Your browser version is outdated. We recommend that you update your browser to the latest version.

Dəniz Altındakı Daimi Artan Müxtəliflik

Yaşadığımız planet-Dünya-, məlum olan digər göy cisimlərində olmayan xüsusiyyətlərə malikdir: Yer üzünün 70%-i su ilə əhatə olunur və bəzi yerlərdə dərinliyi Everest dağının yüksəkliyindən belə çox ola bilən bu sularda, dibə doğru endikcə rəngarəng bir dünya ilə qarşılaşarıq. Müxtəlif rəngləri və quruluşları ilə, bir-birindən maraqlı ovlanma və müdafiə taktikalarıyla milyonlarla canlı növü həyatını davam etdirər.

Yer üzündəki canlı növlərinin sayı ilə əlaqədar ehtimallar indiki vaxtda 100 milyona qədər çatır. Bu vaxta qədər müəyyən edilmiş canlıların sayı isə yalnız 1.4 milyon qədərdir.(1) Norveç İqlim Tədqiqatları Bjerkness Mərkəzindən Vigdis Vandvik, canlı növlərinin sayı ilə əlaqədar olaraq, "Bu, kainatdakı ulduzların sayını saymaq kimi bir şeydir. Dünyadakı heyvanların və bitkilərin sayı barədə tam bir fikir yürütmək qeyri-mümkündür." (2) deyir.

Bir an üçün yer üzündəki sularda heç bir canlı yaşamadığını düşünək. Onda Dünyadakı canlı növlərinin 90%-nin olmadığı bir Dünya təsəvvür etməliydik. Məhz okean və dənizlərdə belə zəngin canlı növləri vardır. Amerikadakı Rutgers Universiteti Dəniz və Sahil Tədqiqatları İnstitutunun Direktoru Frederik Grassle, araşdırmalarına əsaslanaraq bu qiymətləndirməni aparır:

Topladığımız nümunələr göstərdi ki, okean bazası, əslində, mövcud növ sayı baxımından tropik yağış meşələriylə yarışa bilər. Okean dibi fiziki cəhətdən bir çölü xatırlada bilər, lakin növ müxtəlifliyi baxımından daha çox tropik yağış meşələri kimidir. (3)

Daha əvvəl həyatın olmadığı zənn edilən bir şəraitdə, okeanların bir neçə min metr döşəməsində inanılmaz bir növ zənginliyinin var olduğu ortaya çıxmışdır. Bir araşdırmada, 2100 metr dərinlikdəki okean döşəməsindən götürülən hər 30x30 cm2-lıq nümunədə, 55-135 fərqli növ tapılmışdır.(4) Cənubi Avstraliya akvatoriyasındakı başqa bir araşdırmada isə, 10 m2lik dəniz döşəməsində 800-dən çox növün varlığı müəyyən olunmuşdur.(5) Yalnız bakteriya növü olaraq belə, 1 litr dəniz suyunda 20000 -dən çox növ olduğu məlumdur.(6) Harvard Universitetindən Prof. Edvard O. Vilson, In Search of Nature (Təbiətin gizli bağçası) adlı kitabında canlı növlərindəki müxtəlifliklə əlaqədar bu həqiqətləri ifadə etmişdir:

Əvvəlcə bioloji müxtəliflik miqdarı mövzusunu düşünün. Dünyadakı orqanizm növlərinin sayı tam olaraq bilinmir. Bu günə qədər, təxminən 1,5 milyon növə ad verilmişdir, lakin doğru sayı, yəqin ki, 10 milyon ilə 100 milyon arasındadır... Tropik yağış meşələrindəki ən az bir-iki milyon, hətta onlarla milyon oynaq qıçlı növü üzərində də, dərin dənizlərin geniş döşəməsində yaşayan milyonlarla onurğasız növü üzərində də çox iş görülməmişdir. Ancaq sistematikanın əsas qara dəliyi bakteriyalardır. Kobud şəkildə, rəsmi olaraq 4000 bakteriya növünün müəyyən edilmiş olmasına baxmayaraq, yaxın vaxtlarda Norveçdə aparılan tədqiqatlar, meşə torpağının hər bir qramında olan 10 milyard orqanizmin arasında elm üçün demək olar ki, tamamilə yeni olan 4000 ilə 5000 bakteriya növünün varlığını ortaya çıxarmışdır, həmçinin dayaz dəniz çöküntülərinin hər bir qramında da birinci qrupa daxil olmayan və yenə əksəriyyəti yeni olan 4000 ilə 5000 növ daha tapılmışdır. (7)

nehir manzarası

Məgər kafirlər göylərlə yer bir olduğu zaman Bizim onları bir-birindən araladığımızı, hər bir canlını sudan yaratdığımızı görmürlərmi? Yenə də mi inanmırlar?
(Ənbiya surəsi, 30)

Nəhəng okean kütlələrinin daxilində varlığından ancaq 21-ci əsrdə xəbərdar olduğumuz canlılardan biri də, okean dibindəki palçıq təbəqəsində yerləşən və metan istehlak edən bakteriyalardır.(8) Gözlə görülə bilməyən bu canlılar, dərin dənizlərin bir yerində insan üçün həyati əhəmiyyətə malik bir fəaliyyət göstərirlər. Bu mikroorqanizmlərin hər il təxminən 300 milyon ton qədər metan istehlak etdikləri ehtimal olunur və mütəxəssislərə görə; "Bu miqdar, insanların kənd təsərrüfatı, zibil basdırma, ya da üzvi yanacaq vasitələrindən istifadə etmək yollarıyla atmosferə buraxdıqları metan miqdarına bərabərdir." (9) Başqa sözlə, tək bir canlı növü belə əslində Dünyadakı həssas tarazlığın bir zəncirini meydana gətirər. Bir Quran ayəsində belə bildirilir:

...O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Ənam surəsi, 59)

Digər tərəfdən inkişaf edən texnologiya ilə yanaşı, hər keçən gün okeanlarda yeni canlı növləri tapmaq mümkündür. Tuscia Universitetindən Françesko Canganella və Yaponiya Dəniz Elmləri və Texnologiyası Mərkəzindən Chiaki Katonun ifadə etdikləri kimi, "Tədqiqatçıların səylərinə və elmi metodlardakı tərəqqilərinə baxmayaraq, okeanların yalnız kiçik bir hissəsi asanlıqla əlçatan vəziyyətdədir və bundan ötrü də dəniz dünyasının böyük hissəsi hələ məlum deyil." (10) Başqa sözlə, hər yeni tədqiqat naməlum növlərin varlığını ortaya çıxarır. Elm və təbiət tarixi yazıçısı Cozef Wallace, A Gathering of Wonders (Möcüzələr kolleksiyası) adlı kitabında, mövzu ilə əlaqədar bu sətirlərə yer verir:

Balıq alimi Melanie Stiassny, "Hər kəs Dünyanın böyük bir hissəsinin sularla əhatə olunduğunu bilməsinə baxmayaraq, çox az adam bunun 2,5% -inin şirin su olduğunun fərqindədir." Daha da qəribəsi bu qədər kiçik bir su həcminin olduqca çox balıq növünə ev sahibliyi etməsidir. Duzlu su və şirin su balıqları hamısı birlikdə onurğalı həyatının ən müxtəlif qolunu meydana gətirərlər, bunların indiyə qədər 25000 növü müəyyən olunmuşdur. Hər il təxminən 200 yeni balıq növü müəyyən edilir və bu işi daha çox alim görsəydi bir ildə daha çox növ müəyyən edilmiş olardı. (11)

Vaşinqtondakı Dəniz Həyatı Əhali Siyahıyaalınması Təşkilatında işləyən bioloq Prof. Ron Odor isə bunları ifadə edir:

Okeanın bir çox hissəsi hələ heç tədqiq olunmayıb... Ehtimallarımıza görə okeanın 10-da 1-lik hissəsinin yalnız 100-də 1-i, hətta daha azı bioloji mənada təsvir edilə bildi. (12)

Vuds Holedaki Dəniz Biologiyası Laboratoriyasından amerikalı alim Mitçell Soqin də, canlılardakı müxtəlifliyin məlum olan və ya ehtimal ediləndən çox olduğunu vurğulayaraq, bu mövzuda gördükləri işin ardından bunları ifadə etmişdir:

Bu (iş) həqiqətən, məlumat çatışmazlığımıza və daha öyrənəcək nə qədər çox şey olduğuna işarə edir. (13)

Dünyanın hər yeri böyük bir müxtəlifliklə doludur. Minlərlə metr dərinlikdəki okeanlardan kiçik gölməçələrə, soyuq qütb regionlarından okean dibindəki isti su mənbələrinə qədər hər yerdə çox sayda canlı növü var. Çılpaq gözlə görülməyən diatomlardan tonlarla ağırlıqdakı nəhəng balinalara, birhüceyrəli planktonlardan hidrolokator sistemli delfinlərə, sürətlə suya baş vuran suitilərdən rəngarəng mərcan balıqlarına qədər bütün canlılar Allahın bənzərsiz yaratma sənətinin nümunələridir. Prof. Edvard O. Vilson təkamülçü bioloq olmasına baxmayaraq, təbiətdəki müxtəliflik qarşısında bunları dilə gətirməkdən özünü saxlaya bilməmişdir:

Bioloji müxtəliflik Yaradılışdır. Hər biri milyardlara çatan nukleotid cütləriylə və daha çox sayda, əslinə baxanda astronomik sayda, ola biləcək genetik kombinasiya ilə müəyyənləşdirilən on milyon bəlkə daha çox növ hazırda həyatdadır... Canlı orqanizmlərin Yer kütləsinin ancaq on milyardda birini meydana gətirməsinə baxmayaraq, bioloji müxtəliflik bizə məlum olan kainatın informasiya baxımından ən zəngin hissəsidir. Bir ovuc torpaqda digər bütün planetlərin ümumi səthlərində olduğundan qat-qat çox birləşmə və mürəkkəblik vardır. (14)

Belə müxtəlif canlıların bir-birlərindən asılı olan həyat tarazlığı içində yaşamaları insanların üzərində düşünməsi lazım olan bir haldır. Allahın yaratdığı bütün növləri tapmaq hazırda qeyri-mümkün görünür. Hər bir canlı Allahın elminin böyüklüyünün, sənətinin zənginliyinin bir əks olunmasıdır və araşdırılması və öyrənilməsi lazım olan bir çox xüsusiyyətə malikdir. Allah Quranda belə bildirir.

Həqiqətən, göylərdə və yerdə möminlər üçün dəlillər vardır. Sizin yaradılışınızda və Allahın yer üzünə yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır. (Casiyə surəsi, 3-4)

İsti Su Çıxışlarındakı Müxtəliflik, Yaradılışın Dəlillərindəndir

Okean dibində ekosistemi təmin edən isti su mənbələri, Yer qabığındakı yarıqlarda, içində müxtəlif mineralların olduğu isti suyun çıxdığı yerlərdədir. 1977-ci ildə Qalapaqos adalarının 320 km şimal-şərqində, dəniz səthindən 1600 metr dərinlikdəki isti su çıxışlarında aparılan araşdırmalarda, əvvəllər naməlum olan canlılar kəşf edilmişdir. Bu araşdırmalarda alimləri ən çox təəccübləndirən, canlıları bişirəcək qədər isti, darmadağın edəcək qədər də turşulu sularla əhatələnmiş bir regionda, asanlıqla yaşaya bilən canlıların müxtəlifliyi olmuşdur.(15) Temperaturun 4000C˚-yə çatdığı bu ehtiyatların ətrafında indiyə qədər 300-dən çox növ aşkar olunmuşdur.(16) Bəs bu canlı növləri necə olur ki, həm günəş şüası olmadığı üçün qida təmin edilə bilməyən, həm də olduqca zəhərli olan bir mühitdə yaşaya bilirlər?

Bu sularda yaşayan canlılar, vulkanların ağızlarından çıxan hidrogen sulfidin (H2S) zəhərləyici xüsusiyyətini təsirsiz hala gətirəcək bir yaradılışa sahibdirlər. Allahın yaratdığı bu xüsusi sistem vasitəsilə zəhərlənib ölməkdən qorunduqları kimi, ehtiyac duyduqları qidanı və enerjini də asanlıqla təmin edə bilirlər. Bunun üçün hidrogen sulfidi (H2S) oksigen ilə "yandıraraq", su və müxtəlif sulfatlar istehsal edən bakteriyalardan faydalanırlar.

Hidrogen sulfid + Oksigen ==> Su + Sulfatlar

"Xemosintez" olaraq adlandırılan bu əməliyyatda bakteriyalar, kükürdü manipulyasiya edərək qida istehsal edərlər. Beləcə, okeanın dərinliklərindəki su çıxışlarında, bir çox canlı bu bakteriyalarla ortaq həyat içərisində, qida əldə etmək üçün işığa ya da suyun səthindən aşağıya doğru çökən canlı qalıqlarına ehtiyac duymadan yaşayarlar.

Bu canlılar arasında ən diqqət mərkəzində olanı, nə qida alacaq bir ağzı, nə də aldığı qidaları həzm edəcək bir həzm sistemi olmayan nəhəng şar soxulcanlarıdır. Tədqiqatlar nəticəsində nəhəng boru soxulcanlarının (Riftia pachyptila), "trofozom" adı verilən orqanında xemosintez əməliyyatını yerinə yetirən bakteriyalar olduğu ortaya çıxmışdır. Belə ki, boru soxulcanının hər 28 qramlıq toxumasında 285 milyard bakteriya vardır.(17) Nəhəng boru soxulcanı öz hüceyrələri daxilində yaşayan bakteriyaları kimyəvi maddəylə, bakteriyalar isə soxulcanı qidayla təmin edir. Molyusk, xərçəng, krevet, dəniz darağı və akula kimi isti su çıxışlarının ətrafında yaşayan bir çox canlı xemosintez əməliyyatını yerinə yetirən bu bakteriyalarla oxşar bir ortaq həyat əlaqəsinə sahibdirlər. Həyata keçirdikləri kimyəvi əməliyyatlar vasitəsilə sulfidi istifadə üçün yararlı hala gətirən bu bakteriyalar digər heyvan növləri üçün yemək təmin etməklə vulkan ağzındakı qida zəncirinin bünövrəsini meydana gətirərlər. Bəzi onurğasızlar bu mikroorqanizmlər vasitəsilə, osminoq kimi canlılar isə bu onurğasızlar vasitəsilə nəsillərini davam etdirirlər. Yaxın vaxtlara qədər canlıların var olmadığı zənn edilən bu mühitdəki növlərin zənginliyi və ətraf mühitə mükəmməl uyğunlaşması heyrət oyandırıcıdır.

1- Soyuq su, dəniz dibindəki yarıqlardan süzülür
2- Kristallaşmış minerallar baca hissəsinin ətrafında toplanır
3- Yüksək temperaturdakı su yarıqdan ətrafa püskürür
4- Şar soxulcanları
5- Xeyli isinmiş və özünə minerallar qəbul etmiş su səthə doğru sürətli şəkildə çıxar
6- Su, okean kraterindeki isti qayalarla qarşılaşar
7- İsti su çıxışlarındakı canlıları əks etdirən şəkil

İsti su qaynaqları bir çox canlı üçün əhəmiyyətli bir yaşayış arealıdır. Krevetlər, şar soxulcanları və xərçənglər bu mühitdə, zəhərli sulfidi təsirsiz hala salan bakteriyalarla birlikdə yaşayaraq zəhərlənməkdən qorunur və müdhiş bir müxtəliflik meydana gətirirlər.

Elm dünyasında böyük əks-səda doğuran isti su çıxışlarının kəşfi mühüm bir həqiqəti göstərir. Bu regionlardakı çətin şərtlərdə yaşayan canlıların hələ bir hissəsi aşkar edilmişdir və bunların da 95%-i müəyyən edilə bilməmişdir. Hər yeni araşdırma və inkişaf okean dibinin zənginliyi haqqında nə qədər az şey bildiyimizin bir göstəricisidir. İsti su çıxışlarındakı bu həyat və canlı müxtəlifliyi Uca Rəbbimizin kainatın hər yerindəki hakimiyyətini elmini və rəhmətini göstərir. Kainatdakı hər şeyi yaradan, kainatın hər yerində sonsuz ağlını təcəlli etdirən Uca Allahdır. Allahın elmi ilə hər yeri əhatə etdiyi Quranda belə bildirilir:

Sizin məbudunuz yalnız Özündən başqa heç bir məbud olmayan Allahdır. O, elm ilə hər şeyi əhatə edir”. (Taha surəsi, 98)

1- Şelf zonası
2- Materik yamacı
3- Çökmüş vulkanik ada
4- Orta okean silsilələri
5- Dərin okean çökəkliyi

Qurunu əhatə edən okean dərhal dərinləşməz. Şelf zonası adlanan dayaz yer, olduqca çox sayda canlının məskunlaşdığı ərazidir. Əslində bu ərazi dünyadakı balıqların böyük bir hissəsinin yaşayış arealını təmsil edir.

 

Qeydlər

1. http://pubs.wri.org/pubs_content_text.cfm?ContentID=535

2.  Lars Holger Ursin, "How many species are there on Earth?" , University of Bergen, 22 Mayıs 2006; http://meldinger.uib.no/engelsk.php?id=220506134118

3. Marcia Collie, Julie Russo, "Deep-Sea Biodiversity and the Impacts of Ocean Dumping", 2000, http://ğ.oar.noaa.gov/spotlite/archive/spot_oceandumping.html.

4. J.F. Grassle, N.J. Maciolek, "Deep-Sea Species Richness: Regional and Local Diversity Estimates From Quantitative Bottom Samples", American Naturalist, vol. 139, 1992, s. 313-341.

5. G.C.B. Poore, G.D.F. Wilson, "Marine Species Richness", Nature, vol. 361, 1993, s. 579.

6. Der Spiegel, Im Meer lebt mehr, 1 Ağustos 2006; http://news.bbc.co.uk/2/hi/science/nature/5232928.stm Thousands of microbes in one gulp By Louisa Cheung

7. Edward O. Wilson, Doğanın Gizli Bahçesi (In Search of Nature), TÜBİTAK, Çev: Aslı Biçen, 6. baskı, Ankara, 2005, s. 157; [The Biophilia Hypothesis, ed. S.R. Kellert ve E.O. Wilson, Island Press, Washington D.C., 1995, ss. 31-41.]

8. Carl Zimmer, "Inconceivable Bugs Eat Methane on the Ocean Floor", Science, vol. 293, 20 Temmuz 2001, s. 418-419.

9. Raşit Gürdilek, "Dünyay Kurtaran Mikroplar", Bilim ve Teknik, Eylül 2001, s. 10.

10. Francesco Canganella, Chiaki Kato, "Deep Ocean Ecosystems", Encyclopedia of Life Sciences, 2001, ğ.els.net.

11. Joseph Wallace, A Gathering of Wonders, St. Martin's Press, New York, 2000, s. 65.

12. "Scientists Discover Deep Sea Enigma", Guardian Newspapers, 23 Ekim 2003; http://www.buzzle.com/editorials/10-23-2003-46865.asp

13. USA Today, Scientists Report Seas Contain More Microorganisms Than Thought, 1 Ağustos 2006.

14. Edward O. Wilson, Doğanın Gizli Bahçesi (In Search of Nature), TÜBİTAK, Çev: Aslı Biçen, 6. baskı, Ankara, 2005, s. 164; [The Biophilia Hypothesis, ed. S.R. Kellert ve E.O. Wilson, Island Press, Washington D.C., 1995, ss. 31-41.]

15. Okyanus tabanındaki sıcak su kaynakları ile ilgili ayrıntılı bilgi için bakınız: John M. Edmond ve Karen Von Damm, "Hot Springs on teh Ocean Flor", Scientific American, Nisan 1983.

16. "Sea Connections", Smithsonian Center for Education and Museum Studies, 2001, http://educate.si.edu/lessons/currkits/ocean/connect/essay.html

17. "Sea Connections", Smithsonian Center for Education and Museum Studies, 2001, http://educate.si.edu/lessons/currkits/ocean/connect/essay.html