Antarktidadakı balıqlar buz altında yaşamağa uyğun sistemlərə sahibdirlər. Məsələn, qanlarında xüsusi bir antifriz molekulu olmasından ötrü bu canlıların bədənlərindəki mayelər donmaz. Gözləri böyükdür, bədənləri isə olduqca incədir.

Tək bir zülalın belə əmələ gəlməsini heç bir şəkildə izah edə bilməyən darvinistlər üçün canlılardakı bu kimi xüsusiyyətlər böyük bir narahatlıq vəsiləsidir. Canlılardakı hər quruluş, darvinistlərin təsadüf iddiasının böyük bir aldanış olduğunu göstərir.

1 - İncə bədənin vücud mayelərini minimum səviyyədə saxlayar.
2- Sürüşkən üst dəri balığın su içində rahat hərəkət etməsinə imkan verər
3- Qaranlıq Arktik sularında yaxşı görə bilmək üçün böyük gözləri vardır
4- Toxunmağa həssas bığ

Qütb Balıqlarında Donmağa Qarşı Istifadə Olunan Natrium Xlorid

Saf suyun donma temperaturunun sıfır selsi dərəcədən aşağı olmasına səbəb olan ünsürlərdən biri suya duz qatılmasıdır. Balıqlarda da donma temperaturunun aşağı olmasında başda natrium xlorid olmaqla, bədən mayelərindəki duzlar, 40-50% rol oynayır. (105)

Natrium xloridin bu balıqların bədənində meydana gəlməsi olduqca qeyri-adidir: Xlor atomu, ən xarici orbitində yeddi elektrona malikdir. Atomlar məlum olduğu kimi xarici orbitlərindəki atomlarının sayını səkkizə çatdırmaq istəyirlər. Xlor atomu da bu məqsədlə xarici orbitində tək atomu olan natriumla birləşir və natrium xlor molekulunun meydana gəlməsini təmin edir. Məhz bu birgə fəaliyyət sayəsində bildiyimiz süfrə duzu -natrium xlorid- meydana gələr. Bu iki atom arasındakı elektron mübadiləsi nəticəsində, zəhərli olan xlorla, bir partlayıcı olan natrium, tam fərqli bir məqsədə xidmət edən bir maddəyə çevrilir.

Natrium xlorid, su içərisində natrium və xlorid ionlarına ayrıldığı üçün, natrium xloridin suyun donma temperaturunu aşağı salan təsiri digər molekullara görə xeyli çoxdur. Çünki bir mayenin donma temperaturunu müəyyənləşdirən ən əhəmiyyətli amil, mayedəki hissəcik, yəni atomların sayıdır.

Qeyd olunan mayedə nə qədər çox hissəcik olarsa, su molekullarının toplanaraq bir buz kristalı əmələ gətirmə -başqa sözlə də donma- ehtimalı da o qədər azalar. Məhz natrium xlorid də bu baxımdan digər molekullardan 200-300 qat daha təsirlidir.(106)

Qışda yollardakı donma təhlükəsinə qarşı yollara duz töküldüyünü hamımız bilirik. Bu üsulun çıxış yolu kimi təqdim edilməsi üçün, şübhəsiz ki, bir çox sahədə məlumat sahibi olmaq lazım idi:

Bu məlumatlara, suyun donma temperaturunu hansı məhlulun aşağı sala biləcəyi, bunun üçün təsirli ola biləcək bir maddənin necə hazırlana biləcəyi, hansı atomların hansı şərtlər altında birləşə biləcəyi kimi və s. məlumatlar daxildir... Bəs belə geniş bir məlumatı qütblərdəki balıqlar haradan öyrənmiş ola bilərlər? Bu canlılar, antifriz maddəsinin sərt şaxtalara qarşı faydalı bir tədbir olduğuna necə qərar verirlər? Bədənlərində bir partlayıcı (natrium) ilə bir zəhəri (xlorid) birləşdirərək duz hazırlamağı və bu duz sayəsində, bədən mayelərinin donma temperaturunu aşağı sala biləcəklərini onlara kim öyrədir? Bu üsulu DNT şifrələrində kim və hansı yolla kodlaşdırır? Əlbəttə ki, bütün bunları reallaşdıran, canlıları möhtəşəm təchizatlarla yaradan və onları sərt şaxtalardan qoruyan bütün varlıqların tək Yaradıcısı, aləmlərin Rəbbi olan Uca Allahdır.

Darvinistlər, insanların təqlid belə edə bilmədikləri canlılara aid möhtəşəm təchizatlara "təsadüfən əmələ gəldi" deyib keçərlər. Bu çox böyük bir aldatma və yalandır. Şübhəsiz ki, darvinist alimlər də, təfərrüatlarını təəccüblə və heyranlıqla gördükləri bu xüsusiyyətlərin təsadüflər nəticəsində əmələ gələ bilməyəcəyini, ancaq üstün bir güc tərəfindən yaradılmış ola biləcəyini, dünyadakı heç bir varlığın bunları əmələ gətirməyə gücünün çatmayacağını çox yaxşı bilirlər. Ancaq təsiri altına düşdükləri darvinist ideologiya onları əsl həqiqəti, yəni bütün varlıqları Allahın yaratdığı həqiqətini qəbul etməkdən uzaq tutur. Darvinist məntiq, belə böyük bir acizlik və peşmançılıq içindədir. Darvinizm tərəfdarları, azğın bir ideologiya uğruna, özlərini hörmətdən salan, özlərinə lağ edilməsinə səbəb olan fövqəladə dərəcədə axmaq bir iddianı, təsadüf iddiasını müdafiə edərlər. Bu yolda elmin göstərdiyi həqiqətləri də rədd etməyi, elmə baxmayaraq yalan danışmağı gözə alarlar. Məqsədləri təkdir: Allahın ucalığını, böyüklüyünü və üstün yaratmasını öz almələrində rədd edə bilmək. (Allahı tənzih edirik).

Halbuki, darvinistlər istəsələr də, istəməsələr də, qəbul etsələr də etməsələr də, Allah ucalığını, böyüklüyünü və üstün yaratma sənətini kainatın hər yerində ən ehtişamlı və ən görkəmli şəkildə bizlərə göstərmişdir. Allahın üstün qüdrətini haqqıyla təqdir edə bilməyənlər ancaq özlərini aldadır və bunu da dərk etmirlər. Rəbbimiz bir ayəsində belə buyurur:

Yoxsa onlar Allahın dinindən başqa bir din axtarırlar? Halbuki göylərdə və yerdə olan hər bir məxluq istər-istəməz Ona təslim olmuş və Ona da qaytarılacaqdır. (Ali İmran surəsi, 83)

Qütb Balıqlarında Antifriz Istehsalı Necə Baş Verir?

Qütb balıqlarının bədənlərindəki donmağı gecikdirən əhəmiyyətli bir faktor isə, bədən mayelərinin tərkibindəki qlüko-zülallardır.(107) Qeyd olunan balıqlar güclü antifriz xüsusiyyətləri olan bu məhlulları hazırlayaraq, bədən mayelərinin donmasının qarşısını alar.

Antarktida balıqlarının bədən mayelərində səkkiz növ antifriz molekulunun olduğu müəyyənləşdirilmişdir. Bu antifriz molekulları qlükopeptid olaraq tanınan quruluşdadır. Hər biri üç amin turşulu peptid zəncirinin, üçüncü amin turşusunu kovalent rabitələrlə bağlanmış ikitərəfli şəkər (disakkarit) molekulundan ibarət vahidlərin təkrarlanmasıyla meydana gəlir.(108) Ancaq bir balığın belə bir kimya elminə aid məlumata sahib olmadığı aydındır. Antarktida balıqlarının qanındakı zülal (qlüko-zülal) bir növ təbii antifriz olaraq vəzifə yerinə yetirir və balığın buzlu sularda donmadan yaşaya bilməsini təmin edir.

Bu zülallar buz kristallarına bağlanarlar və buzun balığın bədənində inkişaf etməsinə mane olarlar. Beləcə, mənfi temperaturlarda buz kristallarının meydana gəlməsinin qarşısını alaraq onları donmaqdan qoruyarlar. Antifriz məhlulları, mayenin içindəki hər hansı bir molekuldan daha təsirlidir. Bu maddə canlıların digər sistemlərinə mənfi təsir göstərməz, yalnız toxumaları məhv edən buz kristallarının əmələ gəlməsinin qarşısını alar.

Ancaq təkamülçülər qütblərdə yaşamağa imkan verən bu sistemin, DNT köçürülməsi vaxtı bir səhv nəticəsində "təsadüfən" meydana gəldiyi kimi ağlasığmaz bir iddia irəli sürərlər.(109) Təkamülçülərə görə, bu və bunun kimi canlıların yaşamasına imkan verən hər orqan və hər sistem guya təsadüflər nəticəsində əmələ gəlmişdir. Halbuki, ağıl və şüur sahibi bir insanın belə, biokimya mütəxəssisi olmadan hazırlaya bilməyəcəyi antifriz maddəsinin, tam ehtiyac duyulan canlılarda təsadüflər nəticəsində əmələ gəldiyinə inanmaq, ancaq sonsuz xəyal gücünün məhsulu ola bilər. Necə ki, kimyəvi antifriz avtomobilinizin su anbarına özbaşına daxil olmursa, qütb balıqlarının bədənlərində də bu maddələr özbaşına əmələ gəlməz. Bu vəziyyət qütb balıqlarının antifriz sisteminə sahib olaraq yaradıldıqlarını göstərən çox açıq dəlillərdən biridir.

Həmçinin mütəmadi olaraq soyuq və buzlu sularda yaşayan balıqlar bütün il boyu antifriz hazırlayarkən, qış aylarında soyuğa məruz qalan balıqlar yalnız bu aylarda antifriz hazırlayarlar.(110) Tam lazım olduğu vaxtlarda bu antifriz maddəsinin hazırlanması, balıqların bədənlərində mövcud olan hər əməliyyatın, Allahın ilhamıyla reallaşdığının açıq dəlilidir. Antifriz molekullarının suyun donma temperaturunu aşağı salacağını, buna görə də donma təhlükəsinə qarşı bir tədbir ola biləcəyini balığın özünün düşünməsi, şübhəsiz ki, qeyri-mümkündür. Şüursuz atomlardan ibarət olan şüursuz hüceyrələrin təsadüfi hadisələr nəticəsində bir yerə gələrək əvvəlcə möhtəşəm bir balıq əmələ gətirmələri, sonra da balığa uyğun tədbirlər düşünüb, bunları ən mükəmməl və qüsursuz şəkildə yaratmaları, əlbəttə ki, qeyri-mümkündür. Bu, ağıllı və məntiqli hər bir insanın asanlıqla görüb başa düşə biləcəyi bir həqiqətdir. Canlıya bütün bu xüsusiyyətləri verən, balığı və olduğu mühiti mükəmməl bir ahəng içində yaradan Allahdır. Quranda,"...Həqiqətən, O, hər şeyi əhatə edir" (Fussilət surəsi, 54) ayəsiylə bildirildiyi kimi, Allahın elminin nümunələri hər yeri əhatə etmişdir.

Antifriz Molekullarının Buza Qarşı Göstərdiyi Müqavimət

Buz kristalları yastı altıbucaqlılar formasındadır. Altı tərəfinə digər altıbucaqlı buz molekullarının birləşməsiylə böyüyər və bir-birindən müxtəlif naxışlar meydana gətirərlər. Ancaq antifriz molekulları mövcud buz kristallarının arasındakı boşluqları doldurur və buz molekullarının bir-biriylə birləşərək böyümələrinin qarşısını alır. Beləliklə də, bu sistemə sahib olan canlıların bədənlərindəki sular donma təhlükəsiylə üz-üzə gəlməz. Antifriz sistemi, Allahın sonsuz elminin möhtəşəm nümunələrindən biridir.

1- Hidrogen atomu u
2- Oksigen atomu

3- Oksigen atomu
4- Su Molekulu

Alimlər Təbii Antifrizə Sahib Olan Balıqlardan Öyrənir

Məlum olduğu kimi süni antifrizlər, suyun donma temperaturunu aşağı salaraq, avtomobillərin soyuq iqlim şəraitində işləməsinə imkan verər. Süni antifrizlərin istifadə sahəsini məhdudlaşdıran ən əhəmiyyətli faktor, tərkibində zəhərli kimyəvi maddələrin olmasıdır. Buna görə də alimlər, antifriz sistemindən müxtəlif sahələrdə istifadə edə bilmək üçün, canlılardakı təbii antifriz formullarını təqlid etməyə yönəlmişlər. Həmçinin təbii antifrizlər, kimyəvi antifrizlərlə müqayisə edildikdə 300 qat daha təsirlidir.(111)

Antarktida balıqlarının qanında olan təbii antifriz, zəhərli olmadığı və böyük miqdarda hazırlandığı üçün, alimlər bu maddədən orqan köçürülməsində toxumaların qorunması üçün istifadə etməyi planlaşdırırlar.(112) İnsan orqanizmində qanın laxtalanmasını təmin edən hüceyrələr 40 C-yə yaxın soyudulduqda məhv olar. Antifriz qlüko-zülal istifadəsiylə, balıqlarda olduğu kimi, həssas hüceyrə pərdələrinin parçalanmasının qarşısını almaq üçün qarşıya məqsəd qoyulmuşdur. Beləcə, nəql ediləcək orqanların daha aşağı temperaturlarda zərər görmədən qorunması mümkün ola biləcəkdir.(113) Həmçinin antifrizlərin buza necə bağlandıqlarının araşdırılması, bağırsaq, böyrək və öd kisəsi daşlarındakı zərərli bioloji molekulların əmələ gəlmə mexanizminin başa düşülməsinə və buna çıxış yolu tapılmasına də kömək edir.(114)

Tibdə istifadə olunmasıyla yanaşı, bioloji antifrizin sənaye və kənd təsərrüfatı sahələrində də istifadə edilməsi mümkün ola bilər: Əkinlərin təbii antifriz tərkibli qoruma qazları vasitəsiylə soyuğa qarşı dözümlü hala gətirilməsi, soyuq ərazilərdə əkinçilik fəaliyyətlərinin inkişafına kömək edəcək. Həmçinin yeməklərin dondurulduqdan sonra sıyıqlaşmasının qarşısını almaqla, sənaye sahəsində də istifadə edilməsi düşünülür.(115)

Antarktida balıqlarının qanında olan təbii antifriz zəhərli deyil və böyük miqdarda istehsal edilə bilər. Buna görə də orqanların nəql edilməsi vaxtı istifadə edilməsi planlaşdırılır.

Balığın DNT-sindəki antifriz qlüko-zülalın hazırlanması üçün lazım olan məlumatları özündə saxlayan genin, tam olaraq təsvir edilməsi üçün araşdırmalar davam edir. Alimlər, bu genin kodladığı zülalı asanlıqla və bol miqdarda əldə edilə bildiyi təqdirdə, təbii antifrizlərin istifadəsinin genişlənə biləcəyini düşünürlər. Məsələn, adamın qanına bir miqdar xüsusi antifriz zülalı yeridilməsiylə, soyuqda donmasının qarşısı alına biləcəkdir.(116) Belə bir genetik texnologiyanın hazırlanması indiki vaxtda hər nə qədər mümkün olmasa da, alimlərin araşdırmalarına yol göstərir. Göründüyü kimi, darvinistlərin "təsadüfən əmələ gəldi" dedikləri antifriz, darvinistlərin başa düşməkdən belə aciz qaldıqları möhtəşəm bir xüsusiyyətdir. Darvinistlər, gecə-gündüz laboratoriyalarda, Allahın yaratdığı sonsuz möcüzədən yalnız birini başa düşməyə və həll etməyə çalışırlar. İzah belə verə bilmədikləri bu üstün yaradılışı təqdir edə bilməkdən uzaqdırlar. Allahı təqdir edə bilən ağıl və vicdan sahibi insanlar isə, yalnız tək bir nümunəylə belə Uca Allahın üstün qüdrətinin və gücünün nümayiş olunduğunu aydın şəkildə başa düşə bilərlər. Rəbbimiz bir Quran ayəsində belə buyurur:

Həqiqətən, ev heyvanlarında da sizin üçün ibrət var... (Muminun surəsi, 21)

Pinqvinləri Donmaqdan Qoruyan Antifriz Sistemi

Normal şərtlərdə bir insan üçün buzun üzərində çılpaq ayaqla gəzmək o qədər də mümkün deyil. Sınaqdan keçirilsə belə bir müddət sonra bu adam, donma təhlükəsiylə qarşı-qarşıya qalacaq. Bu vəziyyətdə ağıla, "ömür boyu buzun üstündə çılpaq ayaqlarıyla rahatlıqla gəzən və buna baxmayaraq bədən temperaturlarını qoruyan pinqvinlər, bunu necə bacara bilir" sualı gələcəkdir.

Allahın Munis (cana yaxın, sevimli, dost) sifətinin bir təcəllisi olan İmperator pinqvinləri, həyatlarının böyük hissəsini buz üstündə gəzərək, bir hissəsini isə okeanda yemək axtararaq keçirirlər. Bəs bir insan üçün xüsusi tədbirlər görmədən yaşamağın qeyri-mümkün olduğu qütblərdə, pinqvinlər donmadan necə yaşayarlar?

Pinqvinlərin bədənlərinin böyük bir hissəsi, su keçirməz tükləri sayəsində soyuqdan qorunur. Dərilərinin altında olan qalın yağ təbəqəsi də istilik izoliyasiyasına kömək edər. Hətta yağ təbəqəsi və tüklər birlikdə o qədər yaxşı izolyasiya yaradar ki, pinqvin günəşli bir gündə həddindən artıq istilənə bilər. Ancaq Uca Allah yaşaya bilmələri üçün pinqvinlərin bədənlərində həddindən artıq istiləşmənin qarşısını almağa xidmət edən çox xüsusi tədbirlər də yaratmışdır: Pinqvinlərin çılpaq olan dimdikləri və ayaqları istilik itkisinə izn verməklə bədən temperaturlarının tarazlıqda qalmasını təmin edər.

Həmçinin, pinqvinlərin ayaqlarındakı bəzi arteriyalar ayaq temperaturlarına görə qan axımını tənzimləyə bilir. Arteriyalar ayaqlara -donma temperaturunun bir neçə dərəcə yüksəkdə saxlanmasına kifayət edəcək qədər- qan göndərirlər. Məhz bu tədbir sayəsində pinqvinlərin ayaqları donmaqdan qorunur. Pinqvinlərin bədənini soyuğa qarşı tədbir mexanizmləriylə yaradan və beləcə, onların qütblərdə yaşamalarına imkan verən, Rəhman və Rəhim olan Allahdır.

İstiqanlı Balinaları Soyuq Sularda Donmaqdan Qoruyan Qan-Damar Sistemi

Balinalar soyuq sularda yaşayan istiqanlı canlılardır. Bədənlərinin daxilindəki temperatur insanlarınkına yaxın olmasına baxmayaraq, vaxtlarının çox hissəsini okeanda, bəzən donma temperaturuna yaxın temperaturlarda keçirərlər. Balinaların donmadan soyuq sularda yaşamasına imkan verən amil isə, qan damarlarının xüsusi formasıdır.

Balinaların damarları "U" şəkilli formadadır. İsti qan dəriyə yaxın yerlərdə soyuq suyun təsirindən ötrü soymuş vəziyyətdədir. Ancaq soyuq qan daşıyan damarın geriyə qayıtdığı yolu, daxilində isti qan olan damarların çox yaxınlığından keçdiyi üçün, qan yenidən isinir. Bu xüsusi quruluşdan ötrü, balinanın dərisindən içəriyə doğru bir metrə qədərlik hissədə qan soyuqdur; amma daxili tərəflərə doğru bütün damarlar istiliyini qoruyur.(117) Bu sistemdə istiliyə bağlı enerji itkisi olmaz. Balinanın yalnız səthə yaxın damarları soyuq, daxili temperaturu isə 35-37 dərəcə C olaraq sabit qalar. İstər Antarktidanın buzlu sularında olsun, istərsə də Bermud adalarının isti sularında, balinaların bədən temperaturu bu dərəcədə sabitdir. (118)

Damarların xüsusi forması, soyuq bir mühit üçün ən ağıllı, ən qənaətli və ən etibarlı modeldir. Mühəndislər də istilik axımını minimum səviyyəyə endirən bu modeli çox yaxşı bilirlər. Məsələn, buxar qazanlarının içində yüksək temperatur əldə etmək üçün istifadə edilən bu sistem sayəsində, qazandan kənardakı hava çox isinməz və ətrafındakı havaya çox istilik verməz. Bu quruluş, daxili hissəsi yüksək temperaturda olan nüvə reaktorları üçün də olduqca ideal bir modeldir.

Digər tərəfdən bir balinanın qan dövranı sistemi bədən temperaturunu qorumaq, paylamaq və ya artırmaq üçün tənzimlənə bilən xüsusiyyətlərə malikdir. Sinə, quyruq və kürək üzgəclərindəki arteriyalar başqa damarlarla əhatə olunur. Buna görə də arteriyalarda dövr edən qanın istiliyi, ətraf mühitə yayılmaq əvəzinə venalara ötürülər. Bu qarşılıqlı istilik mübadiləsi balinanın bədən temperaturunu qorumasına kömək edər. Balina daldığı vaxt isə, qan, bədən səthindən çölə doğru yer dəyişdirər. Qan dövranındakı azalma da bədən temperaturunun qorunmasını təmin edər. Uzunmüddətli hərəkətlərdə və ya isti suda, balina bədən temperaturunu aşağı salmağa ehtiyac duya bilər. Bu vəziyyətdə sinə, quyruq və kürək üzgəclərinin səthinə yaxın damarlarda qan dövranını artırar. (119)

Şübhəsiz ki, bir balinanın qan damarlarını bu şəkildə tənzimləməsi, bir fizik kimi istilikötürmə yollarını tapıb, soyuq bir mühit üçün tədbir görməsi qeyri-mümkündür. Bunlardan da əlavə bu damar quruluşunu genetik sistemində kodlaya bilməsi qeyri-mümkündür. Əlbəttə ki, heyvanın nə belə bir mühakimə gücü, nə qərar verib tətbiq etmə imkanı, nə də genləri üzərində heç bir hakimiyyəti yoxdur.

Darvinistlər isə bütün bu möcüzəvi quruluşları tamamilə zərərli olan təsadüfi mutasiyaların yaratdığını iddia edərlər. Darvinistlərin xəyallarındakı guya xilasedici mutasiyalar, nizamsız müdaxilələrdir. Mövcud nizama mütləq zərər verən mutasiyalar, müəyyən məqsədli tənzimləmələr apara bilməzlər. Həmçinin mutasiyalar mövcud gen ardıcıllıqlarını pozarlar, onlarda yeni tənzimləmələr aparmaları, canlıların genetik quruluşuna yeni məlumatlar əlavə etmələri isə qeyri-mümkündür. Bu baxımdan mutasiyanın təsiri, bir kitabın hərflərini təsadüfi yolla qarışdırmağa bənzəyər. Həyata keçirilən yeni hərf tənzimləmələri, kitabın izahat üslubunu, cümlələrin mənalarını mütləq pozar; bunları olduğundan daha mükəmməl hala gətirməz və yeni məlumatlar əlavə etməz. Buna görə də darvinistlərin xəyallarındakı təsadüfi təsirlərin, canlılar üzərində konstruktiv deyil, dağıdıcı təsirləri olacaq. Özbaşına şüursuz müdaxilələrlə, onları soyuqdan qoruyacaq ağıl və elm ehtiva edən bir quruluş əmələ gəlməsi qeyri-mümkündür. Bunun üçün nə qədər gözlənilirsə gözlənilsin, bu iddia yalnız darvinistlərin boş bir xəyalı olaraq qalmağa davam edəcək.

Soyuq Sulara Uyğun Yaradılmış Istiqanlı Bir Canlı: Balina

Balinanın bədəninin bəzi yerlərində, bədənin mərkəzindən isti qan gətirən arteriyalar, bədənin xarici hissələrindən soyumuş qanı daşıyan başqa damarlarla əhatə olunmuşdur. Beləcə, iki damar arasındakı istilik nəqli sayəsində, bədən temperaturunun tarazlanması mümkün olur. Balina Allahın bədənində yaratdığı bu sistem sayəsində, istiqanlı bir məməli olmasına baxmayaraq, soyuq sularda donmadan yaşaya bilər.

Ümumiyyətlə balinalardan, arteriyaların dəri səthinin altındakı hissəsi, xarici mühitdəki su qədər soyuq olar. Amma damarların yaradılışındakı xüsusi təchizatdan ötrü qan bədənin daxili yerlərinə doğru isinərək hərəkət edər. Bu, canlının daxili orqanlarının donmasının qarşısını alan möhtəşəm bir sistemdir.

Şübhəsiz ki, Uca Allah istədiyi canlını istədiyi mühit və şərtlər içində yaradıb yaşatmağa qadirdir. İstiqanlı bir canlı olan balinanın buzlu sularda yaşaması da Rəbbimizin yaratdığı bu xüsusi sistemlərlə mümkün olur. Bu sistemi o canlıda meydana gətirə biləcək başqa heç bir güc yoxdur. Bütün güc və qüdrət, aləmlərin Rəbbi olan Allaha aiddir.

1 - Balık yağı

Çox Məqsədlərə Görə Istifadə Edilən Balina Yağı

Balinaların bədənləri 10 cm-ə qədər çata bilən qalınlıqda bir yağ təbəqəsiylə örtülüdür. Bu yağ təbəqəsi balinanın soyuq suyla arasındakı izolyasiya vasitəsi olaraq vəzifə yerinə yetirər və canlının bədənini aerodinamik formaya gətirər. Bu təbəqə, balinalara nəfəs almaları üçün səthə çıxa bilmələrinə imkan verən təbii bir sal vəzifəsi yerinə yetirər. Həmçinin, bu istiqanlı məməliləri okeanın soyuq sularından qoruyar. Balina yağının başqa bir xüsusiyyəti isə şəkər və zülala nisbətən 2-3 qat daha çox enerji verməsidir.

Balina, minlərlə kilometr yol getdiyi və kifayət qədər qidalana bilmədiyi uzaq məsafələrə köç etdiyi vaxt ehtiyac duyduğu enerjini bədənindəki bu yağdan təmin edər.

Bununla yanaşı, balina yağı rezin kimi elastik bir materialdan ibarətdir. Balina hər dəfə quyruğunu suya vurduqda quyruğu əvvəlcə sıxılar, sonra isə genişlənərək əvvəlki halını alar. Məhz bu xüsusiyyət balinaya həm əlavə sürət qazandırar, həm də uzun səfərlərdə 20% nisbətində enerji qənaəti təmin edər. Balina yağı bütün bu xüsusiyyətlərindən ötrü, məlum olan ən çox funksiyaya sahib məmulat olaraq qəbul edilir.

Balina yağı balinalarda əsrlərdən bəri mövcud olan və insanlar tərəfindən də bilinən bir maddədir. Ancaq bu yağın bir şəbəkə kimi bir-birinə keçən kollagen liflərdən meydana gəldiyi və digər xüsusiyyətləri yaxın bir vaxtda kəşf edilmişdir. Alimlər bu yağ-kompozit məhlulunun funksiyalarını tam mənasıyla başa düşmək üçün hələ də tədqiqatlar aparırlar. Bu vaxta qədər əldə edilən məhdud məlumatlar belə, sintetik material istehsalında olduqca faydalı olmuşdur.

Buzun Içində Həbs Olunan Dəniz Yosunlarının Yenidən Canlanması

Antarktikada qışda dənizlərdəki su donduqda, böyük miqdarda orqanizm buzun içərisində qalar. Buz içində donmuş canlıları gözləyən bir çox təhlükə vardır. Bu təhlükələrin əhəmiyyətlisi budur: İstilik donma temperaturuna yaxınlaşdıqca, bədəndəki su molekulları bir yerə gələrək, ucları ülgüc şəkilli buz qəfəsləri əmələ gətirərlər. Hüceyrə içindəki molekulyar buzlar böyüdükcə, buzların iti ucları hüceyrələrin pərdəsinə bataraq onları parçalayar.(120) Bədən toxumalarındakı bu zədə ölümlə nəticələnər. Buna görə də buz kristallarının əmələ gəlməsinin qarşısını ala bilmək üçün tək hüceyrəli dəniz yosunlarının antrifriz molekulları vardır. Bu molekullar hüceyrənin içərisindəki həll olmuş vəziyyətdə olan mayenin sıxlığını artıraraq, suyun çölə çıxmasının qarşısını alarlar. Həmçinin, ərinti halındakı bu molekullar, suyun içərisindəki hissəcik sıxlığını da donmanın qarşısını alacaq səviyyəyə gətirmiş olarlar.

Digər tərəfdən ətrafı örtən buz, bu canlılar üçün tam bir həbsxana kimidir. Bu dövrlərdə yosun, hər cür qida mənbəyindən təcrid olar. Vəziyyətdən çıxış yolu qış yuxusuna gedərək minimum enerji sərf etməkdir. Xüsusilə də silisium maddəsindən olan bir qabıqla örtülmüş yosun, maddələr mübadiləsi yuxu halında olsa belə, əslində fəaliyyətdədirlər. Ancaq aysberqin qalınlığından ötrü günəş şüası suyun dərinliklərə çata bilməz, buna görə də aysberqin altındakı yosunlar günəş şüalarından məhrum olarlar. Yosun bu çatışmazlığı fotosintetik piqmentlərlə aradan qaldırmağa çalışar. Çox müxtəlif ölçülərdəki dalğa uzunluqlarını tuta bilən piqmentlər vəsiləsiylə, xlorofil baxımından zənginləşərlər. Beləcə, günəş enerjisini orqanizmlərində saxlamaları mümkün olar. Fotosintez olaraq bilinən bu mürəkkəb əməliyyat, indiki vaxtda hələ də süni olaraq həyata keçirilə bilmir, hətta sistemin fəaliyyəti tam mənasıyla öyrənilə bilinmir. Ancaq bu mikroskopik canlılar, gözlə görülməyən bir ölçüdə böyük bir müəssisə kimi işləyərlər. Allah bu xüsusi varlıqları bir çox canlının qida mənbəyi etməklə, qütblərdəki həyat zəncirinin əhəmiyyətli bir halqası edir. Bir ayədə Rəbbimizin üstün yaratması belə xəbər verilir:

De: “Allahdan başqa yalvardığınız şəriklər haqda düşündünüzmü? Bir mənə göstərin görüm, onlar yer üzündə nəyi yaradıblar? Yoxsa onların göylərin yaradılmasında şərikliyi var?” Yaxud onlara bir kitab vermişik, onlar da ondakı dəlilə istinad edirlər? Xeyr! Zalımlar bir-birinə ancaq yalan vəd verirlər. (Fatir surəsi, 40)

Dəniz Yosunlarının Müdafiə Metodu: Qış Yuxusu

Dənizlər donduğu vaxt böyük miqdarda orqanizm buz içində qalar. Bu vəziyyət, orqanizmlər üçün də, orqanizmlərin həyat verdiyi insan da daxil olmaqla bütün digər canlılar üçün də böyük bir təhlükədir. Ancaq bu təhlükəyə qarşı tək hüceyrəli yosun, antifriz molekulları ilə təchiz edilmişdir. Bu molekullar özlərini əhatə edən suyun temperaturunu donmanın qarşısını alacaq bir səviyyədə saxlayır və bu da dəniz yosunlarının yaşamasına imkan verir.

Ətrafı əhatə edən buz, dəniz yosunlarının bütün qida mənbələrini məhv etdiyindən, yosun çıxış yolu kimi qış yuxusuna gedər. Metabolizmləri onlar yuxu halında olduqda belə fəaliyyətdədirlər. Aysberqin qalınlığından ötrü günəş şüasından da məhrum olarlar. Bu vəziyyəti bərpa edə bilmək üçün isə fotosintetik piqmentlər fəaliyyətə keçərlər. Müxtəlif ölçülərdəki dalğa uzunluqlarını tuta bilən piqmentlər vəsiləsiylə dəniz yosunları günəş enerjisindən faydalana bilərlər.

Qütblər Üçün Yaradılmış Başqa Bir Canlı: Veddel Suitiləri

Dünyanın ən cənubunda yaşayan məməlilərdən olan Veddel suitiləri, Antarktidanın soyuq sularına çox uyğun bədən quruluşuna sahibdirlər. Dərilərinin altında temperaturun tez yox olmasının qarşısını alan, qalın bir yağ təbəqəsinə sahib Veddel suitiləri, havanın temperaturunun -56 C, suyun temperaturunun isə -26 C-yə qədər endiyi sərt qış şərtlərinə belə dözə bilərlər. Suitilərin bədən forması həm suda asanlıqla hərəkət etməsini təmin edər, həm də dondurucu sudan çölə çıxdıqda və soyuq suya girdikdə bədən temperaturunu qorumasına kömək edər. Həmçinin, bu canlıların qan-dövranı sistemi, balina və delfinlərdəki kimi istilik itkisinin qarşısını alacaq bir nizama malikdir. Arteriyalar bədən səthindəki daha soyuq olan qanı alıb, isti qanı daşıyan damarlar arasından keçərək istilik axımı həyata keçirərlər.

nehir manzarası

Soyuq havalarda əvvəlcə əllərimiz və ayaqlarımız üşüyər. Bunun səbəbi, qanın həyati orqanları isti saxlamaq üçün, ayaqlardan və əllərdən çəkilməyə başlamasıdır. Qan dövranı sistemimizin gördüyü bu möcüzəvi tədbirin bənzəri də pinqvinlərdə vardır. İdarəli qan axımı sayəsində, pinqvinlərin ayaqları buz üzərində olarkən donmaz. Bu xüsusiyyət, onlara Allahın bəxş etdiyi nemətlərdən biridir.

Suitilər qoruyucu tüklərdən ibarət olan bir üst palto, su keçirməyən sıx bir alt palto və xüsusi yağ təbəqəsi olan bir izolyasiya sisteminə sahibdirlər. Dərinliklərə daldıqlarında bu yağ təbəqəsi təzyiq altında əzilməz; beləcə, istiliyi qoruma xüsusiyyətlərini itirməzlər. Suiti, məməli bir heyvandır, buna görə də yaşaya bilməsi üçün nəfəs almalıdır. Buna görə də buzlarla örtülü suyun altında özünə bir çıxış dəliyi yaradar. Uzun dişləriylə buzu asanlıqla gəmirər, sındırar və özünə hava dəliyi hazırlayar. (121)

Suitilər buzlarla örtülü bir mühitdə yaşamaq üçün yaradılmışlar. Sahib olduqları xüsusiyyətlər vəsiləsiylə asanlıqla qida əldə edər və təhlükələrdən qorunarlar. Bu fövqəladə xüsusiyyətlərin hamısının üstün bir yaradılışı göstərdiyini, şübhəsiz ki, darvinistlər də çox yaxşı bilirlər. Lakin saxta darvinizm dini uğruna, uşaqların belə güləcəyi məntiqdən kənar ssenariləri müdafiə etməkdən çəkinmirlər. Məsələn, darvinistlərə görə bu suitilər, ayıya bənzər bir canlıdan əmələ gəliblər. Bu elə məntiqsiz bir iddiadır ki, bu anda belə darvinistlərin böyük bir hissəsi bu iddiaya qarşı çıxır. İddia edilən saxta ssenarini dəstəkləyən heç bir fosil dəlili olmadığı kimi, belə bir keçidin imkansızlığı da, bütün alimlərin -qəbul etmək istəsələr də, istəməsələr də- həmfikir olduğu bir mövzudur. Elmi həqiqətlərə baxmayaraq, belə xəyali bir ssenarinin, yəni təkamülün müdafiə olunması, yaşadığımız əsrin ən təəccüblü, ən heyrətlə izləniləcək həqiqətlərindən biridir.

Bunu təkrar ifadə etmək lazımdır ki, indiyə qədər tapılan 350 milyondan çox fosil, təkamülü çox qəti şəkildə rədd etmişdir. Fosil qeydləri canlıların milyonlarla ildir ki, heç dəyişmədiklərini, milyonlarla il əvvəl bu gün olduqları formada yaradılmış olduqlarını ortaya çıxarmışdır. Fosil qeydlərində görülən mükəmməl ayılar, mükəmməl suitilər bugünkü kimidir. Canlılar heç bir dəyişikliyə məruz qalmamışlar. Canlı növləri arasında hər hansı bir keçidi göstərən tək bir ədəd belə keçid forma yoxdur. Bu vəziyyət, onsuz da elmi olaraq qeyri-mümkün olan, canlıların bir-birinə çevrilməsi ssenarisini, yəni təkamül nəzəriyyəsini tamamilə etibarsız hala salır.

Bütün digər canlılar kimi, suitilərin yaşaya bilmələri üçün də, hazırkı bütün xüsusiyyətləriylə birlikdə yaradılmaları lazımdır. Fosil qeydlərinin göstərdiyi həqiqət, bütün canlıların bütün xüsusiyyətləriylə bir anda yaradıldıqlarıdır. Darvinizm, hər bir elmi dəlillə, hər tapılan fosillə təkrarən yox olur.

 

Qeydlər

99 Sally Morgan, Pauline Lalor, Ocean Life, PRC Publishing, 2001, London, s. 15.

100 http://www.nwf.org/nationalwildlife/ article.cfm?issueID=58&articleID=710

101 http://www.nwf.org/nationalwildlife/article.cfm?issueID=65&articleID=876

102 James L. Gould, Carol Grant Gould, Olağandışı Yaşamlar, TÜBİTAK Popüler Bilim Kitapları, Çevirmen: Feryal Halatçı, Ankara, 1992, s. 79.

103 James L. Gould & Carol Grant Gould, Olağan Dş Yaşamlar, TÜBİTAK Popüler Bilim Kitaplar, 5. Basm, s. 75.

104 James L. Gould, Carol Grant Gould, Olağandışı Yaşamlar, TÜBİTAK Popüler Bilim Kitapları, Çevirmen: Feryal Halatçı, Ankara, 1992, s. 125-126.

105 Margaret M. Harding, Pia I. Anderberg, A.D.J. Haymet, "Antifreeze glycoproteins from polar fish", European Journal of Biochemistry, cilt 270, ss. 1381-1392.

106 James L. Gould, Carol Grant Gould, Olağandışı Yaşamlar, TÜBİTAK Popüler Bilim Kitapları, Çevirmen: Feryal Halatçı, Ankara, 1992, s. 81-82.

107 Margaret M. Harding, Pia I. Anderberg, A.D.J. Haymet, "Antifreeze glycoproteins from polar fish", European Journal of Biochemistry, cilt 270, ss. 1381-1392.

108 James L. Gould & Carol Grant Gould, Olağan Dş Yaşamlar, TÜBİTAK Popüler Bilim Kitaplar, 5. Basm, s. 75.

109 Jonathan Knight, "Happy Accident", New Scientist, 2 Ekim 1999, no. 2206, s. 6.

110 http://www.afprotein.com/background.htm

111 http://nsf.gov/pubs/1996/nstc96rp/sb3.htm

112 James Randerson, "How to Melt a Heart of Ice", New Scientist, 25 Ağustos 2001, no. 2305, s. 7.

http://www.queensu.ca/sgs/forstudents/stories/students-perspective/garnham.html

113 http://www.newscientist.com/article/

dn1176-protein-protecting-freezing-tissues-is-synthesised.html; Protein protecting freezing tissues is synthesised, 20 August 2001, James Randerson, Antifreeze glycoproteins

114 http://nsf.gov/pubs/1996/nstc96rp/sb3.htm

115 David Bruce, "Polar fish provide biological antifreeze molecules", The Scientist, 21 Ağustos 2001, cilt 2, no. 1, s. 3;

http://www.the-scientist.com/article/display/19846/

116 Jonathan Knight, "Happy Accident", New Scientist, 2 Ekim 1999, no. 2206, s. 6.

117 http://www-personal.umich.edu/~copyrght/image/solstice/whales.html

118 Werner Gitt, If Animals Could Talk, Master Books, 2006, ABD, s. 24.

119 http://www.seaworld.org/infobooks/KillerWhale/adapaqkw.html

120 John Downer, Supernature, Sterling Publishing Co., Inc., New York, 1999, s. 164.

121 http://www.nwf.org/nationalwildlife/article.cfm?issueID=42&articleID=473