Your browser version is outdated. We recommend that you update your browser to the latest version.

Canlılar Üçün Xüsusi Olaraq Yaradılmış Dünya

Gündəlik şəhər həyatında rastlaşmadığımız ancaq akvariumlarda, sənədli filmlərdə görə bildiyimiz rəngarəng balıqlar, mərcanlar, dəniz atları, su tısbağaları, suitləri, delfinlər, balinalar, köpək balıqları, osminoqlar, işıqlı meduzalar, dəniz molyuskaları, dəniz xərçəngləri, xərçənglər, akulalar, dəniz ulduzları, krevetlər, planktonlar, süngərlər... Bu canlılar dəniz altındakı həyatın çox kiçik bir hissəsini bizə əks etdirir. Bu canlıların hər biri isə özünəməxsus mühitdə yaşayır. Məsələn, mülayim iqlim qurşağındakı dənizlərə aid bir balığı qütblərə aparsaq yaşaya bilməz. Eynilə mərcan riflərində yaşayan bir balıq da soyuq sularda yaşaya bilməz. Və ya sahil zonalarında yaşayan bir balığı okean dərinliklərinə qoyub yüksək təzyiq altında yaşamasını gözləyə bilməzsiniz. Hətta həyat şəraitində həssaslığı başa düşmək üçün belə kəskin müxtəlifliyə ehtiyac da yoxdur. Dəniz canlılarının yaşadıqları mühitdəki ən kiçik temperatur dəyişikliyi, mineralların nisbətlərindəki dəyişikliklər ya da ancaq xüsusi təcrübələrlə aydın olan suyun turşu-qələvi balansı kimi müxtəlifliyə belə dözümlülükləri yoxdur.

Okeanlarda dərinlikdən asılı olaraq temperatur, təzyiq, qida maddələrinin sıxlığı və işıq nisbəti dəyişir. Dəniz səthindən döşəməsinə doğru getdikcə bu şərtlərdə ciddi fərqlilik müşahidə olunar. Ən dərin yeri 11000 metr, orta dərinliyi isə 5000 metr olan okeanlarda 100 metrdən aşağıya günəş şüası düşməz. Başqa sözlə, buralarda fotosintez prosesinin baş verməsinə imkan yoxdur; yüksək bir təzyiq 2-4 C˚kimi aşağı bir temperatur və daimi bir qaranlıq vardır. Kasad qida mənbələri, üst təbəqələrdən gələn tullantılar və təbii maddələrdən meydana gələr. Bütün bu çətin şərtlərə baxmayaraq, okeanların dərinliklərində müxtəlif balıqlar, bir-birlərindən çox fərqli onurğasız heyvanlar və mikroorqanizmlər yaşayar. Hər dərinlik səviyyəsində mühitin tələblərinə uyğun forma və sistemlərə malik canlılar yaşayar. Uca Allah belə bir ayədə belə buyurur:

Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. Allah onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. Bunların hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır). (Hud surəsi, 6)

Big Bang adı verilən sıfır həcm sonsuz sıxlıqdakı tək bir nöqtənin partlamasıyla indi kainatdakı bütün mövcud sistemlər tam olmaları lazım olan tarazlıq və nizam içində yoxdan var olmuşdur. Kainatdakı bu möhtəşəm yaradılış, Uca Rəbbimizin sonsuz qüdrətini göstərir.

Canlıların meydana gəlməsi üçün lazım gələn tələblərə nəzər saldıqda yalnız Yerin belə bir mühitə imkan verən xüsusiyyətlərə malik olduğu görülər. Həyat üçün əlverişli bu mühiti təmin etmək üçünsə saymaqla qurtarmayacaq qədər şərt -Dünyanın temperaturu, öz oxuna meyilliyi, Günəşə olan məsafəsi, ətrafındakı maqnit sahəsinin varlığı, ətrafındakı atmosferin Dünyanı qoruyacaq xüsusiyyətlərə sahib olması və s.- eyni vaxtda fasiləsiz reallaşmalıdır. Burada unudulmaması lazım olan başqa bir əhəmiyyətli cəhət də bu şərtlərin hamısının həyat üçün lazım olan tək alternativ olmalarıdır.

Bütün Kainat Mükəmməl Bir Tarazlığa Sahibdir

Dənizlərdəki zəngin müxtəlifliyi ehtiva edən, həyat üçün əlverişli şərait Yer kürəsinin kainatdakı müstəsna mövqeyinin sadəcə bir istiqamətidir. Bir-birinə bağlı sistemlərdən, bir-birinə bağlı həssas tarazlıqlardan əmələ gələn kainat, canlıların mövcud olması və yaşaması üçün lazım olan qüsursuz bir uyğunluq və nizama malikdir. Dövrümüzdə əldə edilən tapıntılar Yer kürəsinin daxilindəki bütün təfərrüatlarla birlikdə sonsuz sıxlıqdakı sıfır həcmli bir nöqtənin partlamasıyla yoxdan var olduğunu göstərir. "Big Bang" adlandırılan bu partlayış nəticəsində məkanın sıfır olduğu nöqtədən, zamanın olmadığı bir an içindən trilyon kilometrlərlə belə ifadə edə bilməyəcəyimiz qədər uzun məsafələr, böyüklüklər, sürətlər, temperatur, həcmlər müəyyən bir nizam içində tam olmaları lazım olan miqdarlarla əmələ gəlmişlər. Ancaq sürətlər, böyüklüklər və temperatur deyil, onlarla bərabər canlılar üçün əlverişli olan mükəmməl şərait və böyük müxtəliflikdəki canlılar da yaradılmışdır. Kainatda bu cür həssas tarazlıqlar üzərində qurulmuş bir nizamın olması, şübhəsiz ki, kainatın əmələ gəlməsinin heç bir mərhələsində təsadüflərin yerinin ola bilməyəcəyinin ən böyük dəlillərindəndir. Burada diqqət yetirilməsi lazım olan çox əhəmiyyətli bir mövzu vardır: Bəhs etdiyimiz nizam qayanın parçalanaraq ətrafa dağılması və bu parçaların təsadüfən havada özünə bir yer tapıb minlərlə il varlığını qoruması kimi bir şey deyil. Burada yoxdan bir yaradılış, partlayışla meydana gələn böyük nizam və canlılar üçün xüsusi olaraq əmələ gəlmiş çoxsaylı şərtlərdən söhbət gedir. Kainatın qarışıqlığın və təsadüflərin məhsulu olmadığını; məşhur kosmoloq Martin Rees təkamülçü olmasına baxmayaraq bu sözlərlə dilə gətirir:

Fiziklər hara baxırlarsa baxsınlar, orada həssas bir nizamın nümunələrinə şahid olarlar. (18)

İndiki vaxtda "həssas nizam" (fine-tuning) anlayışı ilə ifadə edilən bu şərtlər yerdə canlıların nə cür həssas tarazlıqdan asılı olduğunu göstərir. Ali Enerji Fizikası sahəsində Nobel mükafatı olan Prof. Steven Weinberg Scientific American jurnalındakı yazısında bunları ifadə edir:

Təbiət qanunları və kainatın başlanğıcdakı şəraitinin bizim müşahidə edə bildiyimiz canlıların əmələ gəlməsini təmin edə biləcək şəkildə olduqca uyğun olması çox təəccüblüdür. Bildiyimiz kimi fiziki dəyərlərin hər hansı birindəki kiçik bir dəyişiklik həyatı yaşanamaz vəziyyətə gətirəcəkdir. (19)

Məşhur yazıçı və nəzəri fizika professoru Pol Deyvis də Dünyanın xüsusi bir planet olduğunu ifadə edən çox saydakı alimlərdən biridir:

Əsl möhtəşəm hadisə Dünyadakı həyatın bıçaq kürəyindəki tarazlığı deyil, bütün kainatın bıçaq kürəyindəki tarazlığıdır və fiziki kəmiyyətlərdə baş verə biləcək kiçik bir dəyişiklik bütövlükdə bir qarışıqlığa səbəb olacaq. (20)

İngilis astrofizik Corc Ellis isə sahib olduğu məlumatlardan bu nəticəyə gəlir:

Kainatdakı mürəkkəbliyi meydana gətirən qanunlarda heyrətamiz bir həssas nizam görünür. Kainatda meydana gələn bu mürəkkəblik qarşısında "möcüzə" sözündən istifadə etməmək çox çətindir. (21)

Bir-birinə bağlı mürəkkəb sistem olan kainatdakı kiçik rəqəmlər, dərəcələr və bucaqlar canlıların meydana gəlməsində güman etdiyimizdən də çox əhəmiyyətə malikdirlər. Bəs bütün bunlar bizə nəyi düşündürməlidir? Varlığımıza kainatın bir ucundakı hadisələr belə təsir edə bilirsə kainatda domino daşları kimi bir-birinə təsir edən tarazlıqlar zənciri varsa və kainat əmələ gəldikdən bəri bu nizam böyük bir həssaslıqla qorunursa bunu təsadüflərlə izah etmək mümkündürmü? Əlbəttə ki, xeyr... Çox açıq bir həqiqətdir ki, nəinki bunu qəbul etmək, belə bir ehtimalın üstündə durmaq belə ağıl və məntiqdən kənardır. Kainatdakı nizamı təmin etmək üçün lazım olan bütün şərtlərin eyni anda olması və bunların hər an hər dəqiqə davam etməsi üstün Yaradıcının varlığının açıq-aydın dəlillərindəndir. Rəbbimiz bir ayədə belə buyurur:

Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!” – deyər, o da olar. (Bəqərə surəsi, 117)

 

Canlılar Üçün Hazırlanmış Məhlul: Dəniz Suyu

Necə ki, quruda yaşayan canlılar üçün havadakı qazların nisbəti böyük əhəmiyyət daşıyırsa, dəniz altındakı canlılar üçün də suyun tərkibindəki maddələr əhəmiyyətlidir. Dənizlərdəki canlıların həyat mənbəyi olan dəniz suyu olduqca xüsusi məhluldur və bu məhlulun tərkibindəki nisbətlər demək olar ki, bütün Dünyada eynidir.(22) Dəniz suyunun çox hissəsi çox az miqdarlarda tapılan 72 kimyəvi elementin qarışığından ibarətdir və bundan ötrü də demək olar, "hər şeydən əmələ gələn həll olmuş maye "olaraq adlandırılır. Digər bir ifadəylə dəniz suyunda təbiətdə mövcud olan bütün elementlərin demək olar hamısı mövcuddur.(23) Dəniz suyunda ən çox tapılan elementlər müvafiq olaraq xlorid (Cl), natrium (Na), sulfid (S), maqnezium (Mg), kalsium (Ca) və kaliumdur (K).(24) Bütün mineralların 90%-ni təşkil edən bu altı elementdən başqa brom (Br) və karbondan (C) başlayıb, qızıla (Au), iridiuma (İr) və hətta platinə (Pt) qədər çox müxtəlif elementlər mövcuddur. İstər qütb dənizlərində, istərsə də tropik dənizlərdə olsun -duzun sıxlığı dəyişsə də- tərkibindəki qeyri-üzvi (tərkibində karbon olmayan) birləşmələrin bir-birlərinə nisbətləri demək olar ki, eyni qalır.

1 kq dəniz suyunda 35 qr duz mövcuddur. Bu duz miqdarı, dənizdə həyatın mövcud olması üçün lazım olan ən mükəmməl nisbətdir.

Digər tərəfdən dəniz suyundakı duzun da olduqca həssas bir miqdarı vardır. Aparılan araşdırmalarla dəniz suyunun orta duzluluq dərəcəsinin, ağırlığa nisbətən 3,5% olduğu aşkar edilmişdir.(25) Bir kiloqram duzlu suda 34,7 qram mineral duz mövcuddur.(26) Bu, 1 mil (1852 metr) suda təxminən, 186 milyon ton duzun mövcud olduğu mənasını verir. Okeanlardakı bu duz miqdarı ilə qitələrin hamısı 152300 metr qalınlığında bir duz təbəqəsi ilə örtülə bilərdi. Bu duzluluğun necə əmələ gəldiyi və faizinin necə sabit qaldığı alimlərin tədqiqat mövzusudur.(27)

Bu tarazlığı təmin etməyin çətinliyini, akvariumlarda yaşadılmağa çalışılan balıqlardan da başa düşmək mümkündür. Balıq, ümumiyyətlə, suda yaşayan bir canlıdır; ancaq hər hansı bir suda deyil. Öz növünün tələb etdiyi temperatur, işıq, qida balansı təmin olunmadıqda, balığın yaşaması qeyri-mümkün olar. Buna görə də akvariumunuzda da dənizlərdəki ekosistemin kiçik bir modelini yaratmaq lazımdır. Suyun süzülməsi, zibillərin toplanması, qida mənbəyinin mütəmadi fasilələrlə təmin edilməsi kimi bir çox incəlik eyni anda düşünülməlidir. Həmçinin, dəniz akvariumlarında istifadə olunacaq duz həm dəqiq kimyəvi tərkibdə, həm də doğru miqdarda olmalıdır. Məsələn, tropik akvariumlar üçün bu nisbət 3,3 %-dir: Bu da 1 litr suda təxminən 33 qram dəniz duzunun olması deməkdir.

Dənizlərdəki həssas mühiti başa düşmək baxımından, akvariumlardakı turşululuq balansı da bir meyardır. Şirin sulu akvariumların pH (turşululuq) dərəcəsi 7,0-7,8 arasında olanda, dəniz akvariumlarında bu dərəcə 8,0-8,5 arasında olar. Suyun turşululuq dərəcəsi artdıqca, sudakı ammonium (NH4) və ammonyak (NH3) arasından, daha çox zəhərli olan ammonyakın dərəcəsi də artar. Sudakı ammonyak sıxlığının 0,01 mq / litri keçməsi, balıqlar da daxil olmaqla dəniz canlıları üçün də təhlükəlidir. Başqa bir sözlə, yüksək duzlu suda ammonyak toplanması, pH (turşululuq) dərəcəsi, çox ciddiyə alınması lazım olan bir təhdiddir. Buna görə də dəniz akvariumlarında, şirin sulu akvariumlara nisbətən daha az sayda balıq mövcud ola bilər. Şirin sulu akvariumlar üçün bu rəqəm 1 sm uzunluğundakı balıqlar üçün 1 litr su olarkən, dəniz akvariumları üçün bu nisbət 1 sm uzunluğundakı balıqlar üçün 10 litr sudur.

Bu bir neçə təfərrüatdan da göründüyü kimi belə həssas bir nizamlamanın, yer üzünün 3/4-ünü əhatə edən sularda, tam olması lazım olan şəkildə təşkil edilməsi, əlbəttə ki, qətiyyən öz-özünə baş verə bilməz. Furqan surəsinin 2-ci ayəsində bildirildiyi kimi Uca Rəbbimiz "... hər şeyi yaratmış, ona bir nizam vermiş, müəyyən bir ölçüylə təqdir etmişdir."

Suyun Dənizlərdəki Həyatı Təmin Edən Xüsusiyyətləri

 

Məlum olan bütün göy cisimlərinin arasında yalnız Dünyada suyun mövcud olması, üstəlik canlılar üçün uyğun keyfiyyətlərə malik olması olduqca əhəmiyyətlidir. Günəş sistemindəki digər planetlərin heç birində həyatın əsas şərti olan su tapılmaz. Halbuki, Yer kürəsi səthinin dörddə üç hissəsi su ilə örtülüdür. Yer üzündəki milyonlarla növ canlı suyun vəsiləsiylə həyatlarını davam etdirər; həyat üçün lazım olan tarazlıqlar da suyun varlığı sayəsində davamlılığını qoruyar.

Dənizdəki həyat suyun temperaturundan da asılıdır. Suyun həcminin geniş olmasından ötrü istiliyi özündə saxlama və sabit tuta bilmə qabiliyyəti yüksəkdir. Bunun sayəsində okeanlardakı və dənizlərdəki böyük su kütlələri, Yer kürəsindəki istiliyinin balanslaşdırılmasını təmin edər.(28)Okeanlar günəş şüalarını quruya nisbətən daha az əks etdirir, beləcə qurudan daha çox günəş enerjisi alır; amma bu istiliyi öz daxilində quruya nisbətən daha balanslı şəkildə paylayarlar. Bunun sayəsində, okeanlar daha isti olan ekvator zonasındakı suları sərinlədərək həddindən artıq isti olmalarının, qütb zonalarının soyuq sularını da istilədərək həddindən artıq soyuyub tamamilə donmalarının qarşısını alar.

Suyun temperaturundakı ani bir dəyişiklik dənizdəki bütün həyata təsir edər. Bir çox tropik və arktik dəniz canlıları özləri üçün temperatur baxımından ölümcül limitin ən üst səviyyəsinə yaxın yaşayarlar. Yavaş böyüyən tropik mərcan riflərinin bədən sistemləri olduqca kiçik bir temperatur intervalından asılıdır. Suyun normal temperaturunda sadəcə 2-4 C˚artım olsa belə, dəniz ekosisteminin böyük dərəcədə məhvinə səbəb olar.(29) Məsələn, 1967-ci ilin iyun aylarında, Puerto Rikonun qərbindəki, daxilində balıqların sıx olaraq yaşadığı laqunda temperatur 35 C˚-yə yüksəldikdə, duz miqdarı 0,43%-ə yüksəlmiş və ərimiş oksigen nisbəti azalmışdır. Bunun nəticəsində balıqlar, xərçənglər və krevetlər, bu ani istilik artımıyla birlikdə kütləvi şəkildə ölmüşdürlər.(30)

Həmçinin, Rəbbimiz, suyun molekulyar quruluşunu da, təbiətdəki olduqca mürəkkəb sistemin əhəmiyyətli bir parçası etmişdir. Məlum olan bütün mayelər temperaturları azaldıqca sıxılar, həcmləri də azalar. Beləcə, sıxlıqları artar və soyuq olan hissələr daha ağır hala gələr. Buna görə də mayelərin bərk halları, maye hallarına nisbətən daha ağırdır. Lakin su, bilindiyi kimi bütün mayelərin əksinə, müəyyən bir istiliyə (+4 ° C-yə) düşənə qədər sıxılır; sonra birdən-birə genişlənməyə başlayır. Donduqda isə daha da genişlənir. Buna görə də suyun bərk halı, maye halından daha yüngüldür. Başqa sözlə, desək "normal" fizika qanunlarına görə buzun suyun dibinə batması lazım olduğu halda, buz suyun üstündə üzər. Buzun bu xüsusiyyəti, Yer kürəsindəki dənizlər baxımından çox əhəmiyyətlidir. Əgər buz suyun üzərində üzməsə, Yer kürəsindəki suyun çox böyük bir hissəsi tamamilə donacaq, göllərdə və dənizlərdə heç bir həyat qalmayacaqdı.

Dənizlərdə yaşamağa imkan verən saysız xüsusiyyət, duzlu sularda bir çox canlının yaşamasına imkan verir. Okeanlar, hər il əldə edilən milyonlarla ton dəniz məhsulu ilə dünyanın zəngin bir qida mənbəyidir.(31)

Həmçinin, oksigen suda həll olan quruluşuyla, suyun bütün dərinliklərində mövcuddur. Bunun sayəsində həyatın okeanın ən dərin hissələrində belə mövcud olması mümkündür. Suyun sıxlığının yüksək olması, dənizdə yaşayan canlıların üzmələrinə imkan verər. Burada yalnız bir neçəsini qeyd etdiyimiz suyun bütün fiziki və kimyəvi xüsusiyyətləri, bu mayenin canlılar üçün xüsusi olaraq yaradılmış olduğunu göstərir. Yer kürəsindən kənarda heç bir planetdə belə bir su kütləsinin olmaması, əlbəttə ki, bir təsadüf deyil. İnsan həyatı üçün xüsusi olaraq yaradılmış Yer kürəsi, yenə xüsusi olaraq yaradılmış suyla canlanır. İnsanlar üçün sonsuz nemətlər yaradan, onların asanlıqla yaşamalarını təmin edən Uca Rəbbimiz, suyu da bənzərsiz bir sənət və zərifliklə yaratmışdır. Bir Quran ayəsində belə bildirilir:

Biz göydən lazımi qədər su endirib onu yerdə saxladıq. Şübhəsiz ki, Biz onu yox edə də bilərik. (Muminun surəsi, 18)

nehir manzarası

Okean dibindəki isti su mənbələrində, buzlarla örtülmüş dənizlərdə, günəş şüasının düşmədiyi dərinliklərdə, turşulu suların çıxdığı yarıqlarda saysız canlı yaşaya bilir. Belə çətin şərtlərdə yaşayan canlıların mövcud ola bilməsi, Allahın bu canlıları olduqları mühitə uyğun strukturlarla yaratması səbəbiylədir. Allah hər canlının Yaradıcısı və himayədarıdır.

O, dənizi də sizin xidmətinizə verdi ki, ondan yemək üçün təzə balıq və taxmaq üçün bəzək şeyləri əldə edəsiniz. Sən gəmilərin dənizi yara-yara üzdüyünü görürsən. Bütün bunlar Allahın lütfündən sizə nəsib olanları axtarıb tapmağınız və şükür etməyiniz üçündür.
(Nəhl surəsi, 14)

 

Qeydlər

18 New Scientist, 6 June 1998

19 http://proxy.arts.uci.edu/~nideffer/Hawking/early_proto/weinberg.html

20 http://www.geraldschroeder.com/tuning.html

21 Ellis, G.F.R. 1993. The Anthropic Principle: Laws and Environments. The Anthropic Principle, F. Bertola and U.Curi, ed. New York, Cambridge University Press, s. 30.

22 http://www.palomar.edu/oceanography/salty_ocean.htm; Herbert Swenson, "Why is the Ocean Salty?", U.S. Geological Survey Publication.

23 http://www.palomar.edu/oceanography/salty_ocean.htm; Herbert Swenson, "Why is the Ocean Salty?", U.S. Geological Survey US Publication.

24 Sally Morgan, Pauline Lalor, Ocean Life, PRC Publishing, 2001, London, s. 9.

25 http://en.wikipedia.org/wiki/Seawater

26 Sally Morgan, Pauline Lalor, Ocean Life, PRC Publishing, 2001, London, s. 9.

27 http://www.palomar.edu/oceanography/salty_ocean.htm; Herbert Swenson, "Why is the Ocean Salty?", U.S. Geological Survey US Publication.

28 Sally Morgan, Pauline Lalor, Ocean Life, PRC Publishing, 2001, London, s. 9.

29 Sally Morgan, Pauline Lalor, Ocean Life, PRC Publishing, 2001, London, s. 459.

30 Akman Y. Biyocoğrafya, Palme yayınları, Ankara, 1993; Gözenç S. Orta Ve Güney Amerika Ülkeler Coğrafyası, İ.Ü.Edebiyat Fakültesi yayınları No: 3744, İstanbul, 1993; Gözenç S. Afrika Ülkeler Coğrafyası, İ.Ü.Edebiyat Fakültesi yayınları, No:3913, İstanbul 1995.

31 Sally Morgan, Pauline Lalor, Ocean Life, PRC Publishing, 2001, London, s. 8.