Your browser version is outdated. We recommend that you update your browser to the latest version.

İbtidai Canlı Yalanını Çürüdən Süngərlər

Süngərlər bitkiyə bənzəmələrinə baxmayaraq, əslində çox hüceyrəli "heyvanlardır". Böyümək üçün kifayət qədər qida ala biləcəkləri bir ərazidə, özlərini sərt bir yerə yapışdırıb yaşayarlar. Buna görə də qumlu ya da palçıqlı bölgələrdə süngərlərə daha az rast gəlinir. Özünü qayalıq yerə yapışdıran bir süngər, hərəkət halında olmadığı üçün, olduğu yerdə 24 saat ərzində dəniz suyunu süzərək qidalanar. Süngərlər, öz həcmlərinin 20000 misli qədər dəniz suyunu nasoslayaraq süzə bilərlər.(123) Bu fövqəladə bir miqdardır; süngərin dəniz suyunu süzmə sürəti isə, saatda 200 litrə çata bilir.(124)

Süngərlərin elmi adı "məsamə daşıyan" mənasını verən Poriferadır. Bədənləri kiçik dəliklərlə örtülüdür və eynilə miniatür tozsoranlar kimi hərəkət edərək, kiçik dəliklərdən suyu içəri alıb, daha geniş dəliklərdən çölə buraxarlar. Suda axıntılarla daşınan mikroskopik üzvi maddələr, diatom, bakteriya, plankton kimi qidalarla birlikdə oksigen, süngər dəliklərindən içəri alınır. Bu süzmə əməliyyatı elə aktivdir ki, çay fincanı böyüklüyündəki bir süngər, bir gündə 5000 litr suyu süzə bilir. Üstəlik bunu edərkən olduqca məhsuldar çalışır: İçinə çəkdiyi sudakı bakteriyaların 90%-ni orqanizmində saxlamağı bacarır.

Süngərin böyük əksəriyyəti suyun xaricində qısa bir müddət belə qalanda, havanın və günəş şüasının təsiriylə ölərlər. Rənbərəng, canlı süngərlər laboratoriyaya daşındıqları vaxt əvvəlcə rəngləri solar, sonra da sulu palçıq halına çevrilərlər. Buna görə də süngərin cinsini müəyyənləşdirmək üçün mikroskopik səviyyədə analiz aparmaq lazımdır. Digər tərəfdən süngərlər, günəş şüası və havayla qarşılaşdıqlarında ölsələr belə, su içində təkrar tumurcuqları canlanar və bunlardan yeni süngərlər meydana gələ bilər.

Süngərlərin dünyada 5000-6000 növü tapılmasına baxmayaraq, bu rəqəmin həqiqətdə ən az üç misli olduğuna inanılır. Qayanı örtən incə, rəngli bir təbəqə kimi bürüyən növlərdən, iri yelpik, ağac və ya çən kimi olanlara qədər görünüşləri çox müxtəlifdir. Bəziləri yalnız bir neçə santimetr böyüklükdə, bəziləri də 2 metrə qədərdir. Süngərlərə demək olar ki, hər dərinlikdə -sahillərin ən dayaz yerlərindən 8600 metr dərinliklərə qədər- rast gəlmək mümkündür.

İlk süngərlərin təxminən 800 milyon il əvvəl ortaya çıxdığı məlumdur.(125) Süngər də digər bütün canlılar kimi fosil qeydlərində qəfildən və bugünkü görünüşləriyə meydana çıxır. Yüz milyonlarla ildir ki, dəyişmədən qalmış olan bu canlılar darvinistlər tərəfindən guya "ən sadə və ibtidai çox hüceyrəli canlı qrupu" olaraq xarakterizə olunarlar. Süngərlərin, bir çox canlıda olan ürək, beyin, ciyər kimi orqanlarının və sinir sistemlərinin olmaması, bu canlıları darvinistlər üçün bir fərziyyə mövzusu halına gətirmişdir. Halbuki, bu canlı haqqında edilən bütün ibtidai canlı fərziyyələri böyük yalana əsaslanır.

Süngər quruluşlarındakı təfərrüatlar, elmi araşdırmalara istiqamət verəcək bir çox üstün xüsusiyyətə malikdir. Əhəmiyyətləri ancaq indiki vaxtda başa düşülən süngərlər olduqca mürəkkəb xüsusiyyətlərə malikdirlər. Alimlər hələ də süngərlərin hansı səbəbə görə həzm sistemləri, sinir sistemləri, beyinləri və əzələləri olmadan nəfəs aldıqlarını, qidaları həzm etdiklərini və özlərini qoruduqlarını başa düşə bilməmişlər. Hüceyrə səviyyəsindəki həyati fəaliyyətləri isə, sinir sistemi olmadığı halda mükəmməl bir nizam içində baş verir.

1600-cü illərdə ingilis bitki alimləri, süngərlər haqqında, "süngər deyə adlandırdığımız və dəniz köpüyünü oyduğu bəzi maddələrdən elmi nəşrlərdə bəhs etmək xeyli yer tutacağı kimi, oxuculara da çox faydası olmaz" deyirdilər. Ancaq bu gün, süngərlər bir çox elmi tədqiqata mövzu olur; xüsusilə də tibb və texnologiya dünyasına yol göstərərək alimlərə ilham verir.

Burada vaxtaşırı gündəmə gətirilən əhəmiyyətli bir məlumatı yenidən xatırlatmaqda fayda vardır: Darvinistlər, bir canlıya "ibtidai" canlı iddiası edib mübahisə edərkən, hələ daha tək bir zülalın belə necə meydana gəldiyini izah edə bilmirlər. Süngərin sahib olduğu tək bir zülal, darvinistlərin bütün məlumatlarını, bütün qabiliyyətlərini və bütün iddialarını əzib aradan qaldıracaq mürəkkəblikdədir. Müdhiş mürəkkəbliyə hüceyrənin özü deyil, yalnız hüceyrənin içindəki tək bir zülal səviyyəsində darvinistlərin "ibtidai" iddiası yox olmuşdur. 150 ildir ki, laboratoriyalarda böyük bir həvəslə aparılan və uğruna milyonlarla dollar xərclənən tək bir zülal yaratma işlərinin müvəffəqiyyətsizliyi, darvinistlərin "bütün canlılar təsadüfən əmələ gəldi" izahlarını tamamilə məhv etmişdir. Məhz buna görə də, darvinistlərin insanları aldatmaq üçün istifadə etdikləri "ibtidai" izahları ilə qarşılaşanda, ibtidai yaraşdırması etdikləri canlının tək bir zülalını izah etməkdə belə aciz qaldıqlarını mütləq xatırlamaq lazımdır. (www.proteinmucizesi.com)

1. Osculum (dəlik)
2. Mərkəzi boşluq
3. Yaxa hüceyrə

4. Spikül (tikana bənzər strukturlar)
5. Ostia(məsamə)
6. Qamçı

7. Yaxa hüceyrə

Süngərin süzmə sistemləri "oscula" adı verilən böyük dəliklər və bunların daxili divarlarını əhatə edən "Ostia" adı verilən kiçik məsamələrdən ibarətdir. Şəkildə süngər məsamələrini əmələ gətirən "yaxa hüceyrələri"nin qamçılı quruluşları görünür. Hüceyrələrin quruluşundakı təfərrüatlar, süzmə sistemini ən mükəmməl şəkildə işlədəcək xüsusiyyətlərlə yaradılmışdır. Bu bənzərsiz sistem tamamilə süngərə məxsusdur və bu canlıları daima qoruyan Uca Rəbbimiz tərəfindən yoxdan var edilmişdir.

Sonrakı səhifələrdə təfərrüatları izah ediləcək olan və təbii bir beynə belə sahib olmayan süngərlər, fabrikdə üstün texnologiya və məlumat ilə istehsal olunan bir filtrdən xeyli üstün bir texnologiyaya sahibdirlər. Uca Rəbbimizin yaratma sənətinin nümunələrindən biri olan süngərlər yaradılışın açıq-aşkar dəlillərindəndir. Uca Rəbbimiz bir ayəsində belə buyurur:

Mən, Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, Allah onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir. (Hud surəsi, 56)

Süngər Məsamələrinin, Mikroskop Altında Aşkar Olunan Incəlikləri

Süngər Necə Qidalanar?

A. Suyun giriş yeri
1. Balon şəkilli
2. Gövdə
Məsamələr

Silisiumdan hazırlanmış iynəciklərin, mikroskopik səviyyədə bir-birlərinə birləşməsiylə əmələ gələn bu şüşə skelet, dəniz dibinin ən gözəl canlılarından biri olan Venera Səbəti süngərinə aiddir.

Süngərin xarici dəlikləri, şaxələnən keçid və kanallarla sanki bir labirinti xatırladır. Ancaq bu labirint çox professional bir filtr maşını kimi işləyir. Süngərlərin içindəki kanallar sistemi, böyük dəliklər və bunların daxili divarlarını örtən kiçik məsamələrdən meydana gəlir. Süngərin bədən səthindəki böyük dəliklərdən daxil olan su məsamələrdən keçərkən özündə olan qida maddələri xüsusi hüceyrələr tərəfindən süzülüb alınır. Qidalar alındıqdan sonra qalan su, bir çox saydakı boşaldıcı dəlikdən çölə buraxılır. Əslində bu bir neçə cümləylə ifadə edildiyi qədər asan bir əməliyyat deyil. Bu vəzifəni ümumi cəhətləriylə belə ifadə edə bilərik. Bunu əgər bir insan edəcək olsa, bir adamın krandan axan sudakı bakteriyaları ayıracaq şəkildə, suyu mikroskopik səviyyədə süzməsi lazım gəlsə; bunun üçün xeyli sayda texnoloji vasitədən istifadə etməli, düşünməli, elmi məlumatları qiymətləndirməli və müxtəlif yoxlama-yanılma üsullarına müraciət etməlidir. Üstəlik, bu vəzifəyə, 24 saat ərzində istirahət etmədən vaxt ayırması və nəticədə bakteriyaların 90%-ni tutması lazım idi. Həmçinin, heç bir xərc çəkməməsi, ətraf mühiti çirkləndirməməsinin lazım olduğu kimi şərtlərin da əlavə olunduğu düşünülsə, süngərlərin suyu süzməsindəki müvəffəqiyyəti daha yaxşı başa düşüləcək.

Süngəri digər heyvanlardan fərqləndirən, bədənlərindəki "yaxa hüceyrələri" deyilən xüsusi hüceyrələr tərəfindən yaradılan kiçik otaqlardır. Süngər kanalları içərisindəki otaqları meydana gətirən bu xüsusi hüceyrələr, "flagellum" adı verilən yapışqan, tüklü bir qamçıya sahibdirlər. Qamçılı yaxa hüceyrələri iki məqsədə xidmət edir: Birincisi, qamçılarıyla vurduqları kiçik zərbələrlə, oksigen və qida maddələri daşıyan suyu süngərə doğru yönəldirlər. Qamçının irəli-geri hərəkəti, sudakı tullantıları və karbon qazını çölə çiləyərkən, qida və oksigeni nasosla içəri vurar. İkincisi, yaxa hüceyrələrinin yapışqan halqaları, su ilə gələn kiçik qida parçalarını tutar. 10 cm uzunluğunda və 2 cm qalınlığında bir süngərdə 2 milyondan artıq yaxa hüceyrəsi vardır və bu süngər kanallarından gündə 110 litr su nasoslana bilir.

Bu hüceyrələr sudakı bakteriya, kiçik yosun və təbii tullantıları udduqdan sonra, bunları qida torbası adlanan hüceyrələrə keçirərlər. "Arkeosit" adlanan başqa bir cür hüceyrə isə, həzm olunmuş qidaları digər hüceyrələrə çatdırar. Bütün hüceyrələr arasında sıx bir oksigen və karbon mübadiləsi mövcuddur. Alimlərə görə, süngərlər böyük hissəciklərlə yanaşı bakteriya kimi kiçik hissəcikləri də tutub həzm edə bildiklərindən ötrü, yer üzündəki ən səmərəli süzmə üsuluna sahibdirlər.

Süngər gövdəsi isə "spikül" adlanan, kiçik iynəyə bənzər iti çıxıntılarla örtülüdür. Süngər skeletinin ən əhəmiyyətli ünsürlərindən biri olan spiküller, əhəngdaşı, silisium və keratin qarışığından əmələ gələrlər. "Spongin" adlanan zülallı bir maddə də, spikülleri bir şəbəkə kimi toxuyaraq skeleti əmələ gətirər. Bəzi süngərlərdə skelet quruluşu müstəqil duran spiküllerdən əmələ gəldiyi halda, bəzilərində isə bu çıxıntılar uclarından bir-birləriylə yapışmış, möhkəm bir qəfəs formasındadır. Bir çox süngər yalnız skeletlərinin mikroskopik ekspertizası nəticəsində müəyyənləşdirilə bilər; fotoşəkildən tanınmaları isə çətindir. (www.dogadakiayetler.com)

Digər tərəfdən, süngər "arkeosit" adı verilən xüsusi hüceyrələri, yeri gəldikdə hər hansı başqa bir hüceyrəyə çevrilə bilər. Əsl vəzifələri süzülən qidaları digər hüceyrələrə daşımaq olmasına baxmayaraq, yeri gəldikdə süngər içində hərəkət edərək, skeletin əmələ gəlməsinə kömək edərlər. Yalnız bunlarla kifayətlənməyib, yumurtaların istehsalını və süngərin ətrafdakı dəyişikliklərə kimyəvi və fizioloji reaksiyalar verməsini də təmin edərlər. Məsələn, bəzi hüceyrələr şişərək ya da zidd hərəkət edərək süngərə gələn su axımını tənzimləyərlər.

Süngərin öz-özünə və ya təsadüfi təsirlərlə, belə səmərəli fəaliyyət göstərən bir süzmə sisteminə sahib olması, şübhəsiz ki, qeyri-mümkündür. Bir beyni belə olmayan süngərin, öz-özünə suyun içindəki mikroskopik canlılarla qidalanmağı düşünməsi; buna imkan verəcək şəkildə hüceyrələrinə xüsusi formalar verməsi; bunları bir əlaqə daxilində tənzimləməsi, əlbəttə ki, mümkün ola bilməz. (Buradakı beyni belə olmayan canlı nümunəsi, mövzunun daha yaxşı başa düşülməsi üçün verilir. Canlının beyninin olub-olmaması bu üstün xüsusiyyətləri həyata keçirə bilməsinə bir izah verməz. Çünki bütün canlılar, gördükləri hər işi Allahın ilhamıyla edərlər.) Süngər, texnologiya möcüzəsi bir funksiyaya sahibdirsə; bu, bədən quruluşundakı hər incəliyin müəyyən bir məqsədə xidmət etməsi, yerli yerində olması, ən ideal forma və xüsusiyyətdə yaradılmasıyla əlaqədardır. Süngəri, qidasını təmin edəcək möhtəşəm xüsusiyyətlərlə yaradan, Quranda bildirildiyi kimi, "Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir". (Zəriyət surəsi, 58)

Süngər Növləri

1. Tropik bölgələrdə yaşayan vaza formasındakı əhəngli süngərlər
2- Tropik okeanların dərinliklərində yaşayan şüşə süngərləri
3- Süngərin 90%-ni əmələ gətirən demosüngərlər

Texnologiya Möcüzəsi Şüşə Süngərləri

Bir bina düşünək... Xarici səthi parlaq və olduqca estetik görünüşə sahib bir şüşədən ibarət olsun. Üstəlik, bu şüşə bina elə möhkəm özüllərlə yerə bağlanmış olsun ki, ən şiddətli zəlzələlərə belə davam gətirə bilsin. Həmçinin, binanı əmələ gətirən şüşə də hər cür zərbəyə qarşı qırılmamağa davam gətirə bilsin... Bu, dövrümüzdəki şərtlərdə insanlar üçün əlçatmaz görünən, ideal bir modeldir. Ancaq Rəbbimizin bənzərsiz yaratma sənəti vəsiləsiylə, belə bir şüşə bina nümunəsinə okeanların dərinliklərində rast gəlinir.

"Venera çiçək süngəri" də adlanan şüşə süngərlər (Euplectella aspergillum), bir cüt krevetin yuva qura biləcəyi böyüklükdə şüşə bir bina inşa edərlər. Materialı şüşə olmasına baxmayaraq, binanın skeleti olduqca elastikdir. Məhz bu xüsusiyyətlərindən ötrü okean dibində dünyanın ən möhkəm şüşəsini istehsal edən canlı olaraq tanınırlar. Qərbi Sakit okeanın 1000 m dərinliklərində yaşayan bu süngərlər, okean döşəməsinə şüşə tellərlə bağlanarlar. Bu elə möhkəm bir əlaqədir ki, bunun sayəsində okean cərəyanları və təsirlərinə müqavimət göstərər və qopmadan yaşaya bilərlər. Süngərin okean döşəməsinə belə möhkəm bağlanmasını təmin edən quruluş isə, ancaq elektron mikroskopu altındakı araşdırmalarla ortaya çıxır.

Bənzərsiz Bir Inşaat: Qırılmayan Şüşədən Skelet

Kövrək bir vəsait olan şüşəni, möhkəm bir quruluş materialına çevirən Venera süngəri, skeletinin inşasında, mexaniki mühəndislik kitablarında qeyd olunan əsas prinsiplərdən bir çoxundan istifadə edər. Bu şüşə qəfəslər, ən az yeddi mərtəbəli struktur tənzimləməriylə inşa edilir. Dəniz döşəməsindən başlamış 20-30 santimetrə qədər ucalan bu güclü şüşə qəfəslərin arxitekturasını başa düşə bilmək üçün, metrin milyonda biri və milyardda biri kimi ölçülərlə düşünmək lazımdır.

Skeletin əsas quruluşunu meydana gətirən və "spikül" adlanan iynəyə bənzər şüşə çubuqların diametri, bir metrin 10 ilə 100 milyonda bir hissəsi qədərdir. (126) Belə kiçik ölçülərdə olmasına baxmayaraq, çox mürəkkəb bir quruluşa malikdir. Təxminən insan saçı qalınlığındakı bu çubuqlar, qəfəsin tirləri vəzifəsini yerinə yetirər və tirlərin hər təbəqəsi şüşə və yapışqandan ibarət olar. Hər bir incə şüşə təbəqəsi, daha da kiçik olan bir-birinin üstünə keçirilmiş şüşə hissəciklərindən ibarətdir: Burada bəhs edilən, metrin milyardda biri qədər ölçüdə olan şüşə hissəcikləridir. Hər bir şüşə təbəqəsinin arasındakı yapışqan, bütün skeletə fövqəladə bir güc verər.

Bu şüşə tellər, dəstələr halında paketlənmişdir. Ayrı-ayrı nəzərdən keçirdikdə tellərdən daha güclü olan bu quruluş, memarlıq sahəsindəki deyimiylə "lif-gücləndirilmiş kompozit tirlər" meydana gətirəcək şəkildə bir-birinə yapışdırılmışdır. Bunun mənası budur: Siqnallar üfüqi və şaquli olaraq üstüörtülü bir silindr formasını alan şüşə kvadratlar meydana gətirəcək şəkildə sıralanmışdır. Tirlərin kəsişdiyi yerlər isə, yenə şüşə yapışqanla möhkəmləndirilmişdir. Süngərin şüşə qəfəsinin spiral formalı səth silsilələriylə paketlənməsi də, süngərin boş bir içki qutusu kimi sıxışdırılmasına mane olar. Bu xüsusi quruluş, dənizin döşəməsinə, okean cərəyanlarının təzyiq və zorlamalarıyla müqavimət aparacaq şəkildə yumşaq qalıqlarla bağlanar.

Silisiumdan hazırlanmış iynəciklərin, mikroskopik səviyyədə bir-birlərinə birləşməsiylə əmələ gələn bu şüşə skelet, dəniz dibinin ən gözəl canlılarından biri olan Venera Səbəti süngərinə aiddir.

Şüşə süngərlərdəki liflərlə-gücləndirilmiş məhluldan istifadə edilməsi, sütunları bərkitmək üçün tirlərin dəstə halında və 45 dərəcəlik bucaqlarla birləşdirilməsi, müasir arxitekturada istifadə olunan taktikalardır. Kitab rəflərindən binalara qədər istifadə edilən bu kəsişən tir taktikası, insanların ağıl və təcrübə yoluyla ancaq ümumi cəhətləriylə inkişaf etdirə bildikləri bir üsuldur. Okean dərinliklərində hərəkətsiz halda yaşayan bir canlının, skeletinə möhkəmlik qazandıracaq şəkildə, bir memar və ya inşaat mühəndisi kimi metodlar ixtira etməsi, şübhəsiz ki, qeyri-mümkündür. Skeletin quruluşunu mikroskopik səviyyədə araşdıran alim Joanna Aizenberg, "süngər tam olaraq lazım olduğu qədərindən istifadə edir, daha çoxundan deyil." deməklə, sözlərinə bunu da əlavə edir:

Bu məni təəccübləndirir. Ən fantastik yuxularımda belə bu lif demək olar mükəmməl, çox düzgün kvadrat hüceyrələr, çarpaz dəstəklər və qəfəsin səth silsilələrinini meydana gətirəcək şəkildə necə bir yerə gətirildiklərini təsəvvürümə belə gətirə bilmirəm... Bu şüşə iplikləri əyə bilər, fırlada bilərsiniz, ancaq güman ki, tətbiq etdiyiniz gücün enerjisi yapışqan içində yayıldığı üçün qırılmayacaqdırlar.(127)

Aizenberg, Nature jurnalındakı tədqiqat yazısında isə, süngərdəki şüşə ipliklərin möhkəmliyini belə təsvir edir:

Təbiət, çox güclü quruluş materiallarının sonsuz nümunələriylə alimləri və mühəndisləri sehrləyər. Bu materiallar, ümumiyyətlə, nanometrdən çılpaq gözlə görülən ölçülərə qədər kompleks iyerarxik bir təşkilatlanma nümayiş etdirərlər. Hər struktur səviyyə, ortaya çıxan dizayna mexaniki dayanıqlılıq və möhkəmlik baxımından fayda verər... Şüşə, kövrək olmasına baxmayaraq bioloji dünyada tikinti materialı kimi geniş şəkildə istifadə olunur... Silisiumlu süngərlərdəki spiküllerin, bənzər ölçülərdəki kövrək, sintetik şüşə çubuqlarıyla müqayisədə, fövqəladə rahatlıq və dayanıqlılıq göstərdikləri müəyyən edilmişdir.(128)

Venera süngəri üçün, Science jurnalındakı bir məqalədə, "bioloqları və yeni maddə əmələ gətirməyə çalışan alimləri təəccübləndirən və gələcəkdə biologiyadan ilham almaqla hazırlanacaq layihə və materiallar üçün qeydlər etdirən şüşə qəfəslər inşa edir" deyilir və bu ifadələrlə sözə davam edilir:

Qəfəs formasındakı fəaliyyət hər iki kvadratdan bir, ən möhkəm qəfəsi ən az materialla əldə etməyə kömək edəcək çarpaz tirlərlə möhkəmləndirilir. Çarpaz tirlərin sayı və yerləri, mühəndislərin maksimum dayanıqlılığı əldə etmək üçün tələb olunan minimum dəstəyi hesablamaq üçün istifadə etdiyi tənliyə uyğundur. (129)

Həmçinin, alimlər Venera süngərinin dayanıqlı şüşə xüsusiyyətinin insanların istehsal etdikləri şüşəylə müqayisədə xeyli üstün keyfiyyətdə olduğunu vurğulayırlar. Bu xəbərləri dərc edən nəşrlərin bir hissəsinin başlıqları belədir:

"Süngər, İnsan istehsalı lifli optiklərdən daha irəlidədir" (USA Today), 130

"Pətək süngər lifli optikləri insan istehsalı olanlardan daha yaxşıdır" (San Francisco Chronicle), 131

"Dəniz süngəri daha keyfiyyətli lifli optik kabellər üçün ilham verir" (Scientific American) 132

Şübhəsiz ki, bu canlının heyrətləndirici memarlıq qabiliyyəti, Uca Allahın üstün elm və sənətinin bir təcəllisidir. Bir Quran ayəsində belə bildirilir:

Məxluqatı ilk dəfə yoxdan yaradan, sonra onu bir daha təkrarlayan Odur. Bu da Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən uca sifətlər Ona məxsusdur. O, Qüdrətlidir, Müdrikdir. (Rum surəsi, 27)

Zərbələrə Qarşı Dözümlülük Qazandıran Möhtəşəm Quruluş

 

8 İyul 2005-ci il tarixli Science jurnalının üz səhifəsindəki bu şəkil, şüşə süngərinin skeletindəki tirlərin kəsişmə nöqtəsini göstərir. Bir-birinə möhkəm bir şəkildə bağlanmış çarpaz formalı tirlərdən əmələ gələn və yeddi qat halında düzülən skelet, üstün bir memarlıq planı nümayiş etdirir. Bu nizamın və üstün planın Yaradıcısı, "Qüdrətli, Tərifəlayiq" (Səba surəsi, 6) və "hər şeyə qadirdir" (Fussilət surəsi, 39) Uca Rəbbimiz olan Allahdır.

Venera süngərinin quruluşunda diqqətə çarpan ilk xüsusiyyətlər silindrik formada olması və bu silindrin divarlarındakı tora bənzər üfüqi və şaquli tirlərdir. Tirlərin kəsişdiyi yerlər isə şüşədən hazırlanan sementlə möhkəmləndirilmişdir. Bu üçölçülü silindrik quruluş, bir zərbəyə məruz qaldıqda süngəri əzilməkdən qoruyar.

Bu möhtəşəm quruluş elektron mikroskopunda araşdırıldığı vaxt, mikrometrlər ölçüsündəki hər tirin, çox sayda daha incə silindirlərin birləşməsindən meydana gəldiyi məlum olur. Bu paralel silindr dəstələri, tək bir silindrik quruluşdan xeyli qüvvətlidir. Çünki hər silindr, təbii yapışqanla yapışdırılmış daxili halqalardan ibarətdir. Bu halqalar eynilə bir ağac kəsildiyi vaxt ortaya çıxan konsentrik ağac halqalarına bənzəyir. Halqalar silindrin mərkəzinə doğru getdikcə daha da qalınlaşar. Necə ki, xarici halqalar kobud şəkildə 0,2 mikrometr olduğu halda, daxili halqalar təxminən 1,5 mikrometr qalınlığına çatar. Bu quruluş isə süngəri demək olar qırılmaz hala gətirər.

Science jurnalıın müəllifi, Kaliforniya Universitetindən olan James Weaver, bu canlılardakı üstünlüyə belə toxunur:

Bu skelet sisteminin inşasında süngərin istifadə etdiyi əsas mühəndislik dizayn prinsiplərinin sayı qeyri-adidir... Anatomiyalarındakı sadəliyə baxmayaraq, süngərlər məlum olan ən mürəkkəb və müxtəlif skelet sistemlərini əmələ gətirə bilirlər. (133)

Normal bir şüşə çubuq asanlıqla çatlayar, çünki zərbə çubuğun digər yerlərinə də təsir edər. Lakin Venera süngərinin təbəqəli şüşə çubuğuna tətbiq olunan hər hansı bir zərbə, təbəqələr arasındakı təbii yapışqan içində yox edilir. Bu şəkildə silindrin nazik xarici təbəqələrindən hər hansı birindəki əmələ gəlmiş çatın, digər təbəqələrə doğru irəliləməsi və şüşəyəbənzər quruluşun qırılmasının qarşısı alınmış olar. Venera süngərinin meydana gətirdiyi bu quruluş, əyib büksəniz belə böyük bir ehtimalla qırılmayacaq və xarab olmayacaqdır; çünki tətbiq olunan qüvvə yapışqan içində dağılaraq yox ediləcək. Buna görə də, süngər lifləri -şüşə çubuqları- insanların istehsal etdiyi liflərdən xeyli elastikdir; hətta heç qırmadan onlara bir düyün atmaq belə mümkündür.(134)

Bəzi alimlər süngərləri heyvan qrupları daxilində qiymətləndirərkən, bəziləri də xüsusi hüceyrə qrupları olaraq tərif verərlər. Alimləri bu şəkildə düşünməyə sövq edən səbəb isə süngərlərin ürək, qaraciyər, beyin kimi müxtəlif orqanlara sahib olmamalarıdır. Süngərlər qeyd olunan orqanlara sahib olmamalarına baxmayaraq, fövqəladə dərəcədə mürəkkəb və müxtəlif skelet sisteminə sahibdirlər. Məhz bu xüsusiyyətləriylə süngərlər, darvinistlərə meydan oxuyur, təkamül nəzəriyyəsini etibarsız hala salırlar. Buna görə də, süngərlər darvinistlərin iddia etdikləri kimi ibtidai canlılar deyil; özlərinə xas üstünlükləri olan bənzərsiz canlı növləridir. Bir Quran ayəsində Rəbbimiz canlıların yaradılışıyla əlaqədar belə buyurur:

Göyləri, yeri və onlarda yaydığı canlıları yaratması Onun dəlillərindəndir. Allah istədiyi vaxt yaratdıqlarını bir yerə toplamağa qadirdir. (Şura surəsi, 29)

Venera Süngərindəki Üstün Memarlıq Allahın Sənətinin Nümunələrindəndir

Venera süngəri, inşaat və maşın mühəndisliyindəki əsas inşa strategiyalarını, 1000 dəfə daha kiçik bir miqyasla və xeyli mükəmməl halıyla öz quruluşunda istifadə edir. Venera süngərlərinin quruluşu, Londondakı İsveçrə qülləsi, Barselonadaki Hotel De Las Artes və Parisdəki Eyfel qülləsinin struktur təfərrüatlarıyla müqayisə edilir.

Okean Dərinliklərindəki Işıq Mənbələri

Dərin sular, dərin qaranlıqların hökm sürdüyü mühitlərdir. Oraya cüzi də olsa günəş şüası düşmür. Ancaq bu canlılar, xüsusi yaradılışın göz qamaşdırıcı bir dəlili olaraq fərqli bir mənbədən gələn işıqlarla təchiz edilirlər. Dərin sularda yaşayan canlılar üçün yeganə işıq mənbəyi, işıq saçan orqanizmlərdir.

Venera süngəri də dərin dəniz canlıları üçün bir dənizaltı lampası rolunu oynayır. Venera süngərinin lifli optik naqillərə bənzəyən şüşə iplikləri, insanların istehsal etdikləriylə müqayisədə işıq ötürülməsi baxımından da xeyli üstün keyfiyyətdədir. Uca Allahın bənzərsiz ağlının əsəri olan bu naqillər, insanların istehsal etdiklərindən aşağıdakı əsas xüsusiyyətlərlə fərqlənir:

* Venera süngərinin linzaya bənzər çıxıntıları vardır. Bunlar işıq toplama səmərəliliyini artırır. Bu da silindrik qəfəs formasındakı skeleti əhatə edən taca bənzər şüşə liflərdən əmələ gələn lifli optik quruluşu işıqlandırmada daha təsirli hala gətirər.

* Venera süngərinin lifli naqilləri işığı çox yaxşı ötürürlər; çünki orqanizmlərinə natrium ionlarını qata bilirlər. Natrium, süngər liflərinə müdhiş bir elastiklik verir və qırılmalarının qarşısını alır. Venera süngərinin lifli naqilləri, DNT-sində şifrəli olan zülallar tərəfindən aşağı temperaturda və okean təzyiqində istehsal olunar. Ancaq süni optik liflər, şüşəni əridəcək yüksək temperaturlarda hazırlanar və natrium ionununun əlavə olunmasıyla liflərin şüşəyəbənzər quruluşlarını itirmələrinə səbəb olar. Buna görə də insanların istehsalı etdiyi optik liflər kövrək və istifadəyə daha az yararlıdır.(135)

Dr. Joanna Aizenberg, müasir texnologiyanın süngər qarşısındakı məğlubiyyətinə belə diqqət çəkir:

Texnologiyanın üz-üzə gəldiyi çətinliklərdən biri də şüşə quruluşun optik xüsusiyyətlərini yaxşılaşdıran süni maddələrlə doldurulmasıdır. Şüşə liflərin içərisində təbiətin etdiyi kimi aşağı temperaturlarda natriumu necə saxlaya biləcəyimizi tam olaraq başa düşə bilsək, bütün xüsusiyyətlərə nəzarət edə bilərik. (136)

Venera Süngəri Uca Allahın Yaratma Sənətinin Çoxsaylı Nümunələrindən Biridir

Alimlər süngərin bu möhkəm silindrik şüşə qəfəs sisteminin və işıq saçan lifli optik naqillərinin necə əmələ gəldiyini "əsrarəngiz bir vəziyyət" olaraq ifadə edərlər. Təkamülçülərə görə bu xüsusi möhkəm quruluşun əmələ gəlməsində guya şüursuz atomlar və zülallar əsas rol oynamışlar. Halbuki, belə bir şey qeyri-mümkündür. Belə mükəmməl bir sistemin xeyli sadəsini yarada bilmək üçün uzun illər boyu təhsil alan alimlər, mürəkkəb riyaziyyat hesablamalarına əsaslanan mühəndislik dizaynları hazırlayırlar. Venera süngəri isə bu möhtəşəm strukturu Uca Allahın ona ilham etdiyi şəkildə, ilk yaradıldığı gündən bəri inşa edir. Smitsonian Milli Təbii Tarix Muzeyindən süngər mütəxəssisi Klaus Ruetzler, şüşə süngərinin lifləri üçün "Bu güman ki, təkamülçülər üçün çıxılmaz bir haldır." (137) deyir.

Süngərlər, fosil qeydlərində yarım milyard ildən daha əvvələ qədər gedib çıxan qədim və mükəmməl bir canlı qrupu olaraq, təkamülçü iddialara meydan oxuyurlar. Süngərlərdəki alimləri heyrətləndirən qüsursuz strukturlar, Uca Rəbbimizin üstün yaratmasının nümunələrindəndir. (www.yeryuzumucizesi.com)

Okean Dərinliklərindəki Lifli Optik Texnologiyanın Başqa Bir Nümunəsi

Kök süngəri də adlanan Rossella Racovitzae adlı su süngəri, bəşəriyyətin ən yeni texnologiyalarda istifadə etdiyi lifli optikdən hazırlanmış çıxıntılara malikdir. Lifli optik, işığı çatdırmaq üçün çox təsirli bir materialdır. Lazer şüalarının lifli optik naqildən keçirilməsiylə əldə edilən ünsiyyət imkanı, normal materialdan hazırlanmış naqildəkilərə görə xeyli çoxdur. Belə ki, saç teli qalınlığında 100 ədəd lifli optik naqilin yan-yana gətirilməsiyə əldə olunan naqil kəsiyindən, 40000 ayrı səs kanalı keçirilə bilir.

Antarktida sahillərinin dərinliklərində yaşayan bu süngər növü, fotosintez edə bilmək üçün ehtiyacı olan işığı, lifli optikdən hazırlanmış olan tikan formalı çıxıntılar vəsiləsiylə asanlıqla toplayır və ətrafı üçün də bir işıq mənbəyi olur. Bunun sayəsində həm özü, həm də bu süngərin işıq toplama qabiliyyətindən faydalanan başqa canlılar yaşaya bilər. Eyni mühitdə yaşayan tək hüceyrəli yosunlar da bu süngərə yapışır və yaşamaları üçün lazım olan işığı buradan əldə edirlər.

Antarktida sahillərinin 100 ilə 200 metr dərinliklərində, qalın buz kütlələrinin altında, demək olar zülmət qaranlıq deyilə biləcək bir mühitdə yaşayan bir canlı üçün günəş şüasını toplamaq, canlının yaşaya bilməsi baxımından olduqca böyük bir əhəmiyyət daşıyar. Canlının bu problemi həll edə bilməsi, işığı ən yaxşı şəkildə toplayan lifli optik çıxıntılarla təchiz edilməsi sayəsində mümkün olur. Bu, Rəhman və Rəhim olan Uca Allahın bu canlılara lütfü və kərəmidir. Şübhəsiz ki, Allah, Günəşi yaratdığı və onu işıq və istilik üçün bir vasitə etdiyi kimi, dərin dənizlərə də bu işığı çatdırmağa qadirdir. Allahın oradakı canlılar üçün fərqli bir işıq mənbəyi yaratması həmçinin də, Onun uca sənətini daha yaxşı görə bilmək və təqdir edə bilmək üçündür. Uca Allah bir ayəsində belə bildirir:

De: “Bir deyin görək, əgər Allah gecəni üstünüzdə Qiyamətə qədər uzatsa, Allahdan başqa hansı məbud sizə bir işıq gətirə bilər? Məgər siz eşitmirsiniz?” (Qəsas surəsi, 71)

1. Dr. Joanna Aizenberg

Venera süngəri, aşağı temperaturda elastiki lifli optik naqillər istehsal edir, həmçinin bioloqları və alimləri heyrətləndirən və gələcək cihazlara ilham mənbəyi ola biləcək şüşə qəfəslər inşa edir.

Məlum olduğu kimi lifli optik texnologiyası son əsrin ən yeni texnologiyalarından biridir. Yapon mühəndisləri bu texnologiyadan günəş şüalarını göydələnlərin işıq üzü görməyən hissələrinə istiqamətləndirmək məqsədiylə istifadə edirlər. Göydələnlərin tavanına yerləşdirilən nəhəng lupalar, günəş şüasını lifli optik ötürücülərin ucunda toplayar. Lifli keçiricilər vasitəsiylə də günəş şüası, binanın ən qaranlıq nöqtələrinə qədər çatdırılır.

Yüksək texnologiyaya sahib sənaye sahələrində emal edilən lifli optik maddəsinin, dərin dənizlərdə süngərlər tərəfindən 800 milyon ildən bəri istifadə edilməsi alimləri də heyrətləndirir. Vaşinqton Universitetində mexaniki mühəndis olan mütəxəssis Ann M. Mescher bu həqiqəti belə ifadə edir:

Bu lifləri aşağı temperaturlarda, belə bənzərsiz mexaniki və mükəmməl optik xüsusiyyətlərlə hazırlayan bir canlının mövcud olması fövqəladə dərəcədə təsirlidir. (138)

Vaşinqton Universitetində professor və həmçinin metallurgiya mühəndisi olan Brian D. Flinn isə, bu süngərdəki üstün quruluşu belə təsvir edir:

Bu, qarşımızdakı 2 ya da 3 il ərzində (insanların) rabitə sahəsində istifadə edəcəkləri növdən bir şey deyil, bu qarşımızdakı 20 ildə əldə olunması görülməyəcək bir şeydir. (139)

Bütün bunlar bizə təbiətdə və təbiətdəki canlılarda insanlar üçün çox sayda nümunə olduğunu göstərir. Hər şeyi ən incə təfərrüatına qədər yaratmış olan Allah, bütün bu canlıları insanların öyüd-nəsihət almaları üçün müxtəlif üstün xüsusiyyətlərlə var etmişdir. Allah ayələrində belə buyurur:

Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! (Ali İmran surəsi, 190-191)

Süngərlərin Müdafiə Sistemləri, Müasir Tibb Sahəsinə Yol Göstərir

Antarktida okeanının dərinliklərində yaşayan bir çox onurğasız heyvan yeməklərini, suda olan qidaları süzməklə əldə edər. Bu canlılardan olan süngərlər Antarktida dənizlərində yaşayan, ən böyük canlı qrupudur. Süngərin də rəngli dəniz ulduzları və dəniz xiyarları kimi düşmənləri vardır. Dəniz dibində hərəkətsiz halda yaşayan bir canlı üçün bu düşmənlərin varlığı ciddi bir təhlükə kimi görünə bilər. Lakin hər şeyi ən mükəmməl və qüsursuz şəkildə yaradan Allah, möhtəşəm sənətini bu canlılarda da yenidən göstərir. (www.biyomimetik.imanisiteler.com)

Süngərlər növlərinə görə özlərini düşmənlərindən qoruyacaq çox müxtəlif xüsusiyyətlərə sahibdirlər. Tikanlı süngər qorunmaq üçün uzun tikanlara sahibdir; təhlükəylə qarşılaşdıqları vaxt dərhal bu tikanlarını ortaya çıxararlar.

Süngərlərin bir hissəsi isə zəhərli kimyəvi birləşmələr hazırlayır. Zəhər, süngərin yırtıcılardan qorunmasını təmin edən bir müdafiə vasitəsidir. Süngərlərin bu zəhərli kimyəvi ifrazatları onları yalnız yırtıcılardan qorumaqla kifayətlənməz; təcavüzkar qabıqlı heyvanlara qarşı da bir müdafiə sistemi meydana gətirmələrini təmin edər.

Qırmızı, yaşıl rəngli süngərlərlə kaktus süngərləri, dəniz ulduzlarını və digər təhlükə yaradan heyvanlardan gələn təhlükənin qarşısını almaq üçün kimyəvi bir maye ifraz edərlər.(140) Məsələn, parlaq rəngli Antarktida süngəri, piqmentlerindən bu cür bir qorunma vasitəsi kimi istifadə edər. Süngərlərin zəhərli kimyəvi birləşmələr baxımından zəngin olduğunu öyrənən, dəniz elmi Skripps İnstitutundan olan Prof. Con Folknerdən bunu necə kəşf etdiyi soruşduqda belə bir cavab vermişdir:

Su altındakı qayalıqlara endiyimiz vaxt, yaxşı müdafiə olunmayan molyusklar tərəfindən yeyilməyən canlıların, əsas bir kimyəvi müdafiə mexanizmiylə yaşaya biləcəklərini gördük. Bu orqanizmlər, bir qabıq ya da iynənin köməyiylə ya da qaçaraq qorunmağa çalışmaqdan çox, özlərini kimyəvi yollarla müdafiə edirdilər. (141)

Burada, kimyəvi silah istehsal edən, laboratoriyada çalışan bir alim deyil, bir dəniz süngəridir. Əlbəttə ki, heç bir ağıla, şüura sahib olmayan bir canlının özünü kimyəvi yolla müdafiə etməyi düşünə bilməsi və bu məqsədə xidmət edən kimyəvi maddələri bilməsi qeyri-mümkündür. O da digər bütün canlılar kimi Uca Rəbbimizin ilhamıyla hərəkət edir.

Süngərlərin Tibb Sahəsindəki Istifadəsi

Süngərlərin müdafiə olunma mexanizmi kimi istifadə etdikləri kimyəvi silahlar, müasir dövrdə tibb sahəsində bir çox kəşfə yol göstərir. İnsanların minlərlə ildir ki, faydalandığı süngər, indiki vaxtda ən əhəmiyyətli şəkildə istifadə olunduğu sahə dərman sənayesidir. Süngərlərin hazırladığı zəhərlər, insan bədənindəki müxtəlif sistemlərə müxtəlif şəkillərdə təsir edir və doğru miqdarda istifadə edildikləri təqdirdə bu zəhərlər, dərman təsiri göstərərək müalicə edici xüsusiyyətlərə sahib olurlar.

Aparılan araşdırmalarda bir süngər növündə olan və AS-2 adı verilən molekulun, xərçəng xəstəliyinin inkişafına səbəb olan hüceyrə bölünməsinin qarşısını almasıyla əlaqədar nəticələr əldə edilmişdir. Daha sonra aparılan araşdırmalarda da bənzər nəticələr əldə olunmuş və;

- Dysidea frondosa adlı Sakit okean süngərindən əldə edilən bir məhlulun hərarət düşürücü,

- Phahertis simplex adlı süngər növünün hazırladığı kimyəvi məhlullarınsa, orqan nəqlindən sonra bədəndə ortaya çıxa biləcək neqativ reaksiyaları azaldıcı təsirlərə sahib olduğu müəyyən olunmuşdur.

Süngərlərin, ürək-damar, mədə-bağırsaq xəstəliklərini və şiş əmələ gəlməsinin qarşısını alan kimyəvi birləşmələrindən dərman istehsalında istifadə edilir. Bakteriyalarla qidalanan süngərlərin bakteriyalara qarşı çox güclü bir immunitet sistemlərinin olduğunu fərq edən alimlər, bu antibiotik təsiri insan sağlamlığı üçün istifadə etməyin yollarını da tapmışlar.

Süngərlər, bir növ kimyəvi müharibəylə bədənlərinin üstündəki onurğasızların böyüməsinin qarşısını alar; parazit və mikrobları uzaqlaşdırarlar.(142) Süngərlərin hazırladıqları toksik müdafiə kimyəvi maddələri, həmçinin mühüm xəstəliklərdən olan xərçəng, QİÇS, vərəm, bakterial infeksiya və kistik fibrozla döyüşmə potensialına da malikdir. Bu gün Milli Sağlamlıq İnstitutunun süngərlərdən əldə etdikləri, xərçəng xəstəliyinə qarşı təsirli olan bir çox dərman növü mövcuddur.

Süngərlər digər dəniz onurğasızlarına görə ən təbii kimyəvi resursları və bu komponentlərin çoxu bioloji aktiv xüsusiyyətlərə (anti-şiş, hərarət düşürücü, anti-virus və anti-mikrob) sahibdirlər. Necə ki, alimlər süngərlərin immunitet sisteminə təzyiq göstərən, infeksiyaların qarşısını alan, anti-xərçəng, antibiotik və ağrı kəsici kimi təsirlərə sahib olan maddələrə sahib olmalarından ötrü, yeni dərmanların istehsalı üçün klinik fəaliyyətlərə davam etdiklərini ifadə etmişlər. (www.guncelyorumlar.com)

Avstraliya Dəniz Tədqiqatları Təşkilatından (AİMT) olan səlahiyyətli şəxslər, süngərlərdən əldə edilən maddələrin sağlam hüceyrələrə zərər vermədən, bir və ya iki tip xərçəng hüceyrəsini məhv etdiklərini bəyan etmişlər. Bu təşkilatda vəzifə sahibi olan Lyndon Llewellyn, xüsusilə də sinə xərçəngi və ya qan xərçənginə qarşı effektiv təsir göstərən orqanizmlər tapdıqlarını ifadə etmişdir.(143)

Digər tərəfdən, "dənizlərdəki mikrobların faydalarının hələ də öyrənilmədiyinə" işarə edən "National Sea Grant" adlı təşkilatın mətbuat spikeri olan Linda Kupfer, oynaq iltihabı və xərçəng xəstəliyinə qarşı faydalı olan bu cür dərmanların yaxın vaxtlarda satışa çıxarıla biləcəyini demişdir. "Okeanlardakı canlı orqanizmlərin, milyonlarla ildir ki, özlərini xəstəliklərdən qorumaq məqsədiylə kimyəvi müdafiə üsullarından istifadə etdiklərini" ifadə edən Kaliforniya Skripps İnstitutunun səlahiyyətli nümayəndəsi Uilyam Fenikal isə, dərman firmalarının, indiyə qədər quruda bitən bitkilərdən faydalanaraq antibiotik, ağrıkəsici və xərçəng dərmanı hazırladıqlarını, ancaq bu mənbələrin artıq tükəndiyini ifadə etmişdir. Florida Okean Tədqiqatları İnstitutundan Shirley Pompaniyə görə isə, bir süngər, içinə girən bir parazitin sürətlə çoxalan hüceyrələrini öldürmək məqsədiylə müraciət etdiyi kimyəvi müdafiə üsulu, çox yaxın vaxtlarda insan bədənindəki xərçəngli hüceyrələrin məhv edilməsində istifadə oluna biləcəkdir. (144)

Çox aydındır ki, bu canlı xüsusi olaraq insanların xidmətinə verilmiş və həm öz növünü davam etdirməsini, həm də insanlara xidmət etməsini təmin edəcək xüsusiyyətlərlə yaradılmışdır. Məhz süngərləri də digər bütün canlılar kimi sahib olduqları mükəmməl xüsusiyyətlərlə təchiz edən Uca Allahdır. Bu həqiqət bir Quran ayəsində belə bildirilir:

Göylərdə və yerdə olanların hamısını O, sizin xidmətinizə vermişdir. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Casiyə surəsi, 13)

Süngərdən Istifadə Etməklə Xəstəliklərə Çıxış Yolları Tapmaq

Əvvəllər yalnız vanna otağı və mətbəxlərdə təmizlik vəsaiti, boya fırçası və s. olaraq istifadə edildiyi halda, süngərlər bu gün artıq biokimya laboratoriyalarında və dərman sənayesində əhəmiyyətli araşdırmalara mövzu olur. Dərman sənayesi yeni antibiotiklər və xərçəng əleyhinə dərmanlar hazırlamaq məqsədiylə süngər toksinləri üzərində tədqiqat aparırlar.

Ağıl və şüurdan məhrum bu canlıların, alimlərin laboratoriyalarda uzunmüddətli fəaliyyətlər göstərməklə əldə etməyə çalışdıqları dərmanları öz bədənlərində hazırlamaları,şübhəsiz ki, onları sahib olduqları mükəmməl xüsusiyyətlərlə yaradan Uca Rəbbimizin üstün yaratma sənətini insanlara göstərir. Quranda belə bildirilir:

Məgər onlar görmürlər ki, Biz onlardan ötrü sahib olduqları mal-qaranı Öz əllərimizlə yaratmışıq? Yaratdıqlarımızı öz istifadələrinə verdik ki, bəzilərindən minik kimi yararlansınlar və bəzilərini də yesinlər. Bunlarda onlar üçün başqa mənfəətlər və içiləcək süd də vardır. Yenə də şükür etməyəcəklərmi? (Yasin surəsi, 71-73)

Ətyeyən süngər: Asbestopluma Hypogea

1994-cü ildə tapılan bir növ olan Asbestopluma hypogea adlı, ölçüsü baş barmaq dırnağından bir qədər böyük olan bu süngər, ağ oval formalı bədənindən çıxan çox sayda çıxıntıya sahibdir.

Bu çıxıntılar mikroskopik kiçiklikdə qarmaqlı iynələrlə örtülüdür. Bu qarmaqlı iynələrdən ötrü, süngərin bədəni və çıxıntıları yapışqana bənzəyir. Ov nə qədər çox xilas olmaq üçün mübarizə apararsa, bu qarmaqlara o qədər çox yapışar. Məsələn, bir dəniz qabıqlı heyvanı tutular-tutulmaz süngər hüceyrələri hərəkətə keçər və ov 24 saat ərzində tamamilə süngər hüceyrələriylə örtülmüş olar.

Süngərin hüceyrələri ət parçalarını həll edərək öz sitoplazmalarına keçirərlər. Qidanın həzm olunması üçün isə, süngərlər hərəkət etməlidirlər.(145) Heç bir orqanı olmamasına baxmayaraq, çox fərqli bir üsuldan istifadə etməklə ət həzm edə bilən 2 cm uzunluğundakı bu canlı, Allahın yaratmasındakı çoxsaylı müxtəliflikdə olan nümunələrdən yalnız biridir.

 

Qeydlər

123 http://sci.ege.edu.tr/~sukatar/sungerler.htm

124 http://www.aad.gov.au/default.asp?casid=5942

125 Sally Morgan, Pauline Lalor, Ocean Life, PRC Publishing, 2001, London, s. 23.

126 Daniel B. Kane, "SpongeBob's Cousins are Masters of Glass", 7 Temmuz 2005; http://msnbc.msn.com/id/8498621/

127 Daniel B. Kane, "SpongeBob's Cousins are Masters of Glass", 7 Temmuz 2005; http://msnbc.msn.com/id/8498621/

128 Joanna Aizenberg, et al., " Skeleton of Euplectella sp.: Structural Hierarchy from the Nanoscale to the Macroscale", Science, 8 Temmuz 2005, cilt. 309, no. 5732, ss. 275-278.

129 Daniel B. Kane, "SpongeBob's Cousins are Masters of Glass", 7 Temmuz 2005; http://msnbc.msn.com/id/8498621/

130 Dan Vergano, Sponge goes man-made fiber optics one better", USA Today, 20 Ağustos 2003;

http://www.usatoday.com/tech/news/techinnovations/2003-08-20-sponge-fibers_x.htm

131 William McCall, "Glassy sponge has better fiber optics than man-made", San Fransico Chronicle, 20 Ağustos 2003.

132 Sarah Graham, "Sea Sponge Inspires Better Fiber-Optic Cables", Scientific American, Science News, 21 Ağustos 2003.

133 Dan Vergano, Sponge goes man-made fiber optics one better", USA Today, 20 Ağustos 2003; http://www.usatoday.com/tech/news/techinnovations/2003-08-20-sponge-fibers_x.htm

134 Sundar, V.C., Yablon, A.D., Grazul, J.L., Ilan, M. and Aizenberg, J., Fibre-optical properties of a glass sponge, Nature 424(6951):899–900, 21 August 2003; http://www.nature.com/nbt/journal/v21/n10/full/nbt874.html

135 Sundar, V.C., Yablon, A.D., Grazul, J.L., Ilan, M. and Aizenberg, J., Fibre-optical properties of a glass sponge, Nature 424(6951):899–900, 21 August 2003; http://www.nature.com/nbt/journal/v21/n10/full/nbt874.html

136 Dan Vergano, Sponge goes man-made fiber optics one better", USA Today, 20 Ağustos 2003; http://www.usatoday.com/tech/news/techinnovations/2003-08-20-sponge-fibers_x.htm

137 Dan Vergano, Sponge goes man-made fiber optics one better", USA Today, 20 Ağustos 2003; http://www.usatoday.com/tech/news/techinnovations/2003-08-20-sponge-fibers_x.htm

138 Science News, 4 Ağustos 2001 Peter Weiss, "Soaking Up Rays," Science News, August 4, 2001.

139 Science News, 4 Ağustos 2001 Peter Weiss, "Soaking Up Rays," Science News, August 4, 2001.

140 Int. Wildlife, Kasım-Aralık 1997, No.6, s.6

141 http://sci.ege.edu.tr/~sukatar/sungerler.htm

142 http://www.aad.gov.au/default.asp?casid=5942

143 http://www.cdnn.info/eco/e040917/e040917.html

144 http://www.deseretnews.com/article/

145 http://findarticles.com/p/articles/mi_m1170/is_1999_August-July/ai_58416445/pg_2 , International Wildlife, July-August 1999, s.27, by Doug Stewart