Your browser version is outdated. We recommend that you update your browser to the latest version.

Dəniz Atları

At başına bənzəyən bir başı, uzanaraq xortum formasını almış burnu, kiçik ağzı, bir-birindən ayrı hərəkət edən gözləri, sümük lövhələrlə örtülmüş bədəni, qarşıya tərəf qıvrılan tutucu quyruğu və üzgəcləriylə dəniz atları, digər balıq növlərindən çox fərqli bir canlı növü kimi dənizlərdə həyatını davam etdirir.

Bu möcüzəvi canlılar kamuflyaj xüsusiyyətinə də sahibdirlər. Buqələmundan daha yaxşı rəng dəyişdirmə qabiliyyətləri vardır. Dəniz atlarının cütləşmə mövsümündə dişi və erkək bir yerə gələr və xüsusi bir rəqs edərlər. Bu qarşılıqlı rəqs günlərlə çəkə bilər. Erkək dəniz atları, qarınlarında xüsusi bir yumurta daşıyıcı kisəyə sahibdirlər. Cütləşmə dövründə dişi dəniz atı yumurtaları diqqətli bir şəkildə bu kisəyə qoyar. Qoyulan yumurtaların sayı 1500-ə çatır. Mayalanmadan dərhal sonra kisənin içi dəniz suyuna bənzər bir quruluşla örtülər və beləliklə də balalar doğulduqdan sonra yaşayacaqları mühitə hazırlanarlar. Bu fərqli canlılar, müdhiş gözəllikdəki dəniz altı aləmində tamamilə ayrı bir zinət olaraq yaradılmışlar.

Şar Balığı

Düşmənləriylə üzləşmədikləri vaxtlarda sadə bir balıq kimi görünən şar balıqlarının bədənlərinin ətrafında iri tikanlar mövcuddur. Bu tikanlar balıq normal halda olarkən dərisinə yapışıq bir formadadır. Balıq düşmənlə üz-üzə gəldikdə isə, düşməninin çənə zərbələrindən özünü qorumaq məqsədiylə bədənini sürətlə suyla doldurmağa başlayar. Balıq şişər və bədənindəki tikanlar da şaquli vəziyyətə gələr. Tikanlar şaquli vəziyyətə gəldikdə, olduqca iti bir hal alar və düşmənlərindən gələ biləcək zərbələrə qarşı bir maneə meydana gətirərlər. Şar balıqları, özlərindən xeyli böyük bir düşmən tərəfindən udulsa belə, tikanlar onların qoruyucusudur. Tikanlardan narahat olan ovçu, balığı udduğu kimi ağzından çölə çıxarar.

Şar balıqlarına məxsus olan bu sistem, mükəmməl bir qorunma təmin edər. Balıq, bu böyük sistemi harada ən təsirli yolla istifadə etməli olduğunu çox yaxşı bilir. Hər canlı üçün fərqli müdafiə mexanizmləri yaradan Uca Allah bu misalla misilsiz və bənzərsiz yaratma gücünü göstərir. Bütün varlıqlar, Allahın əsəridir və O hər bir şeyi qoruyur və hər şeydən xəbərdardır.

Duzlu Suyun Balıqlar Üzərindəki Təsiri

Quruda olan bitkilər və heyvanlar, öz yaşayışını təmin etmək üçün şirin suya ehtiyac duyarlar. Dəniz canlıları isə duzlu suda yaşayarlar. Ancaq duzlu su onlar üçün aradan qaldırılması lazım olan bir çox problem meydana gətirər. Dənizlərdəki balıqların qanındakı duzun sıxlığı, ətraflarındakı suyun duz sıxlığından daha azdır. Bu sıxlıq fərqi, balıqların toxumalarının su sızdırmasına (ozmos) səbəb olar. Su itkisini bərpa edə bilmək üçün də, bu balıqlar həmişə su içməlidirlər. Beləcə, duzlu su balıqları, bədənlərinə çox su alıb, az miqdarda bədənlərindən xaric edərək bu ehtiyaclarını tənzimləyərlər.(54)

Şirin su balıqlarında isə vəziyyət bunun əksidir. Bu balıqların qan sıxlıqları, yaşadıqları suya görə daha çoxdur. Buna görə də şirin su balıqlarının bədənləri həmişə su udar. Başqa sözlə, bədənlərinin partlamasının qarşısını almaq üçün, bu balıqlar da bədənlərindən daima bol miqdarda su xaric edərlər. Hər gün bədəndən xaric edilən su miqdarı, təxmini olaraq öz ağırlıqlarının on misli qədərdir.(55)

Uca Allah yaratdığı hər canlı növü üçün, bədənlərində ayrı bir nizam qurmuşdur. Bu nizam sayəsində də, canlılar normalda həyatları üçün maneə təşkil edirmiş kimi görünən şərtlərdə belə yaşaya bilərlər. Çünki onları var edən, yoxdan yaradan Uca Allahın qoruması altındadırlar. Quranda belə bildirilir:

Həqiqətən, göylərdə və yerdə möminlər üçün dəlillər vardır. Sizin yaradılışınızda və Allahın yer üzünə yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır. (Casiyə surəsi, 3-4)

Sürət Çempionu Tuna Balıqları

Tuna balığının uzunluğu üç metrə və çəkisi də 390 kiloqrama çatır; ancaq yenə də ən sürətli və hərəkətli balıqlardandır.(56) Qısamüddətli hücumlarında saatda 90 kilometrə çatan sürətlə üzə bilərlər. Sabit üzmə sürətləri isə saatda təxminən 9 ilə 18 km arasında dəyişir. (57)

Tuna balıqları daima üzərlər, heç istirahət etməzlər. Başqa heç bir sümüklü balıq açıq dənizdə bu qədər geniş miqyasda yer dəyişdirməz. Bunun səbəbi onları su üstündə saxlayan qaz kisəsinin olmamasıdır. Buna görə də batmamaq üçün daima üzərlər. İntensiv hərəkət edən tuna balıqları, buna görə də daha çox qidaya ehtiyac duyarlar. Gündəlik olaraq bədən ağırlıqlarının onda biri qədər qidalanarlar. (58)

Tuna balığının aerodinamik bədən quruluşu sürət tələb edən və uzun məsafələrə səyahət edə biləcək şəkildə yaradılmışdır. Tuna balığının sürtünməni azaldan bədəni, sanki bir cizgi formasındadır. Bədənləri nisbətən sərtdir və quyruqları da digər balıqlar kimi elastik deyil. Bu güclü quyruqlarını yanlara doğru hərəkət etdirərək olduqca sürətli üzə bilərlər.(59)

Əlbəttə ki, Allah diləmədikcə, bu canlının bu xüsusiyyətlərə sahib ola bilməsi, dərin dənizlərdə asanlıqla yaşaya bilməsi qeyri-mümkündür. Tuna balıqlarını suyun içində fasiləsiz hərəkət edəcək və sürətlə üzə biləcək möhtəşəm xüsusiyyətlərlə yaradan Uca Rəbbimiz Allahdır. Rəbbimiz bir ayədə belə bildirir:

Bunlar Allahın yaratdıqlarıdır. İndi siz mənə göstərin görüm, Ondan başqaları nə yaradıblar. Xeyr! Zalımlar açıq-aydın azğınlıq içindədirlər. (Loğman surəsi, 11)

Sandıqbalıqların Su Müqavimətini Ən Aşağı Səviyyəyə Endirən Forması, Alimlərə Model Olur

Bir avtomobil firması "Biyonik" adlı layihəsini hazırlayarkən, sandıqbalığının bədən formasını model kimi qəbul etdi. Çünki aparılan araşdırmalarda bu balığın, su içində hərəkət edərkən suyun müqavimətini ən aşağı səviyyəyə endirən bir bədən formasına malik olduğu aydın oldu. Ümumiyyətlə, su damcısına bənzəyən formalarda müqavimət minimuma endiyi üçün, balığın qutu formasındakı quruluşunun uyğun olmayacağı düşünülürdü. Ancaq daha ətraflı araşdırmalar nəticəsində, sandıqbalığının bir su damcısı ilə aerodinamik baxımdan eyni uyğunluqda olduğu aşkar olundu.(60)

* Dövrümüzdəki bir çox avtomobildə sürtünmə əmsalı 0,30 olduğu halda sandıqbalığından ilham alınaraq hazırlanan avtomobildə bu rəqəm 0,19-a düşmüşdür. Sürtünmə əmsalının azalması hava müqavimətinin də azalması mənasına gəlir. Üzərindəki hava müqavimətinin azalması, avtomobilin yanacaq istehlakını da 100 km-də 4,3 litrə qədər azaldaraq olduqca səmərəli olmasını təmin etmişdir.(61)

* Balığın bədən quruluşu diqqətlə araşdırıldıqda, dərisinin sonsuz altıbucaqlıya bənzər sümük lövhələrlə örtüldüyü görülmüşdür. Bu da balığa ən az ağırlıqda ən möhkəm bədən quruluşu xüsusiyyətini təmin edir.

* Daha sonra balığın altıbucaqlıya bənzər sümük lövhələrlə örtülmüş dərisinə diqqət yetirməklə istehsal olunan avtomobil layihələrində, avtomobil qapılarının xarici panellərində 40% daha çox möhkəmlik əldə edilmişdir. Bununla yanaşı, avtomobilin bütün quruluşu bu texnikaya əsaslanaraq istehsal olunduqda, qəza təhlükəsizliyinin heç azalmamasına baxmayaraq avtomobilin çəkisi 30% yüngülləşmişdir.

Klon Balıqları

Klon balıqları, klon bitkilərinin yandırıcı kapsulları arasında yaşaya bilən nadir canlılardır. Klon balıqlarının üzərindəki şəffaf maddə bu yandırıcı kapsulaların təsirini dayandıracaq xüsusiyyətdədir. Bitkiyə yaxınlaşan balıq yavaş-yavaş bədənini klonlara toxundurmağa başlayar. Bir neçə sınaqdan sonra zəhərə qarşı immunitet qazanar və bitkinin qəlsəmələrinin arasında yerləşər. Yeni doğan klon balıqları da eyni mərhələdən keçərlər. Zəhərli klonlar arasında yaşamağa başlayan balıq, həyatı boyu qoruyucu bir yaşayış mühiti əldə etmiş olar.

 

1- Dəniz kirpiləri uzun yapışqan tikanlarıyla ətrafdakı çınqılları, dəniz qabıqlarını və yosunları üzərlərinə yapışdırmaqla kamuflyaj olarlar.

2 - Osminoq təhlükəylə qarşılaşanda gözünün yanındakı dəlikdən sürətli şəkildə su çiləyərək düşməninin başını qatar və o vaxt qollarının köməyiylə özünü quma basdırar.

3 - Yastı balıq, dəniz səthindən baxılanda kamuflyaj olmuş haldadır. Xüsusi bir rəng dəyişikliyinə ehtiyacı yoxdur. Ümumiyyətlə ağ və ya solğun rəngdə olması asanlıqla gizlənməsinə imkan verər.

4 - Uzun burunlu şahin balığı yuxarıda göründüyü kimi qayalıqların rəngini alaraq kamuflyaj olar.

5 - Yastı qaya balıqları tam bir qaya görünüşündə kamuflyaj olduqları üçün düşmənləri tərəfindən hiss edilə bilməzlər.

6 - Əqrəb balıqlarının xallı görünüşü onları dəniz döşəməsində demək olar ki, görünməz vəziyyətə salar. (üstdə və altda)

 

a - Qələm formasındakı mavi-yaşıl rənglərə sahib dəniz iynəsi dəniz otlarının içində asanlıqla gizlənər. (solda)

b - Bənövşəyi klonlar arasındakı şəffaf istridyə demək olar heç görünmür. Bu üstün kamuflyaj istridyələri təhlükələrdən qoruyur.

c - Cüt xallının gövdəsindəki iki böyük yalançı göz, bəzən ovçuları qorxutmaq üçün kifayət etməz. Bununla da balıq sürətli hərəkətlərlə qumun içinə girər və saniyələr ərzində üstünü örtər. Bu mərhələdən sonra balığı qumun içində tapmaq sanki qeyri-mümkündür. (Altda 1,2,3,4)

d - Hər hansı bir təhlükə vəziyyətində qumda ya da mərcanlarda gizlənən balıqlar, yırtıcılardan bu yolla qoruna bilərlər.

e - Mərcan yarıqlarına gizlənən bir növ

f - Filefish, dalğalı ağ xətlərindən istifadə edərək, eyni rəngdəki bir dəniz kirpisinin içində sanki yox olar.

g - Xərçənglər müxtəlif materialları qabıqlarına yapışdırmaqla özlərini düşmənlərindən qoruyarlar. Məsələn, üstdəki xərçəng növü bir meduzanı kürəyinə alaraq həm görünüşünü dəyişdirir, həm də meduzanın zəhərli qollarından istifadə edərək düşmənlərini özündən uzaqlaşdırır. Eyni xərçəng üstdə demək olar ki, görünməz haldadır.

 

nehir manzarası

Neçə-neçə canlılar vardır ki, ruzisini öz yanında daşıya bilmir. Onların da, sizin də ruzinizi Allah verir. O, Eşidəndir, Biləndir. (Ənkəbut surəsi, 60)

Kilqarın balığına bənzər plankton yeyən balıqlar ümumiyyətlə, sürü halında hərəkət edirlər. Bir balıq sürüsü hücuma məruz qaldıqda dərhal reaksiya verərək bir yerə toplanar və balıqlar sürətlə burulğan əmələ gətirərək böyük bir top kimi fırlanmağa başlayarlar. Yüzlərlə, hətta bəzən minlərlə balığın eyni anda tək bədən kimi fırlanması yırtıcıları təəccübləndirər və kiçik balıqların tutulma ehtimalını da azaldar. Köpək balığı kimi yırtıcılar ancaq bu böyük balıq topundan ayrılan tək tük balıqları tuta bilərlər.

 

Oxatan Balığının Ovlama Taktikası

Oxatan balıqları ən qəribə ovlama taktikasına sahib canlılardır. Balıq su altında demək olar ki, su səthinin yaxınlığında yuxarıdakı yarpaqlara bir böcəyin qonmasını gözləyər. Həşəratı tam olaraq tuşladıqdan sonra ona doğru su çiləməklə böcəyi suya salar və gicəllənən böcəyi dərhal ovlayar.

Bəzi oxatan balıqları yarpaqların üzərindəki böcəkləri tullanmaqla da tuta bilərlər. Bu ovlama tərzi olduqca həssas tənzimləmələrə əsaslanar. Əvvəlcə balıq suyun içindən havada olan canlının yerini doğru şəkildə təyin etməlidir. Çünki işıq, sıxlığı fərqli mühitlər arasından keçərkən sınar, bucaq dəyişdirər və yanılmalara səbəb olar. Buna suyun içinə salınmış bir çubuğun su içindəki hissəsinin görünüşünün qırılmış kimi durmasını nümunə verə bilərik.

Oxatan balığı isə bu bucaq təhrifini sanki "hesablayar" və ona görə tuşlayar. Fizikada sınma indeksi olaraq məlum olan faktor balığın ovunu tuşlamasına mane olmaz. Həmçinin balığın ağzındakı su çiləmə sistemi də heyrətamizdir. Balıq həmçinin, böcəyin su üzərində hara düşəcəyini də mükəmməl şəkildə hesablayır. Ovlar çəkilərinə görə fərqləndiyi üçün düşmə sürətləri də fərqli olar. Bu vəziyyət isə balığın verəcəyi qərarı daha da mürəkkəb hala gətirər. Balıq isə hər ov üçün ayrı hesablar aparar və ovunu müvəffəqiyyətlə tutar.

Bu üstün ovlama taktikası, balıq üçün yaradılmış xüsusi bir sistemdir. Uca Rəbbimizin bu balıq növü üçün yaratdığı möhtəşəm bir sənətdir.

 

1 - Delfinlər, başlarında olan “melon” (qovun) adındakı xüsusi bir orqandan sıxlığı saniyədə 200 min titrəyişə çatan səs dalğaları göndərərlər. Canlı, başını hərəkət etdirməklə dalğaları istədiyi tərəfə doğru istiqamətləndirə bilər. Bu hidrolokasiya sistemi o qədər həssasdır ki, delfinlər qumun altına gizlənən bir balığı belə asanlıqla tapa bilərlər.

2 - YDelfinlər özlərindən 3 km aralıdakı iki ayrı metal pulu bir-birindən fərqləndirə bilərlər. Bunun səbəbi sahib olduqları hidrolokasiya sistemidir. Hidrolokasiya sistemi vasitəsiylə delfinlər qaranlıq sularda belə cisimlərin formasını, böyüklüyünü, sürətini və digər təfərrüatlarını hiss edə bilərlər.

Delfinlərin gördükləri iş səs dalğaları yaymaqdır. Hidrolokasiya dalğası bir maneə ilə qarşılaşdığı vaxt əks olunaraq delfinə geri qayıdar və delfin o obyekt haqqında məlumat sahibi olar. Əlbəttə ki, belə bir qavrayış sistemini yoxdan var etmək, bütün aləmləri "Ol" əmri ilə yaratmış olan Uca Allah üçün çox asandır.

3 - Qovun adlı orqan

4 - Yaşayan ən böyük canlı olan balinalar eynilə delfinlər kimi sahib olduqları hidrolokasiya sistemindən mükəmməl şəkildə istifadə edərlər. İnsan qulağının eşidə bildiyindən 10 dəfə çox yüksək tezlikli səsləri eşidir, lazım gəldikdə özləri də ətrafa səs dalğaları göndərib ovlarının yerini və təhlükəsizliklərini müəyyənləşdirə bilərlər. İnsanların başa düşməyə və təqlid etməyə çalışdıqları bu möhtəşəm sistem, yüz minlərlə ildir ki, balinalarda mövcuddur.

5 - Ağ balinaların başlarının üstündə olan qovun adlı orqan (üstdə) yumşaqdır və tərkibində müxtəlif sıxlıqlarda olan yağlar vardır. Bunun səs dalğalarını formalaşdırmağa və istiqamətləndirməyə fayda verdiyi düşünülür.

 

1 - Soyuq su axınlarında və göllərdə yaşayan qızılxallı balıq, yumurtalarını uyğun bir dəliyin içinə yerləşdirər. Bunu edə bilmək üçün yumurtalarını yerləşdirəcəyi yerdə bir çuxur qazar. Erkək qızılxallı isə bu əsnada yaxın bir yerdə ovçulara qarşı keşik çəkər.

2 -Bəzi növlərdə yumurtaları qorumaq üçün ən uyğun yer balıqların öz ağızlarıdır. Yumurtaların balığın ağzında qorunduğu mərhələ kürt mərhələsidir. Yanda görülən çənə balıqları, kürt mərhələsində olarkən heç bir şey yeməzlər. Balaların yumurtadan çıxmağına qədər keçən müddət dişi üçün olduqca çətin bir dövrdür. Lakin ağızda kürt edən növlər bu üstün fədakarlığı mütləq ən mükəmməl şəkildə yerinə yetirirlər.

Onlara belə güclü bir fədakarlıq və qoruma duyğusunu verən, şübhəsiz ki, aləmlərin hakimi olan Uca Rəbbimiz Allahdır.

 

3 - Sahilə yaxın yaşayan iynə balıqlarında yumurtaların daşıyıcısı erkəkdir. Erkək balıq yumurtaları nizamlı bir şəkildə bədəninin üstünə düzər və balalar yumurtadan çıxana qədər onları qoruyar.

4 - Köpək balıqlarının bəzi növlərində mayalanmış yumurtalar müəyyən bir müddət ərzində ananın bədənində olan bir kisədə saxlanılar. Dişi köpək balığı bir müddət sonra bu yumurtaları kiçik kisəyə yerləşdirməklə su yosunlarının arasına qoyar. Kisənin içindəki embrionlar burada olduqca təhlükəsiz vəziyyətdədirlər. Balalar inkişaf edərək 10 sm-ə çatdıqları vaxt olduqca sağlam bir şəkildə kisələrdən çıxar və okean axınları içindəki yerlərini tutarlar.

5 - Sarı balıq (bullhead) yumurtalarını qayalıqlarda olan oyuqlara qoyar. Oyuqlar, yumurtalar üçün olduqca təhlükəsiz yerlərdir. 1 ay ərzində erkək balıq yumurtaları qoruyar və onları mütəmadi qaydada hava ilə təmin edər. Canlının, yumurtaların qorunacağı yeri öz ağlı, bacarığı və ya təcrübəsiylə müəyyənləşdirə bilməyəcəyi aydındır. Qorunma üsullarını canlılara ilham edən, Yaradanımız olan Allahdır.

 

1 - Çayların çınqıllı səthlərinə yerləşdirilən qızılbalıq yumurtaları bir müddət sonra rənglərini dəyişdirməyə başlayarlar. Bu, yaxınlıqdakı gölə doğru ilk səfərin başlaması deməkdir. Burada ən az bir il qalan balalar daha sonra dənizə doğru hərəkət edərlər.

2 - Bir qızılbalığın həyat tsikli

3 - Yumurtalarını qoymaq məqsədiylə doğulduğu çaya uzun və çətin bir səfər edən dişi qızılbalıq quyruğu ilə açdığı 45 sm dərinliyindəki çuxura yumurtalarını qoyar. Yumurtaların bol oksigen qəbul etməsi üçün sürətlə axan və axıntısı çox olan suları seçər. Bir dəfəyə 8000 yumurta qoyan dişi qızılbalıqların ardınca gələn erkək qızılbalıqlar bu yumurtaların üzərlərinə "milt" adlanan bir maye buraxaraq onları mayalandırar və dişi qızılbalıq bunların üstünü qumla örtərək qoruyar. Qızılbalıqların yumurtalarını qoymaq üçün şəlalələrə və hətta axına qarşı reallaşdırdıqları uzun səfər isə həqiqi mənada möcüzədir. Qızılbalıqlar, Allahın rəhmətiylə bu fövqəladə bacarığa sahibdirlər.

De: “Allahdan başqa yalvardığınız şəriklər haqda düşündünüzmü? Bir mənə göstərin görüm, onlar yer üzündə nəyi yaradıblar?...
(Fatir surəsi, 40)

Nəticə etibarilə, sandıqbalığının xüsusi quruluşu əsas götürülərək öz böyüklüyündə, dünyanın ən aerodinamik avtomobili istehsal olunmuşdur. Əlbəttə ki, bu avtomobilin əsas üstünlüyü əhəmiyyətli bir yanacaq qənaəti təmin etmiş olmasıdır.

Sandıqbalığının avtomobil sektoruna istiqamət verən xüsusiyyətləri bunu göstərir ki, bu canlının bədənindəki üstün strukturlar və bədəninin forması Allahın bənzərsiz yaratma sənətinin bir nümunəsidir. Uca Allah, "O Allah ki, yaradandır, (ən gözəl bir şəkildə) qüsursuzca var edəndir, “şəkil və surət” verəndir..." (Həşr surəsi, 24) ayəsində olduğu kimi, yaradılışdakı bu bənzərsizliyi və mükəmməlliyi insanlara bildirərək sonsuz gücə sahib olduğunu göstərir.

 

Qeydlər

45 Richard Ellis, Aquagenesis: The Origin and Evolution of Life in the Sea, Penguin Books, 2001, s. 96.

46 Fascinating Facts About Fish, The Northeast Fisheries Science Center; http://www.nefsc.noaa.gov/

47 Cemal Yıldırım, Evrim Kuramı ve Bağnazlık, Bilgi Yayınevi, Ocak 1989, s.108

48 John Downer, Supernature, Sterling Publishing Co., Inc., New York, 1999, s. 40.

49 "How Fish Swim?", Sir James Gray, Animal Engineering, Readings from Scientific American with Introductions by Donald Griffin, The Rockefeller University W. H. Freeman Com., San Francisco, ss.66-

50 "How Fish Swim?", Sir James Gray, Animal Engineering, Readings from Scientific American with Introductions by Donald Griffin, The Rockefeller University W. H. Freeman Com., San Francisco, ss.66-

51 http://www.mauioceancenter.com/marinepdf/triggerfish.pdf

52 http://oceanlink.info/biodiversity/ask/fishy.html

53 Bilim ve Teknik Dergisi, "Hırçın Erkekleri, Barışçıl Dişileri ile Kemikli Balıklar", Gülgün Akbaba, Ekim 1995, no. 335, ss. 74-77

54 Sally Morgan, Pauline Lalor, Ocean Life, PRC Publishing, 2001, London, s. 10.

55 Dick Mills, Akvaryum Bakımı, İnkilap Kitabevi, İstanbul, 1994, s. 20.

56 Sally Morgan, Pauline Lalor, Ocean Life, PRC Publishing, 2001, London, s. 173.

57 Fascinating Facts About Fish, The Northeast Fisheries Science Center; http://www.nefsc.noaa.gov/

58 The Ocean World Of Jacques Cousteau, Quest for Food, s.40

59 John Downer, Supernature, Sterling Publishing Co., Inc., New York, 1999, s. 40.

60 http://news.mongabay.com/2005/0710-DaimlerChrysler.html

61 http://www.greencarcongress.com/2005/06/daimlerchrysler_1.html